Bakıya gələn aktyor Sarp: "Arvadımın başqası ilə öpüşməyini niyə qısqanım?" - MÜSAHİBƏ

Bakıya gələn aktyor Sarp: "Arvadımın başqası ilə öpüşməyini niyə qısqanım?" - MÜSAHİBƏTürkiyəli aktyor Sarp Levendoğlu Türk Film Həftəsi çərçivəsində Bakıya gəlib.

Aktyorun BiG.AZ-a olan müsahibəsini təqdim edirik:

Serialın çəkilişlərinə nə vaxt start veriləcək?

-Artıq serialın çəkilişlərinə başlamışıq. "Esaretin bedeli" serialı efirdə yayımlanacaq. Baş rollarda Engin Akyüreklə Fahriye Evcen oynayır. Haqsız yerə həbsdə yatan bir şəxsin həyatından bəhs edib. O, intiqam hissi ilə yaşayacaq. Mən burada mənfi obrazı canlandıracağam .

İlk dəfədir ki, mənfi obraz canlandırırsınız?

- Əslində, mənfi demək istəməzdim, sadəcə həyat insanları bəzən səhvlər etməyə sövq edir. Dolayısı ilə serilada istədiyini qazanmağa iddialı və sərt rolu ifa edəcəyəm.

Deyilənə görə, serialda əslində Fahriye Evcendən əvvəl Serenay Sarıkaya rol almalı imiş?

-Bu barədə məlumatım yoxdur. Çəkildiyim seriala 3 həftə əvvəl dəvət almışam. Bundan əvvəl Fahriyenin yerinə Serenayın çağırılmasını bilmirəm.

Real həyatda, yoxsa filmdə rola girmək çətindir?

-Filmdə rola girmək daha asandır. Real həyatda olduğum kimi davranıram.

İndi çəkilən türk filmlər olduqca romatikdir, reallıqdan çox uzaqdır. Bunun insanlara təsiri olurmu?

-Bu serialların insanların həyatına mənfi istiqamətdə təsir edə biləcəyini düşünmürəm. Şəxsən mən hər hansı filmə və ya seriala baxdıqdan sonra özümü oradakı qəhrəmanların yerinə qoymuram və izlədiyim filmlərdə həyatla bağlı heç nə öyrənmədim. Həyatı küçədə yaşayaraq öyrənirsən, ona görə də sosial şəbəkə və virtual aləmi heç zaman ciddi qəbul etmədim. Əksinə, onlar insanı real həyatdan uzaqlaşdırır. Bunun əvəzinə insanlar küçəyə çıxsın, ünsiyyət qursun və çoxlu kitab oxusunlar. Əlbəttə ki, biz həyatdan götürülmüş real qəhrəmanları canlandırırıq. Amma həyatı televiziyaya baxaraq öyrənmək olmaz. Seriallarda sevgi hekayələri çoxluq təşkil edir. RTÜK qurumu istədiyimiz mövzuda seriallar çəkməyə icazə vermir.

Həyat yoldaşınız Birce Akalay da aktrisadır və rolu ilə əlaqədar olaraq filmlərdə öpüşür və ya açıq-saçıq səhnələrə çəkilir. Onu qısqanırsınızmı?

-Niyə qısqanım. İkimiz də, bu peşəylə məşğuluq, işimizi görürük. Mən televizora baxmıram, hətta özümə belə baxmağa vaxtım olmur.

Həyat yoldaşınızla eyni iekran işində yenidən rol almaq istəyərdiniz?

-Aktrisa ilə evli olan hər bir aktyor onunla birgə yeni serialda rol almaq istəyər. Həyat yoldaşım Birce Akalay çox yaxşı aktrisadır və onunla işləmək rahatdır. Onunla yenidən filmə çəkilmək dəvət olunsa, böyük məmnuniyyətlə qəbul edərəm.

Çəkildiyi seriala baxırsınız? Ayırılma xəbərləriniz çıxır tez tez

-Mən etiraf edirəm ki, televizora baxmıram. Bircenin də rol aldığı serialları izləmirəm. Haqqımızda boş xəbərlər yayıldı, öyrəşmişik. Biz boşanmaq barədə yazılan məlumatları ciddi qəbul etmirik.

Stressi necə atırsınız?

- Boş vaxtım olan kimi onu idmana sərf edirəm.

Sərvər Mehdiyev
Elçin Əkbərov

Bakıya gələn aktyor Sarp: "Arvadımın başqası ilə öpüşməyini niyə qısqanım?" - MÜSAHİBƏBakıya gələn aktyor Sarp: "Arvadımın başqası ilə öpüşməyini niyə qısqanım?" - MÜSAHİBƏBakıya gələn aktyor Sarp: "Arvadımın başqası ilə öpüşməyini niyə qısqanım?" - MÜSAHİBƏBakıya gələn aktyor Sarp: "Arvadımın başqası ilə öpüşməyini niyə qısqanım?" - MÜSAHİBƏBakıya gələn aktyor Sarp: "Arvadımın başqası ilə öpüşməyini niyə qısqanım?" - MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 9166   Tarix: 23 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335