Lənkəranski öldü, yerinə onu gətirdilər - FOTO

Lənkəranski öldü, yerinə onu gətirdilər - FOTOAvqustun 17-dən 18-nə keçən gecə İstanbulda qətlə yetirilən Rövşən Canıyevin ( "Lənkəranski" ) ötən həftə sonu 40 mərasimi keçirilib. Bu müddətdə "Lənkəranski"nin qətli ilə bağlı bir çox suallar açıq qalıb.

Qətlin sifarişçisi və icraçıları haqda da geniş bilgi yoxdur. "Lənkəranski"nin kriminal və biznes imperiyasına bundan sonra kimin sahib olacağı haqda da danışılmır.

BiG.AZ-ın məlumatına görə, 40 mərasimində Türkiyədən çox nüfuzlu bir avtoritet gəlib. Həmin nüfuzlu avtoritet Türkiyədə "Lənkəranski"nin yerinə kimin olacağı ilə bağlı söhbət aparıb.

Musavat.com-a məlumat verən mənbə bildirib ki, "Lənkəranski"nin ən yaxın adamı, qətldən sonra İstanbulda həbs edilən "Hacı Beyləqanski" indilikdə klana rəhbərlik etmək durumunda deyil. Qeyd edək ki, İstanbul polisi onun bir neçə qətldə əli olduğundan şübhələnib və avqustun 18-dən həbsdədir. Mənbəmiz deyib ki, bu səbəbdən məsləhətləşmələrdən sonra klanın Türkiyəyə cavabdeh şəxsi kimi gürcü Qoça tanınıb.

Böyük ehtimalla söhbət "Kurşa" ləqəbi ilə tanınan Qoça Çinçaridzeden gedir. Çünki o da son illər Türkiyəyə mütəmadi olaraq gedib-gəlirdi.
Lənkəranski öldü, yerinə onu gətirdilər - FOTOQoça 5 iyul 1972-ci ildə Kabuletidə(Gürcüstan)anadan olub. O, "qanuni oğru" adını 1992-ci ildə, cəmi 19 yaşı olanda alıb.

Moskva, Odessa və Ukraynada məskunlaşan Qoça son illər Türkiyədə sığanacaq tapıb. 44 yaşlı "qanuni oğru"ilk dəfə 1993-cü ildə Batumidə həbs edilib və 6 ay dustaq həyatı yaşayıb. 2006-cü ildə Moskvada yenidən həbs edilən "Kurşa" 6 aydan sonra yenə azadlığa buraxılıb. Rusiyada sonuncu dəfə 2006-cü ildə deportasiya olunub və o zamandan şimala üz tutmayıb.

Son 10 ildə də o, Ukraynada, əsasən də Odessada məskunlaşıb. Belə güman etmək olar ki, "Rövşən Lənkəranski"Türkiyədə məskunlaşandan sonra o da bu ölkəyə köçüb. Sonuncu dəfə onu Ukraynadan bu ilin aprelində deportasiya ediblər. "Kurşa"nın 2013-cü ildə Gürcüstanda böyük amnistiya nəticəsində həbsdən azad edildiyi qeyd olunsa da, onun hansı səbəbdən mühakimə olunduğu haqda "oğru bioqrafiyasında" məlumat yoxdur.

Bildirək ki, bu günlərdə Berlində "Lənkəranski"nin düşmənlərinə qarşı türk və çeçen mafia klanlarının birləşməsi xəbəri də yayılmışdı. Bildirilirdi ki, klanların birləşməsi "Rövşən Lənkəranski"nin yaxın dostu və Avropa "obşakı"na ( xəzinəsinə ) nəzarət edən çeçen Həmzət Qastamirovun ("Şeyx Həmzət") təşəbbüsü ilə baş verib. Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6114   Tarix: 28 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880