Dəhşət! "Rio-2016" olimpiyadada medal qazana bilməyənlər həbs olunacaq

Dəhşət! "Rio-2016" olimpiyadada medal qazana bilməyənlər həbs olunacaqZimbabvenin "Rio-2016"dakı olimpiya yığmasının bütün üzvləri həbs edilib.

BiG.AZ bildirir ki, bu barədə ölkə prezidenti Robert Muqabe əmr verib. O, Zimbabvenin polis generalı Avqustin Çiçuriyə avqustun 23-də, yığma beynəlxalq Xarare aeroportuna enən kimi onları həbs etməyi tapşırıb.

Buna səbəb isə yığmanın ölkə adına heç bir medal qazana bilməməsidir.

Rioda 31 idmançı ilə təmsil olunan Zimbabve millisinin tutduğu ən yüksək yer 7-ci olub.

Muqabe komandanın bu çıxışından qəzəblənib və onlara həbs cəzası ilə dərs vermək niyyətindədir.

"Biz özlərini idmançı adlandıran bu siçovullara dövlət pulları xərcləmişdik. Əgər siz bizim Botsvandan olan qonşularımız kimi özünüzü qurban verib heç olmasa 4 və ya 5-ci yeri tuta bilməyəcəkdinizsə, onda niyə dövlətin pullarını xərcləməyə getdiniz?!", -deyə prezident hamını təəccübləndirən çıxış edib.

Prezident qeyd edib ki, əgər dövlət Rioda sadəcə ölkənin bayrağını qaldıran və himn oxuyan birinə ehtiyac duysaydı, Braziliyaya Zimbabve Universitetindən olan gözəl qızlar və oğlanlar göndərərdi.

Muqabe bildirib ki, idmançılara sərf edilən pula məktəb tikmək və ya əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq mümkün idi: "Bu hadisə 5 qadınla evli olan 1 impotenti xatırladır. İdmançılar arasında gediş-gəlişin bütün xərcinin bərabər şəkildə bölünməsi üçün əlimdən gələni edəcəyəm. Bu məsələ hətta 10 il vaxt aparsa da, onlar bu pulu geri qaytaracaqlar. Belə hesab edək ki, hökumət onlara Braziliyanı 1 turist kimi gəzmək üçün kredit ayırdı. Hər halda, o idmançılar bundan başqa heç nəyə yaramadılar". "qafqaz.nfo.az"


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2267   Tarix: 28 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121