Sərxoş sürücülər polislərin başına oyun açdı - VİDEO

Sərxoş sürücülər polislərin başına oyun açdı - VİDEOSərxoş halda sükan arxasında əyləşərək özü, sərnişinləri və ətrafdakılar üçün təhlükə yaradanlar bu dəfə də yol polisi əməkdaşlarının hədəfində olub. Göygöldə keçirilən reyd zamanı spirtli içki qəbul edən sürücülərlə qanun keşikçiləri arasında mübahisələr də qaçılmaz olub.

BiG.AZ xəbər verir ki, region tv-nin əməkdaşları da yollarda hərəkətin təhlükəsizliyini təmin edən polislərin reydində iştirak edib. Reydi Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Bakı şəhərindən ezam etdiyi əməkdaşları ilə Göygöl rayon Dövlət Yol Polisi bölməsi birgə keçirib. Hədəf kimi hərkətin intensivliyi müşahidə olunan Gəncə-Toğanalı və Gəncə-Topalhəsənli avtomobil yolları seçilib. Yol polisləri yol-hərəkəti qaydalarını pozan, avtomobili sənədsiz idarə edən və ən əsası da spirtli içki qəbul edərək sükan arxasında əyləşən sürücülərə qarşı barışmaz mövqe tutublar.

Reyd zamanı sərxoşluq əlamətləri olan sürüclər özlərinə haqq qazandırmağa çalışıblar. Hətta, bəzi hallarda polisə müqavimət göstərməyə cəhd edənlərə də rast gəlinib.

Bəzi sürücülər isə sərxoş olmalarını etiraf etsələr də, yazılan protokollarda qeyd edilən cərimə ilə razılaşmayaraq mübahisə yaradıblar.

Bütün etirazlara baxmayaraq sərxoşluğu müəyyən edilən sürücülər barəsində müvafiq tədbirlər görülüb. Eləcə də, yol polisinə qarşı zor tətbiq etməyə cəhd göstərənlər əməliyyat qrupu tərəfindən polis şöbəsinə aparılıb.

İsa Deystani - BDYPİ-nin baş inspektoru: "Bizim əsas məqsədimiz sürücüləri maarifləndirməkdir, onları və digər hərəkət iştirakçılarını bədbəxt hadisələrdən qorumaqdır. Sizin vasitəsinizlə bir daha sükan sahiblərinə müraciət edərək onları sərxoş avtomobil idarə etmədən yayındırmağa çağırıram. Əks halda qanunun tələbləri qaçılmazdır".

Reyd zamanı 20-yə yaxın sürücü sükan arxasına sərxoş oturduğu üçün məsuliyyətə cəlb edilib. Yol polisinin bu istiqamətdə tədbirləri davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1988   Tarix: 24 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 115
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

20:20 0
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

20:15 2
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 213
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1249
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

20:27 0
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

15:23 178