695 bal toplamış Ömər: "İmtahana bir ay qalmış tempi azaltmışdım..." - FOTO

695 bal toplamış Ömər: "İmtahana bir ay qalmış tempi azaltmışdım..." - FOTOMəmmədov Ömər Arzu oğlu 1999-cu ildə Bakıda anadan olub. 5-ci sinfə qədər 32 saylı orta məktəbdə, 6-cı sinifdən isə Heydər Əliyev adına liseydə təhsil alıb. 9-cu sinifdə əla qiymətlərlə oxuduğuna görə fərqlənmə ilə təltif olunub.

BiG.AZ bildirir ki, I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 695 bal toplayan Ömər Məmmədov Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçərək Ali Neft Məktəbinin tələbəsi adını daşımaq niyyətindədir. Bu, həm də onun çoxdan gözlədiyi, çatmaq istədiyi arzusudur...

- Ömər, öncə səni təbrik edirik. Orta məktəbdə hansı fənnlərə daha çox marağın vardı?

- Riyaziyyata marağım böyük olub. Bəlkə də bu mənim babamın riyaziyyat müəllimi olması ilə bağlıdır. Babam riyaziyyat müəllimi oldugu üçün məni riyaziyyat həmişə cəlb edirdi. Ümumiyyətlə, mən hər zaman müəllimlərin əhatəsində olmuşam. Nənəm də biologiya müəllimi olub. Əslində texniki fənnlərə xüsusi marağım olmasına baxmayaraq, "Tarix"i də sevirdim.

- İmtahana necə hazırlaşırdın?

İmtahana hazırlaşdığım vaxtlarda çalışırdım ki, oxuduğum fənnləri dərindən mənimsəyim. Deyə bilmərəm ki, səhərdən-axşama qədər oxuyurdum, amma vaxtımı hazırlaşmaqla keçirirdim. Özüm üçün cədvəl də qurmamışdım, lakin məqsəd qoymuşdum ki, yüksək bal yığacağam. Hətta imtahana son bir ay qalmış bir qədər tempi azaltmışdım. İyundan başlayaraq daha çox oxudum.

- İmtahan günü yəqin həyəcanlı idin...

- Əksinə, həyəcanım yox idi. İnanırdım ki, 700 bal yığacam, amma 695 bal yığdım. Düşünürəm ki, "Azərbaycan dili"ndən bir qədər balım az oldu. Bununla belə, imtahandan çıxanda təxmini bilirdim ki, balım yuxarı olacaq. Atam mənim kodlaşdırmada səhv edə biləcəyimdən narahat idi. 695 bal topladığımı da birinci atam bildi. Həm göstərdiyim yüksək nəticəmə görə, həm də atamı sevindirdiyimə görə ikiqat sevindim.

- Seçimin Bakı Ali Neft Məktəbidir. Niyə BANM-i seçdin?

- 11-ci sinifdən BANM-i seçmişdim, məhz bu ali təhsil müəssisəsinə hazırlaşırdım. Bu mənim öz seçimimdir, BANM-i tədrsin yüksək səviyyədə olması və gələcəkdə iş imkanı üçün seçdim. Burada ballar yuxarı oldugu üçün bilik yarışında daha bilikli, savadlı yaşıdlarımla rəqabətdə olmaq istəyirəm. Digər tərəfdən, tədrisin ingilis dilində olması gələcəkdə bizə xaricdə də iş tapmaq imkanı verəcəyini düşünürəm. Mən gələcəkdə azərbaycanlı mütəxəssis kimi xaricdə çalışmaq istəyirəm.

- Belə bir peşəkar mütəxəssis ola biləcəyinə inanırsanmı?

- İnanıram ki, bu imkanı mən ancaq BANM-də qazana bilərəm. Güclü mütəxəssis olmaq istəyirəm ki, gələcəkdə xaricdə "Haralısan?" - deyəndə fəxrlə "Azərbaycanlıyam" - deyə bilim. Proseslərin avtomatlaşdırılması mühəndisliyi sahəsi üzrə Azərbaycandan olan güclü mütəxəssis kimi dünyada rolumun olmasını istəyirəm. Potensialımı tam buna həsr edəcəm./milli.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2361   Tarix: 27 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477