Bakıdakı bütün beşmərtəbəli binalar söküləcək

Bakıdakı bütün beşmərtəbəli binalar söküləcəkBakıda söküntü işləri geniş vüsət almaqdadır. Gələn il paytaxtın kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar bu işlərin bir qədər də genişlənməsi gözlənilir. Bəzi məlumatlara görə, hökumət təkcə paytaxtın kanalizasiya sisteminin yenidən qurulması üçün 8 milyard manat xərcləmək niyyətindədir. Bununla yanaşı, yaxın illərdə Bakıda istismar müddəti başa çatmış evlərin, şəhərin mərkəzindəki qəsəbələrin kütləvi şəkildə sökülməsi də nəzərdə tutulub. Artıq bununla hazırlıq işlərinə başlanıb. Məqsəd isə şəhəri qərb və şimal istiqamətlərə genişləndirməkdir.

Əldə etdiyimiz məlumatlara görə, bütün bu işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçiriləcək. Yeni Baş Plana əsasən, ilk olaraq Bakının "Sovetski" və "Kubinka" kimi tanınan ərazilərindəki evlər söküləcək. Mütəxəssislərin sözlərinə görə, buradakı yaşayış evlərinin əksəriyyəti istismar üçün yararsızdır, bəzi binaların istismar müddəti artıq 100 ili keçib. Eyni zamanda hökumət yaxın illərdə paytaxta beşmərtəbəli binaların kütləvi söküntüsünü də nəzərdə tutub. Qeyd edək ki, artıq metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığındakı, alimlərə məxsus beşmərtəbəli bina sökülüb. Bakının Baş Planı ilə bağlı verilən açıqlamalarda isə dövlət rəsmiləri 1950-1960-cı illərdə istifadəyə verilmiş köhnə beşmərtəbəli binaların 2013-cü ilədək söküləcəyini bildiriblər.
Ekspertlər bunu belə əsaslandırır ki, artıq həmin binaların istismar müddəti çoxdan başa çatıb. Memarlıq və İnşaat Universitetinin professoru, memarlıq doktoru Nəriman Əliyev də mətbuata açıqlamasında sözügedən binaların sökülüb yenisi ilə əvəzlənməsini qaçılmaz sayıb.
Öz növbəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sektor müdiri Feyzulla Quliyev beşmərtəbələrin 25 ilə nəzərdə tutulduğunu deyib. Moskvada belə binaların artıq söküldüyünü diqqətə çatdıran qurum əməkdaşı Azərbaycanda da artıq bu işin vaxtının çatdığını söyləyib: "Moskvada istismar müddəti başa çatmış belə binalar artıq yenisi ilə əvəzlənib. Düşünürəm ki, beşmərtəbəli evləri alıb yerində göydələnlər ucaldan şirkətlər bunda maraqlı olacaq".
Mütəxəssisin fikrincə, Bakıda beşmərtəbələr mərhələ-mərhələ sökülməlidir.
Müstəqil Memarlıq Assosiasiyası da istismar müddəti başa çatmış binaların sökülməsini vacib sayır. Qurumdan bildiriblər ki, hazırda Bakının mərkəzini "bəzəyən" "xruşşovka"lar heç bir standartlara cavab vermir. Xatırladaq ki, paytaxtda məskunlaşmış əhalinin yarısı beşmərtəbələrdə yaşayır. Məlumat üçün deyək ki, hazırda Bakıda sökülməsi vacib olan 200-ə yaxın belə bina var. Bakıda ilk "xruşşovka" 1961-ci ildə Nizami rayonunda inşa edilib. Eyni zamanda alimlər Bakıda 1-2-3 mərtəbəli binaların sökülməsini də zəruri sayıb. Məsələ burasıdır ki, ilkin hesablamalara görə, hazırda paytaxta 200 mindən yuxarı qanunsuz tikililər mövcuddur. Hökumət bu tikililərin sökülməsinə də qərar verib.
Bundan əlavə, Bakı və Bakıətrafı ərazilərdəki qanunsuz fərdi evlər də söküləcək. Hökumət söküləcək binaların sakinlərinə kompensasiya verilməsini nəzərdə tutulsa da, qanunsuz fərdi evlərə görə kompensasiya ödəmək fikrində deyil.
Yeri gəlmişkən, artıq bununla bağlı çoxsaylı məhkəmə iddiaları da mövcuddur. Belə ki, işini "ehtiyatlı" tutan dövlət qurumları qanunsuz adlandırdıqları evlərin sökülməsi ilə bağlı məhkəməyə müraciət ediblər. Məsələn, bugünlərdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Sabunçu qəsəbəsində 40 evin sökülməsi barədə qərar çıxarıb.
Binəqədi rayonunda da oxşar vəziyyət yaranıb. Burada kommunikasiya xətlərinin və mədən ərazilərində tikilmiş yüzlərlə evin sökülməsi barədə hətta qərar da var. Qeyd edək ki, Binəqədidə ötən il artıq 500 ev sökülüb.
Baş Plana əsasən, Sulutəpə, Xocəsən, Alatava və Keşlə qəsəbələri (Şanxay deyilən ərazi) də köçürüləcək. Hökumət şəhərin mərkəzindəki qəbiristanlıqları və həbsxanaları da kənara köçürmək qərarına gəlib. Digər tərəfdən, hökumət şəhərin mərkəzində sıxlığı aradan qaldırmaq məqsədilə buradakı ali məktəbləri də şəhərin kənarına köçürmək qərarına gəlib. Onu deyək ki, artıq Qaradağ rayonunda Moskva Dövlət Universitetinin Bakı filialı üçün yer ayrılıb və tikinti gedir. Şəhərin mərkəzindəki Neft Akademiyasının isə Dübəndiyə köçürüləcəyi bildirilir. Eyni zamanda Dərnəgül qəsəbəsində qaçqınların yaşadığı tələbə yataqxanalarının sökülməsi də gündəmdədir. Xatırladaq ki, həmin yataqxanaların sökülməsi müəyyən səbəblərdən gecikir. Əldə etdiyimiz məlumatlara görə, yaxın gələcəkdə adıçəkilən ərazidə xarici ölkələrin səfirlikləri üçün şəhərcik salınacaq. Bundan əlavə, BDU-nin yataqxanasının sökülməsi nəzərdə tutulub. Həmin yataqxanalarda məskunlaşmış köçkünlər isə Masazır qəsəbəsində salınacaq şəhərcikdə yerləşdiriləcək. Yeri gəlmişkən, sözügedən qəsəbənin tikintisinə gələn ay başlanacaq. Qeyd edək ki, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, S. Vurğun və Vidadi küçələrində daş-daş üstə qalmayıb. Bayılın sökülməsinə də hazırlıq başlanılıb. Artıq bununla bağlı sakinlərə xəbərdarlıq da edilib. Ərazidə isə neftçilər üçün şəhərcik salınacağı deyilir. Sonda əlavə edək ki, hökumət söküntü işlərini bununla yekunlaşdırmaq niyyətində deyil. Belə ki, palana əsasən, beşmərtəbəli evlərin sökülməsinin ardınca növbə 9 mərtəbəli binalara çatacaq. İlk olaraq sahil boyu tikilmiş 9 mərtəbəli binaların sökülməsi nəzərdə tutulub. Binaların yerində isə müasir hotellərin və ofislərin tikiləcəyi söylənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11058   Tarix: 26 avqust 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930