"Nə olardı evin tək balası ön cəbhədə olmazdı..." - Şəhidimizin nənəsi fəryad etdi/FOTOLAR

"Nə olardı evin tək balası ön cəbhədə olmazdı..." - Şəhidimizin nənəsi fəryad etdi/FOTOLARBiG.AZ qafqazinfo.az-ın şəhid Mahir Mirzəyevin evindən hazırladığı reportajı təqdim edir:

"Məzuniyyətə gələndə mənə dedi ki, bibi, apreldən sonra mənə "ded" deyəcəklər, ancaq elə oldu ki, şəhid dedilər..."

26 iyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Nərimanov Rayon İcra Hakimiyyətinin nüməyəndələrinin aprel şəhidimiz Mahir Mirzəyevi yad etmək üçün qəbirüstünə və evinə baş çəkəcəklərini öyrəndik. "Qafqazinfo" olaraq həm şəhidimizi yad etmək, həm də onun haqqında oxucularımızı daha ətraflı məlumatlandırmaq üçün İcra nümayəndələrinə qoşulduq. Şəhidin qəbrini ziyarət etdikdən sonra evlərinə yolandıq.

Bizi qarşılayan Zenfira xanım Mahirin bibisi olduğunu söylədi. Qardaşı oğlunun artıq əsgərlikdən gələcəyi vaxtın yaxınlaşdığını deyən bibinin sözlərinə görə, şəhid olmaq Mahirin elə son arzusu olub:

"Mahir haqqında danışmaq mənim üçün çox çətindir. Artıq Mahirin əsgərlikdən gələn vaxtıdır. Hələ də gözləyirik ki, o, hərbi xidmətini tamamlayıb iyulun 6-da evinə gələcək. Bəlkə də, şişirtdiyimizi zənn edənlər olar, ancaq Mahir həqiqətən də çox yaxşı uşaq idi. Belə söhbətləşəndə bir qüsur tapmırıq ki, onun haqqında bu da belə idi deyək. İnsan ömrü üçün 22 il nədir ki? Ancaq bu uşaq 22 illik ömrünə çox böyük arzular, uğurlar sığdıra bilib. Elə bil harasa tələsirdi. Qafqaz universitetində magistr təhsili almaq istəyirdi, daxil oldu. Biz ona dedik, evin tək oğlusan, magistr təhsilini də al, sonra əsgər get. Razılaşmadı. Prinsipial uşaq idi, qarşısına qoyduğu məqsədi gec-tez gerçəkləşdirirdi. Sən demə, son məqsədi də elə şəhid olmaq imiş".

"Biz heç bilmirdik onun bu qədər tanışı, sevəni var..."

Mahir məzuniyyətə gələndə də yaxşı güllə atmasından danışıb. O, hər dəfə şəhid olmaq istədiyini söyləyəndə anası pis olur, dilinə gətirmə deyirmiş. Mahir də gülüb keçirdi. Hətta əsgərliyə yola salanda "sağ-salamat gəl" deyən dostlarına da "təki şəhid kimi gəlim" deyib.

"Nə olardı evin tək balası ön cəbhədə olmazdı..." - Şəhidimizin nənəsi fəryad etdi/FOTOLARQardaşı şəhid olduqdan sonra ailənin tək övladı olan Aygün Mahirə ölümün ən şərəflisinin qismət olduğunu söylədi: "Heç bilmirdik, onu bu qədər tanıyan, sevən insan var. Hacı Şahini çox sevirdi, bir moizəsini də buraxmayıb. Qismət elə gətirdi ki, qardaşımı dəfn edəndə Hacı Şahin də gəldi. Bəlkə də bu, onun ən böyük arzusu olardı. Öləndə də arzusuna çatdı. Hacı Şahin özü də dedi ki, təsadüfən gəlib, onun üçün şərəfdir".

"Qayıdıb arzuladığı universitetdə oxuyacaqdı, qoy mən ölüm, o gəlib təhsilini davam etdirsin"

"Nə olardı evin tək balası ön cəbhədə olmazdı..." - Şəhidimizin nənəsi fəryad etdi/FOTOLARNənəsinin sözlərinə görə, Mahir 3 evin bir oğlu olub. Deyirmiş ki, gələndəhər şeyi həll edəcək: "Nəvəmin çox gözəl gələcəyi vardı, nə olardı evin tək balası ön cəbhədə olmazdı. Elə qürurlu uşaqdır ki, arxada da qalmaz".

"Mənim balam gələcəyin alimi olacaqdı"

"Nə olardı evin tək balası ön cəbhədə olmazdı..." - Şəhidimizin nənəsi fəryad etdi/FOTOLARŞəhid anası üçün danışmaq elə də asan deyil. Ana deyir ki, bir təsəllim var, o da övladım arzusuna çatdı: "Bilmirəm, onsuz necə yaşayacam. 3 aydı evdə büzüşüb qalmışam, hələ də Mahirin əsgərlikdən gələcəyyini gözləyirəm, telefonlar çalanda onun zəng etdiyini düşünürəm. O, ölməli oğul deyildi. Amma bir təsəllim var ki, şəhidlik arsuzu idi. Mahir arzusuna çatdı, ancaq mən yox. 5 dil bilirdi, hələ də öyrənmək, oxumaq istəyirdi. Mənim oğlum alim olacaqdı".

"Əvvəl Sabirin oğlu deyirdilər, indi Mahirin atası deyəcəklər"

Danışmaq ən çox onun üçün çətindir. Bir tərəfdən qürurlu şəhid atası statusu onu qürrələndirir, ancaq bir tərəfdən də gözünün ağı-qarası olan oğlunun həsrəti içini dağlayır:

"Nə olardı evin tək balası ön cəbhədə olmazdı..." - Şəhidimizin nənəsi fəryad etdi/FOTOLAR"Oğlum heç vaxt mənim adımı batıracaq, ziyana salacaq bir şey etməyib. Ölümü ilə də mənə şərəfli bir ad qoyub getdi. Həmişə deyirdilər filankəsin oğlu, indi deyəcəklər, filankəsin atası, qohumu, bacısı. Heç qəbuluna düşə bilmədiyimiz insanlar, məmurlar özləri evimizə gəlir, təsəlli verir. Elə bil bir tərəfim iflic olub, işləmir. Bir tərəfdən də baxıram ki, nahaq yerə itirməmişəm. Eybi yox, mən bir qol-ayaqsız gəzərəm, övladım 23 ildə ilk dəfə torpaq alıb şəhid olanlardandandır. Tək təsəllim elə budur. Gözüm onu axtarır, həmişə də axtaracaq. Birlində əkdiyimiz axaclar var, bəhrəsini o yemədi, bizim də boğazımızdan keçməz, ancaq qoy gələcəkdə bir alma üzüb yeyəndə rühumuzu yad etsinlər. Necəki, o torpaqlarda gəzəndə mənim oğlum kimi onlarla şəhidlərimizin ruhu yad ediləcək".

"Nə olardı evin tək balası ön cəbhədə olmazdı..." - Şəhidimizin nənəsi fəryad etdi/FOTOLAR"Nə olardı evin tək balası ön cəbhədə olmazdı..." - Şəhidimizin nənəsi fəryad etdi/FOTOLAR"Nə olardı evin tək balası ön cəbhədə olmazdı..." - Şəhidimizin nənəsi fəryad etdi/FOTOLAR"Nə olardı evin tək balası ön cəbhədə olmazdı..." - Şəhidimizin nənəsi fəryad etdi/FOTOLAR"Nə olardı evin tək balası ön cəbhədə olmazdı..." - Şəhidimizin nənəsi fəryad etdi/FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6674   Tarix: 27 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585