"İlhaməni həqiqətən də Orxan öldürüb" - Yeni ilginc İDDİALAR

"İlhaməni həqiqətən də Orxan öldürüb" - Yeni ilginc İDDİALARXalq artisti İlhamə Quliyevanın ölümündən artıq 3 ay ötür, amma müəmmalar davam edir...

BiG.AZ musavat.com-a istinadən bildirir ki, onun qəfil ölməsi yaxınlarının və sənət dostlarının sui-qəsd, zəhərlənmə iddiasını irəli sürməsinə səbəb olmuşdu.

Bununla da oğulluğu Orxan Nadirovun tələbi ilə ölümün səbəblərinin müəyyən edilməsi üçün kimyəvi və toksikoloji ekspertizalar təyin edilmişdi. Aprel ayında isə müəyyən olunan ekspertizanın nəticələrinə görə, xalq artistinin ölümünə səbəb heç də zəhərlənmə deyil, hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olub.

Müğənninin yaxınlarının mətbuata verdiyi açıqlamalara görə isə onun ürəyini "partladıb" öldürən səbəb qəfil gələn zəng olub. Bacısı İradə Quliyevanın sözlərinə görə, həmin zəngdən sonra müğənni bərk əsəbləşib, halı pisləşib və qəfildən ölüb. Bu faktı İlhamənin dayısı oğlu Eldar İsmayılov da təsdiqləyib:

"Bilirsiniz, İlhamə xanım nədən dünyasını dəyişib? Gecə ona zəng gəlib, nəsə deyiblər, ürəyi partlayıb ölüb".

Müğənninin ölümünə şahid olan köməkçisi Fatma Əliyevanın verdiyi ilginc açıqlamalar bu müəmmaya azacıq da olsa aydınlıq gətirib. Köməkçinin sözlərinə görə, müğənni son vaxtlar kiminləsə danışıb əsəbləşirmış:

"Axırıncı zəng Orxandan gəlmişdi. Orxan fevralın 24-dən 25-nə keçən gecə zəng elədi, İlhamə xanım da əsəbləşdi. Dedi ki, niyə zəng etmisən? Yatmışam. Telefonla danışandan sonra əsəbləşib, bədənində gərginliklər yaranmışdı. Təzyiqi enib-qalxırdı. Həmin gün mənə dedi, ürəyi silkələnir, narahatdır. Soruşdum ki, təcili yardım çağırım? Dedi yox, keçəcək. Gecə məndən qatıq və meyvə istədi. Bir az yedi və başladıq söhbət eləməyə. Dedi ki, Eldar müəllim xaricdən gəlsin, gələn kimi notariusa gedək, bütün hər şeyimi onun adına keçirəcəyəm. Bu barədə danışdıq, gecə saat ikinin yarısı yatdı və səhər 7-də durdu. Səhər təzyiqini yoxladım. Dedi, nəsə özümü pis hiss edirəm, bir az yatım. Yatdı, saat 10-un yarısında durdu. Məni çağırıb dedi ki, "halım pisləşir, ürəyimə bax, elə bil ürəyimdə nəsə damar qırıldı. Deyəsən, mən ölürəm". Mən də qorxdum, dərhal Leyla xanıma zəng etdim və dedim ki, təcili yardım gəlsin. Leyla xanıma zəng edəndən sonra Eldar müəllimə zəng elədim, zəng çatmadı. Daha sonra Əli müəllimi və onun qızı Samirəni yığdım. Onlar da, təcili yardım da evə gələnə qədər İlhamə xanım qollarımda can verdi. Bu dəhşətli bir an idi".

İ.Quliyevanın ölümündə oğulluğunu ittiham edənlərdən biri də müğənninin digər qohumu Əli Mirəliyevdir. O, son müsahibəsində Orxanın hansısa səs yazısı ilə müğənnini şantaj etdiyini deyib:

"İlhaməni həqiqətən də Orxan öldürüb. Bu adam İlhamənin başına min oyun açıb. Deputatlara, iş adamlarına pul atıb... Orxan İlhamə xanımı şantaj edirdi. Sən niyə o boyda sənətkarı şantaj etmisən? Demisən ki, səsini yazmışam, sən mənə pul verməsən, bu səs yazısını yayacam. Sənin səs yazını dövlət orqanlarına aparacam..."

Qeyd edək ki, adıçəkilən səs yazısı haqda bundan öncə mətbuatda məlumatlar yayılmışdı. Belə ki, müğənninin sabiq, hazırda həbsxanada olan köməkçisi Mehriban Hüseynova mətbuata ünvanlandığı məktubunda İlhamə Quliyevanı bitirəcək səs yazısı olduğunu bildirmişdi...

Lakin bəzi iddialara görə, İ. Quliyeva öz kanalları vasitəsilə istintaqa yaxın mənbələrdən öyrənə bilib ki, belə bir səs yazısı M.Hüseynovada yoxdur. Amma digər şəxsdə ola bilməsi ehtimalı İ.Quliyevaya rahatlıq vermirmiş. Yaxınları da onu mənzilinə gizli dinləmə qurğusu yerləşdirilməsinə inandırıblar. Guya ki, mənzildə baş verənlərin mətbuat səhifəsinə çıxması təsadüfi deyil, xüsusi dinləmə vasitəsi ilə mənzildə baş verənlər sonradan mətbuata ötürülüb. Bundan çox narahat olan müğənni mənzilə dinləmə cihazı axtaran mütəxəssislər də gətizdirib. İddiaya görə, onun halı bu məsələyə görə çox gərginləşib və tez-tez ürək ağrılarından əziyyət çəkib. Köməkçisi Fatma Əliyevanın sözlərinə görə, vəziyyətinin pisləşməsi isə daha çox oğulluğu Orxan Nadirovla bağlı zənglər olub:

"İlhamə xanıma zəng daha çox Orxanla bağlı gəlirdi və o da əsəbləşirdi".

İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun adı tez-tez dələduzluq, borc qalmaqallarında səslənir. Onun hələ 2008-ci il may ayının 8-də xidmət etdiyi hərbi hissədə həbs olunduğu barədə məlumatlar var. O, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə ittiham olunub. Barəsində üç aylıq həbs qəti imkan tədbiri seçilib. Bu ilin yanvar ayında isə yaxın dostu Vüqar Bəkirov Heydər Əliyev adına hava limanında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinə aparılmışdı. Hər iki şəxsdən heç yerə getməməsi barədə iltizam alınmışdı. Əli Mirəliyevin sözlərinə görə, Orxanla Vüqarı İmişlidən kiməsə pul "atdıqları" üçün saxlayıblarmış. İddiaya görə, Ağadadaş Ağayevin zəngindən sonra dostlar buraxılıblar. Köməkçi Fatma Əliyeva da həmin faktı öz müsahibəsində qeyd edib:

"Ölməmişdən bir neçə gün qabaq xalq artisti Ağadadaş Ağayev İlhamə xanıma zəng edərək, Orxanın işi barəsində danışdı. İlhamə xanım da dəstəyi yerə asandan sonra halı pis oldu. Dərmanlarını atandan sonra sakitləşdi".

Lakin Vüqar Bəkirov bu günlərdə məhkəmənin qərarı ilə dələduzluqda ittiham olunaraq 4 il azadlıqdan məhrum edildi. Həbsdə olan Mehriban Hüseynovanın vəkili Vasif Mirzəyev tezliklə Orxan Nadirovun da həbs olunacağını deyib:

"Onlar dələduzluq ediblər, potensial cinayətkar, dəfələrlə məhkum olunmuş insanlardır".

Eldar İsmayılov isə deyib ki, Orxanın nəinki sənəti, təhsili, heç sürücülük vəsiqəsi də yoxdur:

"Belə baxanda normal adama oxşayır, amma heç bir sənətin sahibi deyil. Mənə zəng edib deyirlər ki, Orxan hüquqşünasdır, yoxsa iqtisadiyyatla məşğuldur? Amma mənə elə gəlir ki, Orxan dələduzluğu özünə peşə seçib. Dələduzluğun axırı da bax belə olur. Şəxsən Orxanın kimlərdənsə pul alıb-verməyi mənim nəslimə böyük zərbədir. Mən hər zaman İlhaməyə görə Orxana kömək olmuşam. Orxanın anası hər zaman mənimlə məsləhətləşərdi, atası isə məni böyük kimi qəbul edərdi. Amma sonra gördüm ki, bunlar artıq heç kimi saymırlar".

Onu da əlavə edək ki, bu günlərdə müğənni Firuzə İbadova ona borclu olduğu 4500 manatı qaytarmadığına görə Orxan Nadirov barəsində baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4405   Tarix: 26 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü - FOTO

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü yayılıb. xəbər verir ki, şəkli Fahriye Evcen sosial şəbəkədə ağ ürək qoyaraq paylaşıb. Görüntüyə minlərlə bəyənmə və şərh gəlib

25.04.2024 112
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

16:28 343
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 101
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 452
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 792
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 301
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

20:20 0
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 317