Sarkisyanın arvadının adamı: "Ağdam bizim torpaq deyil"

Sarkisyanın arvadının adamı: "Ağdam bizim torpaq deyil"Ermənistan Milli Məclisinin vitse-spikeri Ermine Naqdalyanın "Beynəlxalq hüquq bizə Dağlıq Qarabağı nəzarətdə saxlamağa icazə vermir" açıqlamasından sonra ermənilər arasında ciddi qarşıdurma yaranıb.

BiG.AZ publika.az-a istinadən bildirir ki, "armenianreport" saytı Naqdalyanın Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin rəhbəri olduğuna diqqət çəkib: "Biz AŞPA-da da Azərbaycanın bizi məğlub etdiyini açıq şəkildə görürük. Sadəcə, etiraf edə bilmirik. Reallıq budur ki, Azərbaycan diplomatiyasına ciddi əsas verən Naqdalyan AŞPA-da da heç bir iş görə bilmir".

Sayt yazır ki, bütün uğursuzluğa baxmayaraq, Naqdalyan nümayəndə heyətinin rəhbəri vəzifəsindən çıxarılmır.

"Çünki hər kəs bilir ki, o, birinci xanım Rita Sarkisyanın adamıdır. Kim Naqdalyana söz deyə bilər? Rita Sarkisyanın qanadı altında olandan sonra hər şey demək mümkündür", - deyə məqalədə bildirilir.

Sayt Naqdalyanın qeyri-rəsmi məclislərdə səsləndirdiyi bir fikrə də diqqət çəkib: "Siyasi dairələrə yaxın şəxslər bildirirlər ki, Naqdalyan qeyri-rəsmi məclislərdə israrla Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını tələb edib və bildirib ki, Ermənistan Putinlə münasibətləri pisləşdirməmək üçün bunu etməlidir. Digər bir məclisdə isə o, Sarkisyanın məğlubiyyətini müdafiə etmək məqsədilə "Ağdam bizim torpağımız deyil" deyə bildirib".

"Armenianreport" Sarkisyanın partiyasından olan digər bir deputatın vaxtilə söylədiyi fikirləri də gündəmə gətirib.

"Naqdalyanın sözləri fonunda digər respublikaçı deputat Mqer Sedrakyanın Rusiya zülmü altında qalmağın yaxşı olduğuna dair fikirlərini xatırlamamaq olmur. "Rus xalqı olmadan biz sağ qala bilmərik. Axı biz necə yaşaya bilərik? Biz kiminsə bizə ağalıq etməyinə öyrəşmişik. Farslar, türklər, ruslar... Niyə indi rusların hakimiyyəti altında olmamalıyıq? Əgər ruslar olmasaydılar, biz Qarabağı necə tutardıq? Bizim əsgərlərimiz rusların köməyi ilə o əraziləri tuta bildilər". Biz respublikaçı deputatların belə nitqlərini xatırlayırıq. Yəni, məsələ Naqdalyanın bəyanatında deyil. Ümumiyyətlə, Sarkisyan hakimiyyəti belə düşünür", - deyə sayt yazır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6895   Tarix: 01 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 213
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

14:15 158
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 452
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 358
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 792
.

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü - FOTO

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü yayılıb. xəbər verir ki, şəkli Fahriye Evcen sosial şəbəkədə ağ ürək qoyaraq paylaşıb. Görüntüyə minlərlə bəyənmə və şərh gəlib

25.04.2024 112
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

20:30 0
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

15:23 178