Azərbaycan parlamentində Qarabağ müzakirələri: Serj Sarkisyan istefaya çağırıldı

Azərbaycan parlamentində Qarabağ müzakirələri: Serj Sarkisyan istefaya çağırıldıMilli Məclisdə çağırış: "Azərbaycan Ermənistana ultimatum verməlidir"

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda cari məsələlərin müzakirəsi zamanı deputatlar daha çox diqqəti Qarabağ cəbhəsində baş verənlərə yönəldiblər.

Deputat Zahid Oruc Qarabağ cəbhəsində baş verən son hərbi toqquşmalardan bəhs etdi və bu zaman Ermənistan prezidenti Serj Sərkisyanı istefa verməyə çağırdı. "Ermənilər iki erməni dövləti qurmaq istəyirdi. Ancaq hər ikisindən məhrum olmaq üzrədir. Ermənilər istədiklərinə nail ola bilməyiblər. Bu illər ərzində onlar demoqrafik cəhətdən məhv olublar. Onlar istəyirlər ki, rus generalları gəlib Qarabağda onların əvəzində dayansın. Sual olunur, ruslar nə üçün gəlib ermənilərin əvəzinə ölməlidir?" Z.Oruc dedi ki, sosial şəbəkələrdə və mediada diqqətli olmağa çağırdı. Dedi ki, ordu haqqında hər hansı bir şayiə inzibati yolla cəzalandırılmalıdır.

Oqtay Əsədov mətbuata da müraciət etdi və ehtiyatlı olmağa çağırdı: "Elə parlamentdə də hər bir məsələ ilə bağlı diqqətli olaq. Mən xahiş etdim, dostluq qrupları məktublar yazsın, cavablar verilsin. Bəziləri yazıb, amma yazmayanlar da var. İş o yerə çatıb ki, amerikalı senator müraciət edib deyir Azərbaycan təzyiqlərdən əl çəksin. Bəziləri heç bilmir Qarabağ harda yerləşir. Ən çox dostluq qrupları ilə işləməliyik. Xahiş edirəm, bu məsələni diqqətdə saxlayın".

Deputat Fərəc Quliyev dedi ki, Sərkisyanın danışıqlardan imtinaya yönəlik üç şərtlə çıxış etməsi Ermənistanın bütün beynəlxalq qurumlara hörmətsizliyi deməkdir: "Bizim bütün dostluq qrupları BMT başda olmaqla bütün beynəlxalq qurumlara müraciət etməlidir. BMT qətnamələrində açıq şəkildə tələb olunub ki, Ermənistanın işğalçı ordusu Azərbaycan ərazisini tərk etməlidir. Bu gün Azərbaycan da bunu tələb edir".

O.Əsədov dedi ki, Ermənistan hakimiyyəti başını itirib: "Ona görə də xahiş edirəm Sərksiyandan çox misal gətirməyin. Sərkisyan deyir danışıqlardan imtina edirəm, xarici işlər naziri isə danışıqları davam etdirməyə hazır olduğunu bildirir. Orada baş deyəni ayaq eşitmir".
Deputat Fəzail Ağamalı Azərbaycanın dinc insanları arasında itki verməsini Ermənistanın kifayət qədər azğınlaşmasının bariz nümunəsi adlandırdı: "Azərbaycan beynəlxalq konvensiyalara söykənərək qəti addımlar atmalı, ultimatum verməlidir. Əgər Ermənistan bundan da nəticə çıxartmasa, Azərbaycan ordusu öz sözünü deməli, nəinki Azərbaycan, ümumiyyətlə, region bu üfunətli bəladan birdəfəlik xilas olmalıdır".

Deputat Aydın Mirzəzadə dedi ki, son bəyanatı Sərksiyanın ən səfeh və primitiv mövqeyidir: Beynəlxaql sənədlərdə işğalçı kimi tanınan, Xocalı soyqırımının cəlladı olan Seyran Ohanyanı müdafiə naziri təyin edən bir şəxs bu gün erməni əhalisinin təhlükəsizliyinə təminat tələb edir. Hətta Hitler də belə ağılsız və düşüncəsiz bəyanat verə bilməzdi. Sərkisyan unudur ki, bu gün Azərbaycan Zəngəzuru, Mehrisi, Göyçəsi əlindən alınan, Dağlıq Qarabağa zorla muxtariyyət statusu verilən Azərbaycan deyil".

Deputat Elşən Musayev Avropa Şurası Parlament Assambleyasında üzləşdikləri erməni təxribatından bəhs etdi. Həmçinin diqqətçəkən müşahidələrini bölüşdü: "Xristian faktoru artıq Azərbaycan əleyhinə işləmir, erməni lobbisi prosesə neytral qalıb və Ermənistan tamamilə təklənib". E.Musayev Türkiyənin baş naziri Əhməd Davudoğlunun sərgilədiyi mövqeyini yüksək dəyərləndirdi.

Deputat Fazil Mustafa Azərbaycan ordusunda bir nəfər də fərarinin olmaması xalqın orduya yüksək münasibəti kimi dəyərləndirdi. Ancaq təhsil almaq adı altında bəzi gənclərin xaricə gedib universitetlərdə baş girələməsinə diqqət çəkdi. Türkiyənin bir neçə universitetində 300-dən çox tələbə təhsil alır. Ancaq onların bir çox hissəsi illərlə 5-ci kursu bitirə bilmir. Kimsə soruşmur ki, bala sən 10 ildir Türkiyədə nə işlə məşğulsan, niyə gəlib orduda xidmət etmirsən? Demək əsgərlikdən yayınmaq üçün xeyli insanlar bu üsula əl atıb. Onsuz da bizim universitetlərin xeyli hissəsi bilik yox, diplom verməklə məşğuldur. Elə addımlar atmaq lazımdır ki, bəziləri təhsildən istifadə edərək ordudan yayınmasın".

Spiker məsələyə müdaxilə etdi: "Bilmirəm bu, nə dərəcədə doğrudur. Amma aprelin əvvəlində Azərbaycan gəncləri məktublarla müraciət edirdi ki, orduya yazılmaq istəyirlər".

Deputat Sahib Alıyev dedi ki, erməni canilərinin mülki əhalini atəşə tutması nəticəsində Tərtərdə 256 ev dağılıb ki, bu, bir kənd deməkdir. Çox təəssüf ki, Minsk Qrupu həmsədrləri olan ölkələr məsələyə seyrçi qalır. Bu, Azərbaycan ordusuna haqq verir ki, genişmiqyaslı hərbi əməliyyatlara başlasın. Amma Azərbaycan daha çox qan tökülməsini istəmir".

S.Alıyev Ermənistana "hədiyyə" göndərilən 1 ədəd T-90S tankının gətirilməsi xəbərinə reaksiya verdi: "Erməni tərəfi onu unutmamalıdır ki, Azərbaycan 100 T-90S tankı alıb".
Deputat Elman Nəsirov bildirdi ki, beynəlxalq ictimaiyyət olduqca müəmmalı susqunluq nümayiş etdirməkdədir: "Gözlənilirdi ki, beynəlxalq ictimaiyyət hərəkətə keçəcək və təcavüzkarın cəzalandırılmasına qərar verəcək. Ancaq xristian təəssübkeşliyi yenə özünü göstərdi. Cəzasız qalan Ermənistan dinc əhalini hədəfə alıb".

Vitse-spiker Bahar Muradova Azərbaycan xalqının öz ordusuna inamından bəhs etdi. Dedi ki, biz beynəlxalq təşkilatları, ölkələri Azərbaycanın yanında olmağa yox, ədalətin, beynəlxalq hüququn yanında olmağa çağırmalıyıq: "Biz fəaliyyətimizi çox genişləndirməliyik, həmçinin beynəlxalq aləmi informasiya ilə təmin etməliyik". Ancaq ehtiyatlı olmağa da çağırdı: "Biz razılaşmışdıq ki, cəbhədə baş verənlərlə bağlı yalnız Müdafiə Nazirliyinin məlumatını yayaq. Bizim qarşıda görəcəyimiz çox böyük işlər var"./musavat.com/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 643   Tarix: 29 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 146
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

26.04.2024 942
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26.04.2024 187
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26.04.2024 714
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26.04.2024 210
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

26.04.2024 569
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

26.04.2024 630
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

26.04.2024 169
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 767