Qeybət etmək haqqında

Qeybət etmək haqqındaMənbə: http://zikr.az

Dilini haramdan qorumaq müsəlmanın riayət etməli olduğu ən vacib məsələlərdəndir. Dilin işlədiyi haramlara yalan, qeybət, böhtan, söz gəzdirmək, lağ etmək, söymək və s. daxildir.
Uca Allah buyurur: "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir". (əl-Hucurat, 12).
Peyğəmbər - Allahın ona salavatı və salamı olsun - səhabələrinə demişdir: "Qeybətin nə olduğunu bilirsinizmi?" Onlar dedilər: "Allah və Rəsulu daha yaxşı bilir". O dedi: "Qardaşının xoşlamayacağı bir şeyi onun haqqında danışmaq" Dedilər: "Bəs dediyim şey qardaşımda varsa necə?" O dedi: "Əgər dediyin şey onda varsa onun qeybətini etmiş olursan, yox, əgər yoxdursa, ona böhtan atmış olursan" (Muslim, 2589)
Söz gəzdirmək isə bir insanın fitnə-fəsad yaradacaq bir sözünü başqasına deməkdir.

Qeybətin cəzası
Uca Allah qeybət edənlərin Cəhənnəmdə əzab görəcəklərini Qurani-kərimin Huməzə surəsində bildirmişdir: "Hər bir qeybət edənin, tənə vuranın vay halına!" (əl-Huməzə surəsi, 1)
Peyğəmbər demişdir: "Ey qəlbində iman girmədiyi halda, dili ilə iman gətirdim deyənlər! Müsəlmanların qeybətini etməyin! Onların gizli işlərini açmayın! Kim onların gizli işlərinin dalınca düşərsə, Allah da onların gizli işlərinin dalınca düşər. Allah kimin gizli işinin dalınca düşərsə, harada olursa olsun, hətta evində olsa, onun sirlərini açar". (Əbu Dəvud)
Rəsulullah iki qəbirin yanından keçərkən demişdir: "Bu iki nəfər təharət əsnasında üstünə sıçrayan sidiyə diqqət etmədikləri və qeybət etdikləri üçün qəbirdə əzab görürlər" (Buxari, Muslim)
Qeybət edən şəxs həmçinin qardaşının haqqına girdiyi üçün Qiyamət günü onun savablarından götürülərək qardaşına verilir.

Qeybətin kəffarəsi
Qeybət edən ilk növbədə əməlinə görə peşman olaraq tövbə etməli, Allahdan bağışlanma diləməlidir. Həmçinin qeybətini etdiyi insan üçün Allaha xeyirli dualar etməlidir. Digər insanların yanında həmin şəxsin müsbət cəhətlərini xatırlamalı, onun haqqında xoş danışmalıdır. Söz həmin insana çatıbsa, ondan halallıq istəmək lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 9566   Tarix: 10 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Qərbin şərqdən götürməli olduğu 5 QAYDA - Azərbaycanda yaşamış ukraynalı qızın etirafı

Təmizliyin şərqdən gəldiyi barədə deyim bir çoxlarına məlumdur. İslam dini mənəvi paklıqdan əlavə, cismani təmizliyi də imandan bilir və ibadət üçün "qüsl", "dəstəmaz" kimi yuyunma prosesini vacib buyurur. BİG.AZ takprosto.cc saytına istinadən bir müddət Türkiyə və Azərbaycanda yaşaya

27.04.2020 3495
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882