Arvadının başını kəsən metro işçisinə hökm oxundu

Arvadının başını kəsən metro işçisinə hökm oxunduİlham arvadının istəyini yerinə yetirərək ona "Hyundai" markalı avtomobil alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini İlham Süleymanovun (1971-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BiG.AZ xəbər verir ki, bu il yanvarın 25-də Nərimanov rayonu, Aşıq Qərib küçəsindəki 69 saylı evdə İlham Süleymanov qısqanclıq zəminində həyat yoldaşı Məhəbbət Süleymanovaya (1979-cu il təv.) boğaz nahiyəsindən çoxsaylı bıçaq zərbələri endirərək, onu qətlə yetirib və hadisədən sonra Nərimanov RPİ-nə könüllü gələrək təslim olub.

Saxlanılan şəxs cinayəti namus üstündə törətdiyini bildirib, onun Bakı Metropolitenində elektrik-mexanik işlədiyi məlum olub.

İş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, qadının ölümünə boğaz nahiyəsinin və digər orqanlarının kəsilmiş-deşilmiş yaraları fonunda inkişaf edən kəskin qanitirmə səbəb olub.

İstintaq zamanı şahid qismində dindirilən tutulan şəxsin valideynləri cinayətin namus üstündə törədildiyini təsdiq ediblər. Sona Süleymanova oğlunun 18 ildir həmin qadının hərəkətlərinə dözdüyünü bildirib. Aralarında dəfələrlə mübahisələri olsa da, yenə də barışıblar.

Axırıncı dəfə Məhəbbət acıq edərək, 10 gündən artıq öz atasının evində yaşayıb, sonra isə geri qayıdıb. Hətta İlham arvadının istəyini yerinə yetirərək ona "Hyundai" markalı avtomobil alaraq, hədiyyə edib. Bununla yanaşı, Məhəbbətin gediş-gəlişini izləmək üçün evin girişinə müşahidə kameraları yerləşdirib.

Məhkəmə prosesində İlham Süleymanov ittiham üzrə özünü qismən təqsirli hesab edib.

Zərərçəkən Nəriman Məsimov qızının uşaqlarının onlarla birgə yaşadığını bildirib, o Məhəbbətin idarə etdiyi avtomobilin onlara qaytarılmasını və təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını tələb edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3258   Tarix: 05 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

22:27 0
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

20:45 0
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 299
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 836
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 452
.

"Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası olan Qırğızıstanla əlaqələr də müstəsna əhəmiyyətə malikdir"

"Bu il fevralın 14də baş tutmuş andiçmə mərasimində Prezident İlham Əliyevin Türk dünyasının Azərbaycan xarici siyasətində prioritet olduğunu bəyan etmiş və bildirmişdi ki, "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır." Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası ola

14:19 106
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

17:29 189
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

22:12 0
.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

16:00 109