Avropa Oyunlarında güləşin hər növündən ən azı 2-3 qızıl medal gözləyirik

Avropa Oyunlarında güləşin hər növündən ən azı 2-3 qızıl medal gözləyirikGüləş üzrə Azərbaycan yığma komandaları birinci Avropa Oyunlarına hazırlıqlarını Olimpiya Güləş Mərkəzində davam etdirirlər.

Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, iyunun 1-də qadın güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib. Məşqi federasiyanın I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev də izləyib.

Məşqdən sonra media nümayəndələrinin suallarını cavablandıran AGF rəsmisi hər 3 güləş növündə yığma komandaların yüksək səviyyədə hazırlıq keçdiyini bildirib: "I Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycana, paytaxtımız Bakıya yönələcək. Güləşçilərimiz bu yarışlara ciddi səylə hazırlaşırlar. Avropa Oyunlarında qitənin ən güclü idmançıları mübarizə aparacaq. Amma Azərbaycan güləşi elə bir səviyyəyə çatıb ki, nəinki Avropada, bütün dünyada favoritlər arasında göstərilirik. Yəni məqsədimiz həmişə olduğu kimi, yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Bu tarixi hadisəyə qazanacağımız qələbələrlə əlavə bayram ab-havası qatmaq, xalqımızı sevindirmək istəyirik".

Qadın güləşçilərimizin Monqolustan yığması ilə birlikdə hazırlaşdığını bildirən N.Əliyev hələ ki, Bakı-2015 Avropa Oyunlarında çıxış edəcək heyətin tam tərkibinin müəyyənləşdirilmədiyini vurğulayıb: "Bu həftənin sonuna qədər I Avropa Oyunlarında çıxış edəcək heyət tam olaraq müəyyənləşdiriləcək. Komandanın tərkibində çoxlu gənclər olacaq. O idmançılar gənc olmalarına baxmayaraq, artıq böyüklər arasında da öz sözlərini deyiblər. Hesab edirəm ki, gənc güləşçilərimiz I Avropa Oyunlarında sürpriz edəcəklər. Ümid edirəm ki, Azərbaycan azarkeşlərini sevindirəcəyik. Heyətdə Olimpiya çempionlarımızdan Toğrul Əsgərov yer alacaq. Şərif Şərifov isə Amerikada keçiriləcək dünya çempionatına hazırlaşır. Avropa Oyunlarında güləşin hər növündən ən azı 2-3 qızıl medal gözləyirik".

Qeyd edək ki, Avropa Oyunlarında hər 3 güləş növü üzrə yarışlar Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. İyunun 13-dən 18-dək ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

trend.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 698   Tarix: 01 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 453
.

Azərbaycanda üç gün əvvəl baş məşqçi təyin edilən şəxs iki ay sonra yola salınacaq?

"Araz-Naxçıvan" klubunun yeni baş məşqçisi Elmar Baxşıyev iki ay sonra komandadan ayrıla bilər. Bu barədə -a açıqlamasında "Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov deyib. "Müqavilənin müddəti "iki ay + bir il" nəzərdə tutulub. Bilindiyi kimi, qarşıd

11.04.2024 468
.

UEFA "Qarabağ"a 3 milyon ödədi

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. "Köhlən atlar"a Avropa Liqasında pley-offa vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəlməsinə görə 1 milyon 700 min avro (3 milyon, 133 min manat

04.04.2024 491
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 385
.

"Transfermarkt" 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların adını açıqlayıb

Nüfuzlu "Transfermarkt" internet portalı 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların reytinqini dərc edib. Bu siyahıya "Bavariya"nın ingilis hücumçusu Harri Keyn başçılıq edir. "Transfermarkt"a görə 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçular:. 1. Harri Key

13.04.2024 325
.

"Qurban Qurbanov instaqram nədir, onu da bilmir"

"Qurban Qurbanovun göstərdiyi nəticələr elə nəticələrdir ki, onu qarşımıza hədəf kimi qoymuruq. İstər Türkiyə, istər Rusiya, Niderland, istərsə də, Belçika məşqçiləri olsun, onlar bu uğuru təkrarlaya bilməzlər". "Qafqazinfo" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşa

04.04.2024 621
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 544
.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

07.04.2024 574
.

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatd

28.04.2024 215