Yeni peyk üçün tender elan edildi

Yeni peyk üçün tender elan edildi"Azərkosmos" ASC Azərbaycanın ikinci telekommunikasiya peyki olan "Azerspace-2"-nin və əlaqədar yerüstü avadanlıqların satın alınmasına dair açıq tender keçirir.

"Azərkosmos" ASC-dən verilən məlumata görə, bununla əlaqədar telekommunikasiya peyk istehsalçıları tenderdə iştiraka dəvət olunur.

Qeyd edək ki, tenderin əsas şərtlər toplusu Azərbaycan və ingilis dillərində tərtib olunub.
Tenderdə iştirak etmək üçün müraciət edənin göstəriciləri satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı, maliyyə durumu qənaətbəxş olmalı, satınalma müqaviləsinin icrasını təmin etmək üçün qeyd edilmiş (və bu tenderin əsas şərtlər toplusu ilə daha ətraflı müəyyən edilmiş) müvafiq sahədə peşəkar və təcrübəli olmalı, texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı, vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə icra vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

Tenderdə iddiaçı kimi iştirak və tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər martın 13-dək Bakı vaxtı ilə saat 18:00-a qədər tenderdə iştirak etmək üçün yazılı müraciət, iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi və konfidensiallıq haqqında müqavilənin imzalanmış əsli (belə sənəd olmadıqda, müqavilə layihəsinin formasını elanın sonunda qeyd edilən şəxslərə müraciət edibəldə etmək olar) təqdim etməlidir. Bundan sonra isə aşağıdakı sənədlər Tender Prosedurasının başlanmasına ən azı 7 bank günü qalmış təqdim edilməlidir: şirkətin tam adı, hüquqi statusu, rekvizitləri, təsis olduğu ölkənin səlahiyyətli dövlət orqanında qeydiyyata alınmış nizamnaməsi (bu olmadıqda isə, digər ekvivalent sənədi) şirkətin Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) və ya Ümumi Qəbul Edilmiş Mühasibat Uçotu Prinsipləri (GAAP) əsasında hazırlanmış kənar audit hesabatı və ən sonuncu il üzrə maliyyə hesabatları.

Tenderdə iştirak haqqı 20 min ABŞ dolları təşkil edir və heç bir halda geri qaytarılmır.
Tender təklifinin qüvvədə olma müddəti 180 gün təşkil edir. Müqavilə üzrə işlər 2017-ci ilin sonunadək tamamlanmalıdır: yerüstü avadanlıqların quraşdırılması ən geci 2017-ci ildə tamamlanmalı və ən geci 2017-ci ilin sonunadək peyk kosmodroma göndərilməyə hazır vəziyyətə gətirilməlidir. Tender təkliflərinin seçilməsi hər bir tender təklifinin və iddiaçının tenderin əsas şərtlər toplusuna uyğunluğunun dəyərləndirilməsi və tender təkliflərinin bir-biri ilə müqayisəsi nəticəsində, maliyyə, texniki, ixtisas meyarları əsasında, habelə Ku- və Ka- radiotezlik zolaqlarında geostasionar orbitdə istismar olunan telekommunikasiya peyk və əlaqədar yerüstü avadanlıqlardan ibarət peyk sistemlərinin istismara verilməsi sahəsində təcrübəsi nəzərə alınaraq seçiləcək.

Tender təklifi və bank zəmanəti aprelin 22-dək "Azərkosmos"a (Azərbaycan, Bakı, AZ1000, Ü.Hacıbəyli küçəsi,72, V mərtəbə) təqdim edilməlidir. Tender proseduru aprelin 23-də saat 11:00-da "Azərkosmos" ASC-nin böyük iclas zalında başlayacaq.
Tender barədə əlavə məlumat almaq üçün "Azərkosmos" ASC-yə müraciət etmək lazımdır.

azvision.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 06 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

11:48 69
.

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü - FOTO

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü yayılıb. xəbər verir ki, şəkli Fahriye Evcen sosial şəbəkədə ağ ürək qoyaraq paylaşıb. Görüntüyə minlərlə bəyənmə və şərh gəlib

25.04.2024 90
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 450
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 794
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 230
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1207
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 763
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 338
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 218