İştahasız uşaqla necə davranmalı?

İştahasız uşaqla necə davranmalı?"Uşağım yemək yemir" tez-tez rast gəldiyimiz şikayətlərdəndir. İştahasız uşağa necə yanaşmaq lazımdır?

İştahasızlıq nə vaxt problemdir, nə vaxt isə adi hal? Nə vaxt narahat olmalı, nə vaxt isə uşağı öz-özünə buraxmalıyıq?

İlk öncə bir problemin olub-olmamasını araşdırmaq lazımdır. Görəsən, uşağın yeməsini ümid etdiyimiz qida miqdarı onun yaşına, boyuna və çəkisinə görə uyğundur? Yoxsa ümidlərimizi dəyişməliyik. Bu sualın cavabını ən yaxşı sizə uşaq həkimi, diyetoloq verə bilər. Hər yaşın lazımı norması nə qədərdi? Məsələn, yaşyarımlıq bir uşağın gönorta yeməyində bir dənə kotlet, yarım kasa düyü və bir necə xörək qaşığı göy noxud yetərlidir. Əgər ana uşağının bundan daha da çox yeməsini düşünürsə bu zaman o, yiyən uşağını "iştahasız uşaq" kimi təyin edir. Halbuki uşaq lazım olan miqdarı yeyir. Xüsusilə 1-3 yaş arası uşaqların bir qida qəbulu zamanı yaxşı yeyərkən digər bir qida qəbulu zamanı o qədər də yaxşı yeməmələri təbiidir. Qidalanmanı da günbəgün deyil, həftəlik olaraq qiymətləndirmək lazımdır. Bundan başqa, uşaqlar onlar üçün ən sağlam qidalanma şəkli olan "az-az, tez-tez" yeməyə meyllidirlər. Bəzən də uşaqların yemək arasında çoxlu maye içmələri, ya da ayaqüstü tezbazar "nəisələr" yemələri də yemək əsnasında nisbi bir iştahszlık yarada bilər.

Əgər problem gözləmələrimiz ya da yuxarıda qeyd etdiyim digər səbəblər deyil isə, uşağımız yaşına görə lazım olandan az qidalanırsa bu problemin müvəqqəti yoxsa daimi olduğuna baxmaq lazımdır. Müvəqqəti iştahasızlıq qışda tez-tez rast gəlinən yuxarı tənəffüs yollarının infeksiyalarından ya da digər xarici amillər kimi səbəblərdən ötəri ola bilər. Dərman istifadəsi, iqlim dəyişikliyi ya da romantik səbəblər də uşaqların iştahlarının azalmasına səbəb ola bilər tip iştahsızlıklar ötəridir və daha sonrasında iştaha normaya dönər.

Əgər daimi bir iştah problemi varsa uşağa kompleksli şəkildə yanaşmaqda yaklaşmakta fayda ola bilər. Öncelikle büyümesi değerlendirilmelidir. Çəkisi yaşına uyğun artırmı? Boyu yaşına uyğun artırmı?

Boyla çəki nisbəti birbirinə proporsional artırmı? Bədən kütlə indeksi yaşa uyğundumu? Uşağın böyüməsində də, inkişafında da bir problem yoxdur ki? Bu sualı incə fərqlərinə belə fikir verərək yaxşı cavablandırmaq lazımdır. Böyüməsində də inkişafında da problem olmayan uşağı belə problemsizdir deyə nəzərə almamaq səhv olar, ancaq böyümə və inkişafında problem varsa bu uşağın daha ətraflı araşdırılması lazımdır. Əvvəlcə aldığı kalorinin və qidanın kafi olub-olmadığına nəzarət yetirilir və kifayət olmadığı halda ailə ilə əlbir olaraq bunların necə artırılacağı barədə birgə qərar verilməlidir. Bəzi hallarda qəlxanvari vəzin göstəriciləri, ümumi və biokimyəvi qan təhlili, lazım gəlsə iltihab markerləri kimi testlərin keçirilməsi faydalıdır.

İştahsızlığın və böyümə problemi olan uşaqda yatan xroniki bağırsaq xəstəliyi, qalxanvari vəz problemi kimi problemlər ola bilər.

Ancaq iştahsızlığın tibbi problemlərə bağlı olması nadirdir. Çox vaxtı bu ya quruluş problemidir və uşağın quruluşu, vərdişləri və ailənin yanaşması kimi faktorların birinin ya da bir neçəsinin cəmləşməsi ilə ortaya çıxır. Amma əksəriyyət hallarda, ailə içi bir uyğunluq görəcəksiniz. Çox iştahsız, incə quruluşlu bir uşağın ana və ya atası da uşaqkən oxşar yemə və böyümə nümunəsi göstərmiş ola bilər.

Daimi iştahasızlığı olan, yümək yeməyən uşağa isə çox incəliklə yanaşmaq lazımdır. Bir yandan ailənin yemək süfrəsi ətrafındakı mənfi duyğuları, savaşmaları dəstək şəklində həll edilməsinə çalışılmalıdır, digər tərəfdən isə uşağın həm tələblərinə uyğun həm də istəyi ilə hazırlanmış menyu tərtib edilməlidir. Uşağa seçmə imkanı verməyən, onun seçimlərini, duyğularını hesaba almayan bir qidalanma sistemi sağlam olmaz. Əvvəlcə uşağa "Bu sənin sağlamlığın, özün üçün yeyirsən" hissi verilməlidir. Yeməyi müsbət və keyfli bir hal vəziyyətinə gətirmək, bir tərəfdən də öz sağlam qidalanma vərdişlərimizlə yaxşı nümunə olmaq lazımdır. Uşağın fərd olduğunu və bir az azad qərarvermə şansının da olmasının lazım olduğunu xatırlamaq sağlam uşaq qidalanmasının əhəmiyyətli şərtlərindəndir. Bəslənmə planının necə irəliləyəcəyi ailəyə və uşağa görə dəyişə bilər və olduqca səbr istəyən bir müddət ola bilər. Səbirli olmaq və asan olan səhv vərdişlərdən çəkinmək vacibdir. Məsələn, televiziya qarşısında yemək və ya kotleti yesin deyə şəkər vermək.

Səbirlə və düzgün prinsiplərlə yaxınlaşmamız iştahsız uşaqların qidalanmasını daha zövqlü və daha da yaxşılaşdıra bilər.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3295   Tarix: 06 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 133
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21.04.2024 475
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 654
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 255
.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır. Yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:. Bit qabyuyan kapsulun üzərinə bir litr qaynar su tökün. Kapsul həll olunana qədər qarışdırın. Mətbəx dolabların

14.04.2024 515
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 459
.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxl

13.04.2024 355
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14.04.2024 306
.

Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: "Əgər alınmırsa..."

Çoxları onu gözəl bədii qiraət ustası kimi tanıyır. Filmlərin dublyajını da onun səsi olmadan təsəvvür eləmək çətindir. Amma Həsən Əbluc həm də onlarla tamaşaya quruluş verən rejissor, teatrlarda səhnəyə çıxan, filmlərdə və teletamaşalarda uğurla çəkilən aktyor olub. Həsən Əbluc deyəndə, daha çox gö

20.04.2024 370