AB-dən Türkiyəyə sərt xəbərdarlıq

AB-dən Türkiyəyə sərt xəbərdarlıqAvropa Birliyi Türkiyədə baş verənlərə görə narahatdır

AB Türkiyə ilə bağlı gələcək əməkdaşlıq məsələlərinə dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul edib.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirirki, Brüsseldə toplanan AB xarici işlər nazirlərinin təsdiq etdiyi Türkiyə və digər namizəd ölkələrlə bağlı qərarda son baş verən hadisələr tənqid olunur.

"Son polis basqınları və bəzi jurnalistlərin nəzarətə alınması, demokratiyanın təməl bir dəyəri olan mətbuat azadlığına hörmət mövzusunda sual işarəsi meydana gətirir", deyə yeni qəbul edilən qərarda bildirilir.

AB xarici işlər nazirlərinin təsdiqlədiyi qərarda Türkiyəyə düşüncə, ifadə və mətbuat azadlığı olan təməl azadlıqları və demokratiyanı, bərabərliyi, qadın, uşaq, cinsi və milli azlıq hüquqları da daxil olmaqla insan hüquqlarına hörməti, dini azadlıqları, mülkiyyət əldə etmə haqqını və qüvvələr ayrılığını zəmanət altına alacaq islahatlar üzərində iş görmək çağırışı edilib.

Qərarda təşkilatlanma və yığıncaq azadlığı və hüquq-mühafizə qüvvələrinin səriştəsilə əlaqədar qanuni qanunvericiliyin Avropa standartlarına uyğun hala gətirilməsi tələb edilib.

Qərarda qanunun aliliyi və əsas hüquqlar sahəsində Türkiyə və AB arasında əməkdaşlıq və ortaq işlərin artırılması istənilib.

Qərarda Türkiyənin AB üçün əsas tərəfdaş olduğu vurğulanaraq "Türkiyə, dinamik iqtisadiyyatıyla Avropa qitəsinin rifahına qiymətli bir yatırım edir" deyilir.

Türkiyənin lazımlı meyarları və öhdəliklərini yerinə yetirərək AB müzakirələrini tezləşdirəcəyini müdafiə edən qərarda, "Türk hökumətinin Avropa Birliyinə qoşulma hədəfinə bağlılığını məmnuniyyətlə qarşılayır və iştirak müzakirələrinin yenidən canlandırılması məqsədi ilə son dövrdə qəbul edilən yeni AB strategiyasının konkret olaraq tərtib edilməsini gözləyirik" deyilir.

Qeyd edək ki, 14 dekabrda Türkiyədə baş verən jurnalistlərin kütləvi həbsinə AB rəsmisi Federika Mogerini və AB Komissiyasının genişləmə və qonşuluq siyasətinin məsul üzvü Cohans Hahn, ortaq çıxış edərək narahatlıqlarını dilə gətiriblər. Buna cavab kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AB-ni sərt tənqid edərək "Siz öz ağlınızı özünüzə saxlayın" deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1037   Tarix: 18 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381