Rəqsanə məni şantaj edir - MÜSAHİBƏ

Rəqsanə məni şantaj edir - MÜSAHİBƏMüğənni Əli Mirəliyev yenidən yerli şou-biznesin gündəmini zəbt edib.

Müğənni bir neçə gün öncə ATV telekanalında şəxsi həyatı ilə bağlı nümayiş olunan süjeti şərh edib.

Yeri gəlmişkən, xatırladaq ki, "Düzünü desək" verilişində təqdim olunan süjetdə Əli Mirəliyev həyat yoldaşının tənbəl olmasından, hətta almanı yedikdən sonra cecəyini çarpayının altına atmağından söhbət edib.

- Əli müəllim, həyat yoldaşınız məlum süjetdən sonra sizə irad tutmadı?

- Düzü, həmin süjetə baxmaq imkanım olmadı. Yolda gedirdim, evdəkilər zəng edib, o verilişə görə məni təhqir etdilər (Gülür).

- Doğrudur ki, qızınız və xanımınız sizinlə haqqınızda danışmaqdan imtina ediblər?

- Qətiyyən elə deyil. Əksinə həmin verilişi aparan aparıcıya "ayıb olsun" deyirəm. Kim deyir ki, mənim ailə üzvlərim efirə çıxmır? O qədər olub ki, ailəm-oğlum, qızım, gəlinim, qardaşımın oğlu və nəvələrim efirə çıxıblar. Məgər mən hər dəfə hər hansısa verilişə gedəndə ailəmi özümlə studiyaya aparmalıyam? Hətta qızımın bağında çəkiliş də aparıblar. Qızım, övladlarım mənimlə nəfəs alırlar. Onlar mənimlə fəxr edirlər ki, belə ziyalı və müğənni ataları var. Mənə deyirlər ki, deyingənsən, aqressivsən. Amma insanlar məni yaxşı tanıyır. Haqqımda deyirlər ki, sözün düzünü üzə deyən bir kişi var, o da Əli Mirəliyevdir. Mən xalqımın musiqisi naminə çalışıram. Mən xalq mahnılarımıza, Üzeyir bəyə görə mübarizə aparıram. Deyirlər ki, Əli Mirəliyevin sənəti yoxdur, qalmaqalçıdır. Məni bu yolla vurmaq istəyirlər.

- Müsahibədə qeyd etmisiniz ki, xanımınız almanı yeyib, cecəyini çarpayının altına atıb...

- Bu hadisə olub, amma lap çoxdan. Yoldaşım, dolu, kök qadındır. Mən səliqə-səhmanı sevən adamam. Bir dəfə evləri yığışdıranda gördüm ki, çarpayının altında alma cecəyi və zir-zibil var. Hər dəfə yığıb təmizləyirdim. Onda hələ efirə çıxmırdım, Mərdəkandakı bağda qalırdım. Xanıma dedim ki, belə eləmə da. Qabağına qab qoy, orada ye. Çarpayının altını yığışdırmışam axı. Hətta bir gün zarafatla ona dedim ki, bax evimizə televiziyadan gəlsələr, onlara bütün bunları deyəcəyəm. Mən demirəm ki, xanımım səliqəsizdir. O, elə-belə adam deyil, həkimdir. Bilirsiniz necə adamam? Sözümü lap anam-bacım, əzizim olsa da deyirəm. Uşaqlıqdan internatda böyümüşəm. Özümün balaca "tumboçkam" olub. Bütün əşyalarımı ora qomuşam. İndi qoyduğum hər hansı əşyanı yerində tapmayanda əsəbiləşirəm. O vaxt hər şey ciddi idi. 6 gün internatda qalırdım. Evə yalnız bazar günləri gəlirdim. Yəni əsgər kimi böyümüşəm. Hansı müğənni səhər yuxudan duranda yatağını özü yığır? Heç kim! Amma mən yatağımı özüm yığışdırıram. Bütün günü təmizliyə riayət edirəm, otaqları tozsoranlayıram. Mərdəkanda balaca həyətim var, oranı süpürürəm. Bu, mənim xasiyyətimdir. Başqa cür ola bilmirəm. Mən oturum, ev dağılıb-tökülsün, işıq yanmasın, qapı çərçivədən çıxsın, mən onu o dəqiqə düzəldəcəyəm.

- Həmin süjetdən sonra xanımınızla aranızda problem yaşandı?

- Yox. Heç vaxt ola da bilməz. Xanımım məni hamıdan yaxşı tanıyır. O, bilir ki, mən ailəmə canımı verərəm. O, bilir ki, məndən başqa heç bir kişi ona arxa-dayaq ola bilməz. Nə qədər danışsam da, xanımım ürəyində bilir ki, mən haqlıyam. Mən ona gülə-gülə demişdim ki, sənin bu hərəkətlərini efirdə deyəcəyəm, eləmə. Xörək bişirir, masanın üstündə göyərti təmizləyir. Göyərtinin yarısı yerdədir... Axı hara tələsirsən? Aram-aram elədə də. Başa da salıram, deyirəm. Mənə deyir ki, sən sus, işin olmasın. Arvad işinə qarışma. Üstümə qışqırır. Deyirəm ki, ay qız, axı xörəyi yerdə bişirmirlər. Ya da görürsən ki, çirkl qabları yığır. Deyir ki, sabah yuyacağam. Amma mən sevmirəm ki, qablar çirkli qalsın. Özüm qabları yuyub təmizləyirəm. Səhər durub baxır ki, hər yer təmizdir. Hətta o vaxtlar qardaşlarım məni döyürdülər ki, evi niyə süpürürsən. Sən kişisən. Kişi əlinə süpürgə almaz. Mən də uşaq idim, atam bir təpik vurdu, qardaşlarım acıqlanırdı. Mən internatdan bir günlük evə gələndə, həmin gün süpürgə əlimdən yerə düşmürdü. Hətta indi çıxıb, küçəni süpürürəm. Gəlin Mərdəkana, qonşulardan soruşun ki, məhəlləyə asfalt yolu kim salıb? Deyəcəklər ki, Əli müəllim. Ümumi yolu, 40 qonşunun yaşadığı məhəllənin yolunu mən salmışam. Yol palçıq idi, ayaqla getmək olmurdu. Mən bunu qürrələnib demirəm. Sadəcə, təmizliyi çox sevirəm.

- Ailəniz, xanımınız, övladlarınız sizə deyirlər ki, efirdə hər şeyi danışmayın?

- Mənim qızım çox savadlıdır. İki universitet bitirib. Deyir ki, "papa", sən münasibət bildir. Hər səhvi adı ilə çağır, söylə. Deyirəm ki, mənim gözüm üstdə. Mən də insanam. Hər bir insanın da mənfi və ya müsbət cəhətləri var. Bəli, mən emossional adamam. Olur ki, hansısa sözü emosiya ilə deyirəm. Baxırsan ki, oxuya bilmir, gəlib səhnəyə. Gözündə eynək oturub, hətta verilişdəki tamaşaçıları da saymır. Özünü elə aparır ki, burada budur, Bağdadda kor xəlifə. Ə, sən kimsən? Sən haranın oxuyanısan? Ümumiyyətlə, oxuyan deyilsən. Mən ona görə də belə şeyləri qəbul eləmirəm. Mən XX əsrdən qalan insanam.

Jurnalist məndən soruşur ki, siz burnunu kəsdirən, üzünə pudra vuran, dodaqlarını şişirdən kişi müğənnilərinə necə baxrsınız? Ona nə deyim? Deyim ki, yaxşı baxıram? O, mənə sualı ona görə verir ki, saçlarıma rəng qoymamışam, ağdır. Üzüm özümünküdür, pudra, boya yoxdur. Necə var kişi kimi danışacağam. Onlara maraqlı olan, oxumağım deyil. Deyəcəyim sözlərdir. Elə edirlər ki, nəsə deyim, sonra da qarşı tərəf məni söysün. Qalmaqalı mən yox, telekanallar yaradır. Məsəslən, mən haradan bilim ki, Rəqsanə Türkiyəyə gedib, adını da dəyişib, Roksi qoyub? Orada hətta ev alıb. Jurnalist deyir, mən də münasibətimi bildirirəm. Rəqsanə də məni məhkəməyə verir. Qalmaqalı yaradan telekanal da kənarda qalır. Bu mənə qarşı insafsızlıqdır. Neynim, Rəqsanə məni məhkəməyə verib. Özü də məndən 100 manat təzminat istəyir. 160 manat təqaüd alıram. Onu da arvad alıb, qoyur cibinə. Mən heç bankomatın yolunu tanımıram. Məni Allah, el-oba, dostlar dolandırır. İnsanlar məni toya aparırlar, 500 manat basırlar cibimə. Hərdən müğənnilər görürlər ki, toya getmirəm, cibimə pul qoyurlar. Xəstəyəm, hətta dərmanlarıma pulum çatmır. Hər ay 50 manat dərmana pul verirəm. İnsult olmuşam, şəkərim, təzyiqim var.

Məndən də yaşda böyük müğənnilər var. Televizorda baxırsan, saçları qapqara. Necə olur axı bu? Amma mənim saçım ağappaqdır. Mənim cavanlıq kadrlarıma baxın, qəşəng oğlanam, saçlarım da qapqara. Amma dövr keçib, indi mən cavanlara yer verməliyəm. Amma bunlar səhnədən getmək istəmirlər, cavan qalmaq istəyirlər. Belə olmaz axı. Gənclər baxırlar. Onlar bu kişi müğənnilərə baxıb, burunlarını kəsdirsələr, kişi kişini alsa, onunla evlənsə... Nə olacaq? Biz belə hara gedirik? Musiqimiz yox, dilimiz, yox, kişiliyimiz yox. Nəyimiz qalır bizim? Heç olmsasa, dəyərlərimizi qoruyaq. Üzərimizdə Azərbaycanın adı var. Niyə bunun üstündən xətt çəkib, avropalı olmaq istəyirik? Anlamadım, biz Konçita olmaq istəyirik?

- Doğrudan, Rəqsanə sizdən 100 min manat təzminat istəyib?

- Bəli, məhkəməyə verib. Hər dəfə mənə xəbərdarlıq gəlir. Heç Rəqsanə özü də məhkəməyə getmir. Yalandan şikayəti yazıb atıb ora, dilimi bağlayıb. Deməyim ki, Rəqsanə pis oxuyandır. Rəqsanə məni şantaj edir. Yəni ki, mənim adımı çəksən, səni məhkəməyə verəcəyəm. Axı biz onunla efirdə barışıb, öpüşmüşdük. Bundan sonra yenə gedib, məni məhkəməyə verib. Hətta biz efirdə barışanda dedim ki, sənin oxumağında bir balaca "əyriş-üyrüşlük" var. Gəl, Mərdəkana, səninlə məşğul olum. Səni gözəl səsli müğənni edim. Bu sözlər də onun acığına gəlib. Yəni mən əjdaha oxuyanam. O, oxuyan deyil, yaxşı, düz oxumur.

tabloid.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2199   Tarix: 11 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051