Mobil telefon necə yarandı?

Mobil telefon necə yarandı?Hazırda mobil telefonlardan istifadə gündəlik həyat normasına çevrilib. Bu cihaz vasitəsilə insanlar bir-birilə əlaqə saxlayır, musiqiyə qulaq asır, şəkil və video çəkir, qlobal şəbəkənin imkanlarından yararlanır, eyni zamanda müxtəlif çeşidli xidmətlərdən istifadə edir. Həyatımızın ayrılmaz parçasına çevrilən bu mükəmməl ixtiranın müəllifi amerikalı alim Martin Kuperdir.

Qısa avtobioqrafiyası

M.Kuper 1928-ci il, 26 dekabr tarixində Çikaqoda (ABŞ) Ukraynadan mühacirət etmiş yəhudi ailəsində dünyaya gəlib. O, 1950-ci ildə İllinoys Texnologiya İnstitutunu mühəndis-elektrotexnik ixtisası üzrə bitirib. Martin ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində zabit kimi xidmət edib. Koreya müharibəsindən sonra Martin teletaypın yaradılması üzərində iş həyata keçirən "Western Electric" şirkətində işə düzəlir. Lakin 1954-cü ildən "Motorola" şirkətində işləməyə başlayır. Bu zaman Kuper təhsil almağa davam edirdi. O, İllinoys Texnologiya İnstitutunda elektrotexnika üzrə magistr dərəcəsinə layiq görülür və şirkətdə çalışmaqla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olur.
Kuper "Motorola" şirkətində avtomobil radiotelefon şəbəkəsinin təkmilləşdirilməsi ilə məşğul olurdu. Bu vasitə tamamilə böyük və narahat olmasına baxmayaraq çox məşhur idi və bu məşhurluq sürətlə artmaqda davam edirdi. 1970-ci illərin əvvəllərində Kuper avtomobil telefoniyası üçün məsuliyyətli bölmənin rəhbəri postunu tutdu.

Mobil rabitənin yaradılmasına stimul verən ideya

Qeyd edək ki, radiotelefon ideyası "AT&T Bell Labs" şirkətində hələ 1946-cı ildə meydana çıxmışdı. O zaman bu firma dünyada ilk radiotelefon xidmətini yaratdı: bu, telefonun və radioötürücünün hibridi idi - maşında qurulmuş radiostansiyanın köməyi ilə ATS-də siqnalı vermək və adi telefon zəngini etmək mümkün idi. Radiotelefona zəng daha mürəkkəb yolla olurdu: abunəçiyə telefon stansiyasına zəng vurmaq və maşında qurulmuş telefon nömrəsini bildirmək lazım idi. Radiotelefonların imkanları məhdud idi: maneələr və radiostansiyanın kiçik hərəkət radiusu problem yaradırdı.
1960-cı illərin başlanğıcına qədər şirkətlər mobil rabitənin yaradılması sahəsində araşdırmalar keçirməkdən imtina edirdi. Onlar hesab edirdilər ki, prinsip etibarilə, yığcam mobil telefon aparatı yaratmaq mümkün deyil. Həmçinin "AT&T" təcrübəsi onları dayandırırdı. Belə ki, şirkət 1947-ci ildə "yol xidməti" sistemini yaratdı – o, radiotelefonları Nyu-York və Boston arasında daim səfər edən biznesmenlərə və sürücülərə təklif etdi. Beş il işdən sonra bu xidmət müştərilərin çatışmazlığına görə bağlandı.
Lakin təxminən on il "AT&T Bell Labs" və "Motorola" paralel olaraq mobil rabitənin yaradılması üzrə tədqiqat aparırdılar. Nəticədə, "Motorola" Martin Kuperin sayəsində uğur qazanmağı bacardı və qalib gəldi.

Martin Kuperin misilsiz ixtirası

Kuper bildirirdi ki, mobil telefonun ölçüsünü o qədər azaltmaq lazımdır ki, insanlar onu asanlıqla əldə daşıya bilsinlər. Lakin XX əsrin 70-ci illərinin başlanğıcına qədər heç kəs buna nail olmadı.
1973-cü il, 3 aprel tarixində "Motorola"nın rəqibi "Bell Laboratories" şirkətinin konstruktor bölməsində telefon zəngi eşidildi. "Tap, mən hardan zəng edirəm?" - dəstəkdə Martinin səsini tədqiqat bölməsinin başçısı Coel Enqel eşitdi. - "Mən sənə əsl mobil telefondan zəng edirəm".
Bu mobil telefondan edilmiş birinci zəng idi və o, faktiki olaraq, telekommunikasiya sahəsində yeni dövrün başlanğıcı oldu.
Mobil telefonun birinci modelinin hazırlanmasına şirkət 90 milyon dollar sərf etdi. Sonralar "Bell Laboratories" sistem hazırlamaları bölməsinin başçısı olmuş Riçard Frenkel "Dyna-Tac (Dynamic Adaptive Total Area Coverage)" haqqında deyib:
"Bu, əsl triumf idi. O vaxta qədər biz maşınlarda 14 kiloqramlıq telefonlardan istifadə edirdik. Onların hamısını 1 kq yerləşdirmək qabiliyyəti böyük sıçrayış idi".
Martin Kuperin "DynaTAC" modelinin ölçüləri 22,5x12,5x3,75 sm, çəkisi 1 kiloqram təşkil edirdi. Sözügedən qurğuda ümumilikdə 2 min detal var idi. Onun akkumulyatoru isə cəmi 20 dəqiqə danışıq üçün kifayət edirdi. M.Kuperin fikrincə, bu, belə də olmalı idi, çünki əl bu cür ağırlığa 20 dəqiqədən çox dözmürdü.
İlk simsiz zəng həyata keçirən Martin Kuperin xatırlamalarına görə, şirkətin ilk mobil telefonu bazara yalnız 10 il sonra çıxdı. Lisenziyanın alınması və şəbəkənin yaradılması vaxt tələb edirdi. O qeyd edir ki, bizdə bir əsas stansiya və bir mobil telefon var idi, ona görə eşidilmə əla idi. İndi operatorlar bir tezlik kanalına danışıqların böyük miqdarını daxil etməyə çalışırlar. Təbii, bu keyfiyyətə təsir edir.
Nəhayət, 1983-cü il, 6 mart tarixində dünyada ilk mobil telefon buraxıldı. Həmin gün "Motorola" şirkəti "DynaTAC 8000X" aparatını təqdim etdi. İlk olaraq ABŞ-ın Rabitə üzrə Federal Komissiyası tərəfindən telefonun kommersiya məqsədilə istifadəsi təsdiq edildi.
Telefonun satış qiyməti 3995 dollar təşkil edirdi. "Motorola" nümayəndələrinin sözlərinə görə, yüksək qiymətə baxmayaraq, yeni ixtira istifadəçiləri o qədər ruhlandırdı ki, "DynaTAC 8000X"-ı əldə etmək üçün növbəyə minlərlə amerikalı yazılmışdı.
"Motorola"dan getdikdən sonra Martin öz telefon şirkətinin əsasını qoydu və tezliklə zəngin bir insan oldu, partnyorlarla birlikdə 1986-cı ildə 23 000 000 dollar məbləğinə şirkəti satdı.

Mobil rabitənin inkişafı

İlk illərdə şirkət texniki səbəblərə görə mobil telefona sahib olmaq arzusunda olanların əksəriyyətini bu qurğu ilə təmin edə bilmirdi. Lakin sonrakı illərdə texniki problemlər aradan qaldırıldıqdan sonra telefon istifadəçilərinin sayı sürətlə artdı. Dünyada artıq 1990-cı ildə 11 milyon mobil telefon abunəçisi var idi. Mobil texnologiyaların yayılması bu xidməti daha ucuz, keyfiyyətli və əlçatan etdi. Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, 1995-ci ildə artıq mobil telefon istifadəçilərinin sayı 90.7 milyon nəfərə çatdı, sonrakı 6 il ərzində istifadəçilərin sayı 10 dəfə artdı. 2003-cü ildə isə artıq 1.29 milyard abunəçi qeydə alınmışdı.
Hazırda dünyada mobil telefon abunəçilərinin sayı əhalinin sayını keçmək üzrədir.
BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı gələn il mobil telefon abunəçilərinin sayının 7 milyardı keçəcəyini açıqlayıb. Hazırda isə bu rəqəm 6 milyard 800 milyondur.
Abunəçi sayına görə rekord qıran bölgə Müstəqil Dövlətlər Birliyidir. Mobil telefondan ən az istifadə edən əhalinin böyük hissəsi Afrika qitəsidir.
Əhalisinin 300 milyonu gündə bir dollardan az pulla yaşayan Hindistanda isə xalqın yarısından çoxunun mobil telefonu var. Bu ölkədə mobil telefon istifadəçilərinin sayı 900 milyon civarındadır.

M.Kuper müasir telefonları bəyənmir

Məlumat üçün bildirək ki, Martin Kuper müasir mobil telefonları tənqid edir. O qeyd edir ki, çoxfunksiyalı qurğular burada qurulmuş funksiyaların hər birini orta keyfiyyətlə yerinə yetirir. Onun sözlərinə görə, gələcəkdə hər biri öz funksiyasını əla yerinə yetirəcək bir neçə xüsusi təyinatlı qurğular daha çox aktual olacaq. Kuper həmçinin "Apple iPhone" smartfonunun interfeysinin narahat olduğunu bəyan edib.

ictnews


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2382   Tarix: 15 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 146
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

26.04.2024 942
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26.04.2024 187
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26.04.2024 714
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26.04.2024 210
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

26.04.2024 569
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

26.04.2024 630
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

26.04.2024 169
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 767