Şəhidin həyat yoldaşı: İsə yuxuda mənə dedi ki

Şəhidin həyat yoldaşı: İsə yuxuda mənə dedi ki"Yuxuma girmişdi. Birinci sözü o oldu ki, uşaqlardan muğayat ol. Sonra dedi ki, hərbi formanı geyin, hüzrə gələn camaatın qarşısına çıx".

Bunu Trend-in cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı ilə söhbətində Azərbaycan Ordusunun şəhid olmuş gizirinin həyat yoldaşı Sədaqət Almazova bildirib.

Şəhid gizir İsə Almazovun hazırda Qazaxın Bala Cəfərli kəndində yaşayan həyat yoldaşı deyib ki, ərinin yuxusunda da olsa, dediyi bu sözlərinə böyük məmnuniyyətlə əməl edərdi. Lakin kəndin böyükləri, qohumları, ağsaqqallar, ağbirçəklər bildiriblər ki, elimizin adətinə görə, qadın el içində hərbi formada gəzməz. Ona görə də böyüklərin sözündən çıxmayıb.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsə Ziyad oğlu iyulun 31-də saat 20:00 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən isə gizir Almazov İsə Ziyad oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib.

S.Almazova qeyd edib ki, həyat yoldaşı onlara heç zaman döyüşdüyünü deməz, düşmənlə üz-üzə postda olduğunu gizlədərmiş. Ölümündən cəmi bir neçə saat əvvəl isə telefonla belə bir ismarıc yazıb: "Uşaqlardan muğayat ol. Özünü qoru. Vətən sağ olsun!"

Onun sözlərinə görə, həyat yoldaşı həqiqi hərbi xidmətini Ağdamda keçib. Ümumilikdə 17 il hərbi xidmətdə olan İsə daha sonra Naxçıvanda və Qazaxda xidmət edib: "İsənin bir qardaşı 18 yaşında xəstəlikdən ölüb. Atası çoxdan rəhmətə getmişdi. Anasını isə cəmi 3 ay bundan əvvəl torpağa tapşırmışıq".

Ölümündən sonra 37 yaşlı şəhiddən Şahvələd adlı 10 yaşlı oğlu, Gülnar adlı 9 yaşlı qızı, Mədinə və Səbinə adlı 8 aylıq əkiz körpələri yadigar qalıb. Sədaqət xanım deyir ki, bundan sonra əsas məqsədi övladlarını atalarının adına layiq şəkildə böyüdüb boya-başa çatdırmaqdır.

Oğlu Şahvələd evlərinə gələn-gedən hər kəsə bunu deyir: "Mənim atam şəhiddir. Şəhidlər isə heç zaman ölmür".

Gizir İsə Almazov neçə il imiş ki, ailəsinə ev tikmək istəyirmiş. Min bir əziyyətlə də olsa, demək olar ki, evinin inşasını tam bitirib qurtarmaq üzrə imiş. Evinin qapısından göz dəyməsin deyə gözmuncuğu asıbmış. Lakin İsəyə göz əvəzinə düşmən gülləsi dəydi. O, evinin tikilməyən pilləkənləri ilə yuxarı qalxa bilməsə də, şəhid olaraq pilləsiz daha yüksək məqamlara ucala bildi...

xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4088   Tarix: 14 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467