Bakıda mənşəyi məlum olmayan tonlarla ət tapılıb

Bakıda mənşəyi məlum olmayan tonlarla ət tapılıb

Ət tədarükü məntəqəsində aşkar edilən ətlər istifadəyə yararsız hesab olunur.

Bakıda mənşəyi bilinməyən tonlarla ət aşkar edilib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat ANS PRESS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.

A.Məhərrəmov küçəsində Müşfiqabad qəsəbə sakini Sərdar Şahverdiyevə məxsus ət tədarükü məntəqəsində yoxlama olub. Əməliyyat tədbirlərini Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və İstintaq və Təhqiqat İdarəsi əməkdaşları keçiriblər.

Nəticədə ət tədarükü məntəqəsinin 2 soyuducu kamerasında və 3 saxlanc yerində mənşəyi məlum olmayan və istifadəyə yararsız 6 tondan artıq ət aşkar olunub.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1247 Tarix: 29.06.2014



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
MiRa
MiRa 30.06.2014
murdarlar
Canim dostlarim ne yaxwiki bu 2 il erzinde sizleri tanimiwam bununcun cox xowbextem ama herweyin bir sonu var.Teki Rebbim real heyatda bizi xowbext elesin.Haminizi cooox sevirem.Allaha emanet "BYE"...

 
davinci
davinci 30.06.2014
SÜRÜNDÜRSÜNLER O SAHİBKARİ

İNSANLARİ ALDATMAGA NE HAQQİ VAR AXİ
Everything is good... Never feel the bad


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər