"Onun yarısı" Zaur haqqında şok informasiyalar


ATV kanalının aparıcısı Zaur Baxşəliyev döyülüb. Qaynar.info "Mərkəz"ə istinadən xəbər verir ki, aparıcı «Onun yarısı» proqramının iştirakçılarından biri tərəfindən fiziki təzyiqə məruz qalıb. Belə ki, layihəyə qatılan iştirakçı canlı yayımda Zaur tərəfindən verilişdən kənar edilib. Nəticədə gənc iştirakçı yaxın dostlarının köməkliyi ilə qisas məqsədilə Zaur Baxşəliyevi işdən evə gedərkən fiziki təzyiqlərə məruz qoyublar. Vəziyyəti ağır olan aparıcını xəstəxanaya yerləşdiriblər. Bir müddət xəstəxanada müalicə olunan aparıcı dünən evə buraxılıb.

Aparıcı haqqında yayılan digər bir xəbərə görə, ATV kanalında «Onun yarısı» verilişin bağlandıqdan sonra Zaur təxminən 200 min manat civarında pulu mənimsəyərək aradan çıxıb. Deyilənə görə, həmin pul proqramın səhnə tərtibatı və dekorasiyaları üçün xərclənməli imiş. Lakin Zaur Baxşəliyev həmin vəsaitə sahib çıxaraq qonşu İrana səfər edib. Səfərin hansı məqsədlə edildiyi hələ ki, bəlli deyil. Onu da xatırladaq ki, ATV kanalı əməkdaşları mətbuata açıqlama verərək proqramın müvəqqəti dayandırıldığını söyləmişdilər. Onların qeyd etdiklərinə görə, veriliş səhnə dekorasiyalarının təzələnməsi məqsədilə bağlanıb və yaxın günlərdə yenidən yayımlanacaq. Məlumatı dəqiqləşdirmək üçün Z. Baxşəliyevlə əlaqə saxlamaq istədik. Telefonu şəbəkə xaricində olan aparıcının deyəsən özü də elə ölkə xaricində idi. Belə olan halda proqramın digər yaradıcıları ilə əlaqə saxladıq. Verilişin rejissoru ümumiyyətlə, bu barədə bir kəlmə də olsun açıqlama vermək iqtidarında olmadığını söylədi: «Mən proqramın rejissoruyam və üzərimə düşən işi görmüşəm, yəni verilişi çəkib, verilişi tərk etməklə məşğul olmuşam. Mənim proqramın bağlanması, müvəqqəti olaraq dayandırılması, yaxud, hər hansı bir şayiələrin yayılması ilə bağlı heç bir məlumatım yoxdur. Xahiş edirəm bu cür sualları mənə verməyin, proqramın prodüserinə müracət edin, sizi nə maraqlandırırsa, ondan soruşun. Mənim adımdan bir kəlmə də olsun, heç nə yazmayın».
Prodüserlə əlaqə saxlamaq cəhdimiz isə heç cürə alınmadı. Xatırladaq ki, ötən həftədən «Onun yarısı» proqramının efir yayımı dayandırılıb. Proqramın bağlanma səbəbi barədə konkret açıqlama verilmədiyindən bununla bağlı mətbuatda çoxlu sayda versiyalar hallanmaqdadır. Səbəblərlə bağlı yayılan əsas versiyalardan birinə görə, bu telekanal şou-biznes, qalmaqallı, əyləncəli verilişlərə həddindən artıq üstünlük verdiyi üçün ciddi tənqidlərə məruz qalıb. Elə buna görə də telekanalın şou-biznes məzmunlu, qalmaqallı, ailədaxili konfliktlərin qabardıldığı verilişlərinin sayının azaldılması, mahiyyətcə daha ciddi proqramlar və mədəniyyət verilişləri ilə əvəzlənməsi gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 111947   Tarix: 14 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nebahat Çehre əməliyyat olundu

Türkiyəli aktrisa Nebahat Çehre bir neçə gün əvvəl özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, aktrisanın ürəyinə stent qoyulub. Hazırda onun vəziyyətinin yaxşı olduğu və müalicəsinə ev şəraitində davam etdiyi bildirilib. Qeyd edək ki, Nebahat son olaraq "Menajerim

07.05.2024 378
.

Ölümündən bir neçə gün əvvəl verdiyi müsahibə yayımlandı

"O üz" proqramında Əməkdar artist Cavanşir Məmmədovun sonuncu müsahibəsi yayımlanıb. Axşam.az xəbər verir ki, müğənni mərhum Xalq artisti Aftandil İsrafilova həsr edilən verilişə açıqlama verib. Bildirilib ki, C.Məmmədov açıqlamanı ölümündən bir neçə gün əvvəl verib və izləyə bilməyib. C.Məmmədo

07.05.2024 780
.

Gəlini Zabit Nəbizadənin qohumu imiş

Əməkdar artist Mətanət İsgəndərli Xalq artisti Zabit Nəbizadə ilə qohum olub. Axşam.az xəbər verir ki, ifaçılar bu haqda "Maqazin plus" verilişinə deyib. M.İsgəndərli bildirib ki, oğlu Kərim xanəndənin qohumu ilə ailə qurub. "Təzə gəlinim Zabit qardaşımın anasının dayısı nəvəsidir. Gedi

06.05.2024 989
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

04.05.2024 1105
.

Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

05.05.2024 657
.

Britni Spirsi sevgilisi döyüb?

Müğənni Britni Spirs bu günlərdə sevgilisi tərəfindən döyülmə xəbəri ilə gündəmə gəlib. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl mediada məşhurun ​​Los-Ancelesdəki "Chateau Marmont" otelində keçmiş sevgilisi ilə dava salması və ayağından xəsarət alması barədə məlumatlar yayılmışdı. "TMZ"

04.05.2024 336
.

"Bakı marafonu"na Aygün Kazımova START VERDİ - FOTOLAR

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2024" start götürüb. Axşam.az xəbər verir ki, "Küləyə qalib gəl" şüarı altında artıq 7-ci dəfə təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından başlayıb. 21 kilometrlik məsafəni əhatə edəcək yarışmanın finiş

05.05.2024 3603
.

"İnsanlara sosial problem yox, boşanma maraqlıdır"

"Ehtiyac yoxdur bahalı mahnı alıb, bahalı klip çəkdirim. Tamaşaçı deyir, get otur mətbəxdə oxu. Niyə özümü dərdə salım. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi artıq keyfiyyətli mahnıların sevilməməsindən şikayətlənib. O bildiri

04.05.2024 420
.

Cennifer Lopez və Ben Afflekin evliliyi təhlükə altındadır: Yenidən ayrılırlar?

Məşhur müğənni Cennifer Lopezlə aktyor Ben Afflekin münasibətləri ciddi böhran yaşayır. Bu barədə "Life&Style" nəşri insayderlərə istinadən yazıb. Məlumata görə, Ben Afflek son zamanlar həyat yoldaşının şıltaqlığına görə depressiv vəziyyətə düşüb. Mənbələrin bildirdiyinə görə, cütlük hazırd

05.05.2024 609