Sırrı Sakıkdan Azərbaycana daha bir zərbə – Şok

Sırrı Sakıkdan Azərbaycana daha bir zərbə – ŞokAğrıda Bələdiyyə sədri seçilən Sırrı Sakık bütün şəhərdən Mustafa Qarabəkir Paşanın adının silinəcəyini deyib.

BiG.AZ Publika.az-a əsasən xəbər verir ki, Türkiyədə keçirilən 30 mart bələdiyyə seçkisi bəzi şəhərlərdə hələ indi dəqiqləşir. Buna səbəb isə məntəqələrdə saxtakarlıq edildiyi iddiaları idi. Bu şəhərlərdən biri də Ağrıdır. Dünən Ağrıda keçirilən bələdiyyə seçkisində milliyətcə kürd olan, Barış və Demokratiya Partiyasının (BDP) namizədi Sırrı Sakık qalib gəlib. O, qalib olduqdan sonra ilk açıqlamasında hər kəsi şoka salacaq ifadələrə yer verib.

Belə ki, yeni bələdiyyə sədri Ağrının Respublika küçəsində olan pilotlar abidəsini "utanc abidəsi" adlandırıb və götürüləcəyini bildirib. Kürd bələdiyyə sədri bununla kifayətlənməyib Türkiyə ilə bərabər Azərbaycanın da tarixində böyük rola sahib Kazım Qarabəkir paşanın adının bütün küçə, prospektlərdən siləcəyini və heykəllərinin götürüləcəyini qeyd edib.

Xatırladaq ki, Kazım Qarabəkir Paşa (1882-1948) Atatürkün ən yaxın silahdaşı olub. Və Atatürk inqilabına hərbi və siyasi təcrübəsi ilə böyük töhfə vermişdir. Bütün bunlarla bərabər Kazım Qarabəkir paşa erməni silahlı qüvvələrinin Naxçıvana təcavüzü zamanı Naxçıvanın müdafiə olunmasında mühüm xidmət göstərmişdir. Qars konfransında (1921) iştirak etmişdir. Naxçıvanın mədəni həyatında yaxından iştirak edən Kazım Karabəkir Paşa şəhərdə teatrın fəaliyyətini bərpa etmiş, Naxçıvan teatrında türk yazıçılarının dram əsərlərini tamaşaya qoymuş, tədris müəssisələri açmış, məktəblər üçün Türkiyədən çoxlu sayda dərsliklər gətirtmişdir. Hərbi vətənpərvərlik tərbiyəsinə böyük əhəmiyyət verən və nizami ordu quruculuğunun vacibliyini nəzərə alan Kazım Karabəkir Paşa bu işi öyrənmək üçün bir qrup gənci Türkiyə məktəblərinə oxumağa göndərmişdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 988   Tarix: 03 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040