"Gizli cənnət" - FOTO

"Gizli cənnət" - FOTOFransanın şimalındakı Alsace bölgəsində yerləşən və Fransanın "gizli cənnəti" adlandırılan Kolmar şəhəri 9-cu əsrə qədər gedib çxıan tarixi, binları və təbiəti ilə turistlərin ən çox getdiyi yerlərdən biridir.

İmperator II Fredrik tərəfindən 1226-cı ildə bu şəhərə müstəqil imperiya şəhəri statusu verilib. 1632-ci ildə isə şəhər İsveç ordusu tərəfindən işğal edilib. 1673-cü ildə yenidən Fransa ordusu bu şəhəri fəth edib. 1871-ci ildə Alman imperiyası şəhəri ilhaq edib.

I dünya müharibəsindən sonra Versal sülh müqaviləsi ilə Fransaya verilən Kolmar 1940-cı ildə də Nasist Almaniyası tərəfindən yenə ilhaq edilir və nəhayət, 1945-ci ildə "Kolmar döyüşü"ndən sonra Fransanın tərkibinə qatılır.
Belə zəngin tarixə malik şəhər Avropanın az qala hər ölkəsindən turistlərin baş çəkdiyi şəhərlərdən biridir.

Ren çayının qərb sahilində yerləşən və "Kiçik Venesiya" adlanan Kolmar İsveçrə və Almaniyaya çox yaxındır.

Kolmarda tursitlərin ən çox marağına səbəb olan evlərdən biri isə Amerikadakı Azadlıq heykəlinin memarı Fredrik Oqüst Bartoldun doğulduğu ev və muzeyidir.

Burada 1300-1400-cü illərdən bəri varlığını qoruyub saxlayan evlər var.

"Gizli cənnət" - FOTO"Gizli cənnət" - FOTO"Gizli cənnət" - FOTO"Gizli cənnət" - FOTO"Gizli cənnət" - FOTO"Gizli cənnət" - FOTO"Gizli cənnət" - FOTO"Gizli cənnət" - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 6006   Tarix: 23 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş