Brilliant Dadaşova hirsləndi: "Mətanət, bunu sənə yaraşdırmadım"

Brilliant Dadaşova hirsləndi: "Mətanət, bunu sənə yaraşdırmadım"ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın "Gündəlik" verilişində "Onu bağışlamaq olarmı?" mövzusu müzakirəyə çıxarılıb.

Sənət adamlarından danışan aparıcı "Brilliant Dadaşova deyir ki, Aygünün əlindən tutub səhnəyə gətirmişəm", "Brilliant Dadaşova ilə Zülfiyyə Xanbabayeva bir-birini gördü, amma salamlaşmadılar" sözlərini işlədib. Bu xəbərlər xalq artisti Brilliant Dadaşovanı özündən çıxarıb. Canlı efirə telefonla bağlanan B.Dadaşova aparıcıya bunları deyib:
"Mətanət, sənə bunu yaraşdırmadım. Sən hörmət etdiyim insansan, ağıllısan, səviyyəlisən. Zülfiyyə mənim canımdır. Heydər Əliyev Sarayında "Bakılı oğlanlar"ın konsertinə getmişdik - o öz yoldaşı, mən də özümünkü ilə. Orada iki min insanın arasında kimisə tapmaq çox çətindir. Hamımız bir tikə çörək qazanırıq. Bunu şeytanlaşdırmamalıyıq. Zülfiyyə həmin gecə mənə zəng etdi ki, harda idin, səni görmədim. Odur ki, bizə "küsülü" kəlməsini yaraşdırmasınlar. İstəməzdim ki, hər gördüyünü verilişində dilə gətirəsən. Bayaq dedin ki, kiminsə əlindən tutub səhnəyə gətirmişəm. Mən heç vaxt elə söz işlətməmişəm. Beş il ərzində fürsət tapıb verilişimdə sənət dostlarımı tərifləmişəm. O tərifimin arxasınca məni pisləyiblərsə, onları uzaq tutmalıydım. Məni kinli hesab edirlər. Bu mənim üçün çətindir".

M.Əliverdiyeva isə xalq artistinə cavab "bunlar "ATV maqazin" verilişinin aparıcısı Nərgizin süjetində yer alıb. Mən də aydınlıq gətirmək istədim" deyə cavab verib.
Sözügedən verilişin aparıcısı Nərgiz Vahabqızı da Brilliant Dadaşovanın sərt reaksiyasına münasibət bildirib:
"Brilliant xanım, illərlə maqazin verilişində işləmişəm, sizdən süjetlər hazırlamışam. Bizim əlimizdə video var, kadrların şahidiyik. Aşkar görünür ki, insanlar bir-birini görür və salamlaşmır. Mən tamaşaçıları necə aldadım?".
Xatırladaq ki, "ATV maqazin" verilişində B.Dadaşova və Zülfiyyə Xanbabayevanın "Bakılı oğlanlar" tamaşasında qarşılaşdığı, amma bir-biri ilə salamlaşmadığı anın əks olunduğu video yayımlanmışdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3313   Tarix: 09 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704