Məktəbdə faciə: 61 yaşlı müəllim sinifdə öldürüldü

Məktəbdə faciə: 61 yaşlı müəllim sinifdə öldürüldü15 yaşlı şagird narkotik maddələr qəbul edəndən sonra sinfə qayıdıb və müəllim qadına yaxınlaşaraq onu bıçaqlayıb.
Müəllim boynundan aldığı bıçaq zərbəsndən yerindəcə keçinib.

BiG.AZ saytı türkiyə mətbuatına istinadən bildirirki, faciə İngiltərənin Lids şəhəri yaxınlığındakı Osmondtrop şəhərində yerləşən "Corpus Christi Catholic College"də yaşanıb.
15 yaşlı şagird ispan dili və ədəbiyyatı müəllimi 61 yaşlı Enn Maquayrı qətlə yetirib.

Bu faciə Britaniya tarixində məktəbdə ilk müəllim qətlidir. 18 il əvvəl məktəb direktoru Filipp Lourens evə gedərkən yolda şagirdi tərəfindən bıçaqlanaraq qətlə yetirilmişdi.
Kollecin tələbələrinin dediklərinə görə, Enn Maquayr bu təhsil müəssisəsinin ən sevilən və nüfuzlu pedaqoqu idi.

Şahidlərin dediklərinə görə, 15 yaşlı yeniyetmə sinfə girəndən sonra arxadan E.Maquayra yaxınlaşıb və onun boynuna üç dəfə bıçaqla zərbə endirib.
İki qız anası olan Maquayr xəstəxanaya aparılsa da, həkimlərin dediklərinə görə, müəllim elə sinifdəcə həlak olubmuş.
Enn Maquayrın qətli Britaniyada çox böyük rezonans doğurub.

Ölkənin baş naziri Devid Kemeron mərhum müəllimin ailəsinə başsağlığı verib, baş verən olayı "şok" adlandırıb.
Şagirdlər isə Enn Maquayr kimi müəllim görmədiklərini deyirlər.

"O, dünyanın ən yaxşı müəllimi idi. Bizə 5 il ispan dili və ədəbiyyatından dərs dedi. Məhz onun müdrikliyi, sevgisi sayəsində ispan ədəbiyyatına vurulduq. Üstəlik, bizə dini dərslər də deyirdi. 2012-ci ildə kolleci başa vuranda mənə yaxınlaşıb dedi ki, əgər nə zamansa problemimiz olarsa, ona istənilən vaxt müraciət edə bilərik. Yüzlərlə, minlərlə şagird onu onu özünə ikinci ana sayırdı", - 18 yaşlı Natan Mulenqa deyib.

Lüsi Melia, Qarlin Ru və daha yüzlərlə şagird dünən Facebook, Twitter-də Enn Maquayrın qətli ilə bağlı statuslar paylaşıblar.
Həmin status və tvitlərin istisnasız olaraq hamısında Enn Maquayr dünyanın ən yaxşı müəllimi adlandırılıb.
Lids polisindən verilən məlumata görə, baş vermiş faciə "əlahiddə insident"dir.

Britaniya Milli Müəllimlər Assosiasiyasının (National Association of Head Teachers) baş katibi Rassel Hobbi isə bildirir ki, ölkədəki məktəblərdə şagird və tələbələrin aqressivliyi sürətlə artır. O, müəllimlərin təhlükəsizliyinin yetərli səviyyədə təmin olunmadığını vurğulayıb.

Britaniyanın Milli Müəllimlər Birliyinin (National Union of Teachers) sədri Kristin Blouerin fikrincə, faciə ən ciddi şəkildə araşdırılmalıdır: "Belə hadisələr çox nadir hallarda baş verir. Lakin məktəb ən təhlükəsiz yerlərdən biri olmalıdır və dövlət də buna çalışmalıdır".

Bu ilin ilk üç ayında Britaniya məktəblərinedə 981 məktəblidən tapançalar, pnevmatik tüfənglər, beşbarmaqlar, linglər, boru kəsikləri, bıçaqlar, baltalar və çəkiclər götürülüb.

"Tələbə 61 yaşlı müəllimi məktəbdə bıçaqlayıb. Başqa tələbələr bunu görərək səs-küy qaldırıblar. Polis və təcili yardım hadisə yerinə çatana qədər 15 yaşlı tələbə tutulub", - Lids polisinin açıqlamasında deyilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1595   Tarix: 01 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571