Mütəxəssislər İlham Mirzəyevin həbsindən danışdı

Mütəxəssislər İlham Mirzəyevin həbsindən danışdıBiG.AZ axsam.az saytına istinadən xəbər verir ki,Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan İlham Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Lakin həmin maddənin ağırlaşdırıcı hissələri var. Teleaparıcıya həmin maddənin konkret hansı hissəsi ilə ittiham elan olunması qaranlıq olaraq qalır.

Hüquqşünas Müzəffər Baxış açıqlamasında bildirdi ki, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə başqa şəxsin əmlakını və əmlak hüquqlarını əldə etmə 30 manata qədər olarsa, bu zaman həbs cəzası yoxdur. İnzibati xəta kimi tövsif olunaraq İnzibati Xətalar Məcəlləsinin 69-cu maddəsi ilə cəzalandırlır.

Başqasının əmlakını və əmlak hüquqlarını əldə etmə 30 manatdan 1000 manata qədər olarsa, 178.1-ci maddə ilə tövsif olunur, cərimə cəzası və 2 ildən 3 ilədək azadlıqdan məhrumetmə, 1000 manatdan 7000 manata qədərdirsə, 178.2-ci maddə ilə ağırlaşdırıcı hallar kimi, 3 ildən 7 ilədək, 7000 manatdan yuxarıdırsa, 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Aparıcıya qarşı CM-nin 178.3 madəsi ilə ittiham irəli sürülsə, onun barəsində həbs qəti imkan tədbiri seçilə bilər. Çünki bu cinayət ağır cinayətlər kateqoriyasına aid olduğundan bu qəbildən olan cinayətlərə ibtidai istintaq dövründə həbs qəti imkan tədbiri deilir.

Hüquqşünasın sözlərinə görə, İlham Mirzəyevə 178-ci maddə ilə ittiham elan olunub, amma bu maddənin hansı hissəsi olması barədə rəsmi məlumata rast gəlinmir. Ola bilər ki, həbs qəti imkan tədbiri seçilsin, amma 48 saat müddətinə şübhəli şəxs kimi saxlanma da ola bilər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov açıqlamasında bildirdi ki, İ.Mirzəyevə qarşı ilkin olaraq 178-ci maddə ilə ittiham irəli sürülüb. İstintaqın gedişində həmin maddənin hansı hissəsinin tövsif ediləcəyi və onun barəsində həbs qəti imkan tədbirinin seçilib-seçilməyəcəyi məlum olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2708   Tarix: 12 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988