"Bürünc Əli" ailəsindən danışır: "Evin kişisi mənəm, mən deyən olmalıdır"

"Bürünc Əli" ailəsindən danışır: "Evin kişisi mənəm, mən deyən olmalıdır"Bu ailədə idmanla məşğul olmayan yoxdur. Əli İsmayılovu hamı tanıyır. 1999 və 2000-ci ildə müvafiq olaraq, dünya və Avropa çempionatında bürünc medal qazandığı üçün ona "Bürünc Əli" də deyirlər. Sonradan peşəkar boksla da məşğul olub və döyüşlərinin çoxunu qələbə ilə başa vurub. Həyat yoldaşı Cəmilə İsmayılovanı isə gənc nəsil bəlkə də çox tanımır. Amma o, vaxtilə idman gimnastı kimi dəfələrlə SSRİ çempionatlarının, Yay Universiadasının, Məktəblilərin Spartakiadasının qalib və mükafatçısı olub. İsmayılov Azərbaycanın əməkdar idman ustası, İsmayılova isə SSRİ-nin idman ustasıdır.

Onların övladları da valideynlərinin yolunu davam etdirirlər. Biri boks, digəri idman gimnastikası ilə. Gerisini Əli İsmayılov Ailem.az-ın "İdmançı ailəsi" rubrikası üçün danışır...

- Cəmilənin idmançı karyerası SSRİ-nin son illərinə təsadüf edib. Azərbaycanın müstəqillik qazanmasından sonra həyat yoldaşım karyerasını başa vurmuşdu. Çünki bu növdə idmançı karyerası erkən başlanır və tez də yekunlaşır. Hər ikimiz indiki Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında eyni qrupda oxuyurduq. Bir-birimizlə elə ali məktəbdə ikən tanış olduq. Tanışlıqdan sonra məlum oldu ki, sən demə, hər ikimiz Bakının Nərimanov rayonunun sakinləriyik. Həm də qonşu məhəllələrdə qalırmışıq. Ali məktəbi bitirdikdən sonra əsgərliyə getdim. Bir illik xidmətimi Ordu İdman Klubunun idman bölüyündə çəkdim. Həmin vaxt da nişanlandıq. Əsgərlikdən qayıdandan sonra – 1998-ci ildə 24 yaşımızda ikən ailə qurduq. Hazırda bir oğlumuz, bir qızımız var.

- Hazırda özünüz və həyat yoldaşınız hansı işlə məşğulsunuz?

- Hər ikimiz məşqçi kimi çalışırıq: mən "Gilan" klubunda, Cəmilə isə Gimnastika Məktəbində. İdmançı karyeramızı başa vursaq da, idmandan ayrılmamışıq. Sevimli idman növümüzün inkişafına xidmət edirik. Bu məqsədlə boksçu və gimnastlar hazırlayırıq. Həm mənim, həm də həyat yoldaşımın yaxşı yetirmələri var. Amma həyat yoldaşımın məşqçilik təcrübəsi daha böyükdür. Onun 20 il, mənim isə 4 il stajım var. Məşqçilikdə ilk addımlarımı atıram. Düzdür, idmançı kimi təcrübəm böyükdür. Bu təcrübəmdən məşqçilikdə də düzgün formada yararlanmağa, güclü idmançılar yetişdirməyə çalışıram.

- Övladlarınız üçün kumir müəyyənləşdirmisiniz?

- Böyüyü oğlandır, adı Məhəmmədəlidir. Ona boks kralı Məhəmməd Əlinin adını qoymuşam. Qızımızın adı isə Aliyədir. Hazırda hər ikisi idmana gedir. Oğlumla mən, qızımla həyat yoldaşım məşğul olur. Oğluma həmişə deyirəm: "Kimin adını daşıdığını yaddan çıxarma!". 2000-ci il Sidney Yay Olimpiya Oyunları vaxtı Məhəmməd Əli ilə görüşmüşdüm. Ona tərcüməçi vasitəsilə çatdırmışdım ki, adını yeni doğulan oğluma vermişəm. Həmin vaxt boks kralının ağzından məşhur sözlər çıxmışdı: "Mən XX əsrin Məhəmməd Əlisi idim. İnşallah, sənin oğlun XXI əsrin Məhəmməd Əlisi olsun!". Hazırda bu arzunu həyata keçirməyə çalışırıq. Qızımıza gəldikdə, onun gələcəyini hər dəfə həyat yoldaşımla müzakirə edəndə bədii gimnastımız Aliyə Qarayevanın əldə edə bilmədiyi uğurlara balaca Aliyənin idman gimnastikasında çatacağını deyirik. Yəni övladlarımız yolumuzu davam etdirməlidirlər.

- Daha öncə söhbət etdiyimiz idmançı ailə başçılarından bir neçəsi qadının idmanla məşğuliyyətini elə də məqsədəuyğun saymadığını bildirib...

- Baxır hansı idman növü ilə. "Qadınlar ümumiyyətlə idmanla məşğul olmasın" fikri ilə razı deyiləm. Elə növlər var ki, qadının incəliyini göstərir və bunlar zərif cinsin nümayəndələrinə yaraşır. Boksa gəldikdə, onu da Məhəmməd Əlinin qızı Leyla dəbə mindirdi. Artıq qadınlar da Avropa və dünya çempionatlarında, Yay Olimpiya Oyunlarında iştirak edirlər. Demək istəyirəm ki, qadınların gözəlliyini nümayiş etdirənlərlə yanaşı, güləş, boks, ağırlıqqaldırma kimi kobud formada göstərən idman növləri də var. Özüm boksçu kimi 2000-ci il Sidney və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında iştirak etmişəm. Bütün qadın idmançıları gözlərimlə görmüşəm. Qayıdandan sonra həyat yoldaşıma gördüklərimdən dəhşətə gəldiyimi dedim. Güləş növündə qulağı, boksda burnu sınıq qadınlarla rastlaşıram. Bunlar yazıq qadınları lap eybəcər göstərir. Məncə, belə növlər zərif cinsin nümayəndələrinə yaraşmır.

- Ailənizi hansı cəhətlərinə görə nümunəvi saymaq olar?

- Hələ boksu seçdikdən sonra həyat yoldaşımın da idmançı olmasını arzulayırdım. İstəyirdim ki, o da seçdiyim peşənin tərəfdarı olsun, mənə dəstək versin. İndiyədək demişəm, həmişə də deyəcəyəm: "İdmançını ən yaxşı, ən gözəl başa düşən ikinci şəxs elə idmançı ola bilər". Əlbəttə, kişi idmançının həyat yoldaşı da idmançı olanda, xüsusən də hər ikisi tanınmışdırlarsa, bir-birilərinə hər zaman dayaq dururlar. Karyeramdakı irəliləyişlərdə həyat yoldaşımın xüsusi yeri, köməyi var. Həmişə məsləhətlər verirdi. Hətta elə olurdu ki, döyüşlərimin diskinə baxıb birgə analiz, müzakirə edirdik. Həm çatışmayan, həm də güclü cəhətlərimi müəyyənləşdirirdik və həyat yoldaşım göstəriş, məsləhət verirdi ki, çatışmayanları aradan qaldırmaq, güclü cəhətləri isə daha da artırmaq üçün nələri etməliyəm. Həyat yoldaşıma minnətdaram. Doğrudan da karyeramda böyük dayaq, böyük köməkçi olub.

- Həyat yoldaşınızın sizə göstəriş verdiyini dediniz...

- Bəli. O mənə həmişə deyir: "Çox böyük danışma, SSRİ-nin idman ustası Azərbaycanın əməkdar idman ustasından, məşqçilik təcrübəm isə səninkindən qat-qat üstündür". İstər kişilər, istərsə də qadınlar arasında ən güclü fiziki hazırlıqlılar gimnastika növündə olurlar. Mən turnikdə 24-25 dəfə dartınanda, 50-55 dəfə "jim" edəndə, həyat yoldaşım gülürdü. "Mən 50-55 dəfə dartınır, 100-120 dəfə "jim" edirdim" deyirdi. Qızlığı ilə görün, nə qədər fiziki hazırlıqlı olub. Həmişə fiziki hazırlığa düzgün formada əməl etməyi məsləhət görürdü. Mayk Taysonun döyüş üslubundan çox şey götürmüşdüm. Çünki o da fiziki cəhətdən çox güclü boksçu idi. Öz gücündən düzgün formada istifadə edərək, rəqiblərinin 80-90 faizini nokauta salırdı. Həyat yoldaşım hətta bəzi məsələlərdə göstəriş verirdi ki, bəzi fiziki hərəkətləri düzgün formada yerinə yetirim. "Sənə bu əzələlərin üzərində işləmək daha sərfəli olar" deyirdi. Mən də belə ağıllı məsləhətlərə qulaq asaraq, onun göstərişləri üzərində işləyirdim. Bir neçə aydan sonra yarışa gedəndə həyat yoldaşımın göstəriş və məsləhətlərinin müsbət təsirini hiss edirdim. Gəlib onu öpüb-qucaqlayaraq, "Maşallah, doğrudan da sən ağıllı həyat yoldaşısan. Ağıllı qadınların ərləri qabağa gedər!" deyirdim.

- Bəs ailə daxilində kimin sözü keçir?

- Sözsüz ki, Azərbaycan ailəsi kimi kişinin. Həm də həyat yoldaşımdan 8 ay böyük olmağım da rol oynayır (gülür). Amma hər yerdə və hər zaman "bizdə 50-nin 50-yədir" demişəm. Çünki hər ikimiz də güclü, ad-sanlı idmançı olmuşuq. Dünyanın yarıdan çoxunu, demək olar ki, bütün qitələri gəzmişik. Dünyagörüşümüz böyük olduğundan, məsləhətləşərək, bir qərara gəlirik. Elə olur ki, müzakirə və mübahisələr edirik, davaya qədər gəlib çatmasa da, sözləşirik. Həmin məqamda "evin kişisi mənəm, mən deyən olmalıdır" deyirəm. O isə "eybi yox, sən deyən olsun. Amma başın əziləndə başa düşəcəksən ki, ağıllı qadının sözünə qulaq asmaq lazımdır" cavabını verir. Görürəm ki, doğrudan da belədir. Əlbəttə, ağıllı kişi dəlisov, gic qadının sözünə qulaq asmaz. Amma ağıllı arvadın sözlərinə kişi mütləq qulaq asmalıdır. Bununla kişi uduzmaz, əksinə, daim irəli gedər, hər yerdə udar.

"Bürünc Əli" ailəsindən danışır: "Evin kişisi mənəm, mən deyən olmalıdır""Bürünc Əli" ailəsindən danışır: "Evin kişisi mənəm, mən deyən olmalıdır""Bürünc Əli" ailəsindən danışır: "Evin kişisi mənəm, mən deyən olmalıdır""Bürünc Əli" ailəsindən danışır: "Evin kişisi mənəm, mən deyən olmalıdır""Bürünc Əli" ailəsindən danışır: "Evin kişisi mənəm, mən deyən olmalıdır""Bürünc Əli" ailəsindən danışır: "Evin kişisi mənəm, mən deyən olmalıdır""Bürünc Əli" ailəsindən danışır: "Evin kişisi mənəm, mən deyən olmalıdır"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6056   Tarix: 02 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505