Nicat Şıxəlizadə: İdmançı özünə qadağa qoymağı bacarmalıdır – MÜSAHİBƏ

Nicat Şıxəlizadə: İdmançı özünə qadağa qoymağı bacarmalıdır – MÜSAHİBƏ"Əslində nə xoşuma gəlirsə, onu da geyinirəm".

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, "Oyundan kənar" rubrikasının budəfəki qonağı cüdo üzrə Avropa və dünya çempionu Nicat Şıxəlizadədir.

- Naxçıvanda yaşayan, oranın havasına, suyuna öyrəşmiş bir uşaq üçün Bakıya gəlib burda yaşamaq, idmana başlamaq çətin olmadı ki?

- Düzünü desəm çətin olmadı. Uşaqsan görürsən, öyrəşirsən, amma iş elə gətirir ki, sən başqa yerə köçməli olursan. Düzdü, mən Naxçıvanın Şərur rayonunda böyümüşəm. 4-cü sinifdə oxuyanda Bakıya köçmüşük və burda Respublika Olimpiya İdman liseyinə yazılmışam, elə burda da cüdoya başlamışam. Cüdoya başlayanda 10 yaşım vardı. İlk müəllimim də Nağı Babayev olub. Mən idmanı sevirdim, idmana həvəsim vardı. Ona görə də qalmaq, öyrəşmək çətin olmadı mənə.

- Bildiyimə görə ilk gimnastikayla məşğul olmusan?

- İlk dəfə gimnastikaya getmişdim, amma sevmirdim bu idmanı. Güləşi, cüdonu sevirdim və marağım vardı.

Gimnastikadan ayrıldım və gizlin, heç kəsin xəbəri olmadan cüdoya yazıldım (gülür)

- Hər bir insanın istər özəl həyatında, istər işində çətinliyi olur. Yəqin ki, səndə də belə hallar az olmayıb?

- Düzdü, çətinliyə qalib gəlmək səbir tələb edir. Düzünü desəm mənim çətinliyim idmanımda özünü göstərib. Deməli, 2005-ci il idi. Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında Avropa çempionatı keçirilirdi və mən Avropa çempionu oldum. Amma bu yarışda dedilər ki, analiz götürəcəyik. Elə oldu ki, məndən də götürdülər və analizlərin cavabında istifadəsi qadağan olunmuş preparat çıxdı. (Bu preparat süni olaraq çəki salma üçündür). Düzünü desəm bu təcrübəsizlikdən irəli gəldi. Mən bilmədən bu preparatdan istifadə etmişdim.

- Necə yəni bilməmişdim? Məncə sizə bu haqda məlumat verməlidirlər, hansı preparat nə üçündür, hansı olar, hansı olmaz? Düzdü?

- Bəli. Yenə də deyirəm təcrübə önəmlidir, əsasdır. Gənc idim və təcrübəsizlikdən istifadə etmişdim. Buna görə də məni beynəlxalq yarışlardan bir il müddətinə uzaqlaşdırdılar. Buna baxmayaraq məşqlərimi davam edirdim, məşqlərdən qalmırdım. Amma təbii ki, bir il az müddət deyil. Kənarda qalırsan, həvəsdən düşürsən.

Bir illik cəzadan sonra 2006-cı ildə gənclər arasında dünya çempionu oldum. Daha sonra 2007-ci ildə Olimpiya oyunlarına lisenziya qazanmışdım, amma iştirak etmək qismət olmadı. Belarusiyanın Minsk şəhərində idik və idmançılarda yoxlama aparılırdı, yəni analiz, həkim qeydiyyatından keçirdik. Yenidən məndə bu preparatdan istifadə etdiyim aşkar olundu, halbuki bu preparatdan həmin vaxt istifadə etməmişdim. İlk dəfə istifadə edəndə təcrübəsizliyim olmuşdu, amma bu dəfə həqiqətən istifadə etməmişdim. Bilirsiz, yarış qabağı hər şey olur. Ola bilər ki, kimsə sənin suyuna, yeməyinə gizlin şəkildə hansısa dərmanı qata bilsin. Yəni yarış öncəsi hər şey olur. Amma buna baxmayaraq mənə düz 4 il cəza verildi. Bir idmançı üçün 4 il idmandan uzaq durmaq çətindir. Pekin Olimpiadasından, yarışlardan uzaq qaldım, amma təbii ki, geri çəkilmədim, idmandan getmədim. Çoxları gözləyirdi ki, idmandan gedəcəm, ancaq getmədim. 2011-ci ildə cəzam bitdi və yenidən yarışlara qatıla bilərdim.

- 4 il ara və yenidən qayıdış necə oldu?

- 4 ildən sonra ilk dəfə Avropa birinciliyinə qatıldım. Çəkimi dəyişdim, 66 kq çəkiyə keçdim. Qran Pri yarışlarının, 2012-ci ildə İstanbulda Avropa kubokunun qalibi oldum. Hal-hazırda dünya reytinqinin top onluğunda 8-ci yerdəyəm. Düzdü, 4 illik fasilə mənə mənfi təsir etdi, amma əsas odur ki, yenidən idmandayam.

- Bildiyimə görə məktəb illərində yaxşı oxuyurmuşsan?

- Dərslərimi əla oxuyurdum, ən sevdiyim dərs isə cəbr dərsi idi. Amma nə qədər yaxşı oxusan da idmanla bərabər alınmır, çətinlik çəkirsən. Uşaqlıqdan sistem işinə həvəsim vardı və polis olmaq istəyirdim. Hal-hazırda Sərhəd Qoşunlarının zabitiyəm.

- İdmançıların içki, siqaretlə görünməsi nə dərəcədə düzgündür?

- Bir idmançı özünə qadağa qoymağı bacarmalıdır. Ürəyi çox şey istəyə bilər, amma edə bilməz. Çünki idmançıdır və hər hərəkətinə, qidasına fikir verməlidir.

- Yəqin ki, Olimpiya çempionu olmaq niyyətin də var?

- Təbii ki. 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarına hazırlaşıram. Olimpiya çempionu olmaq arzularımdan biridir. Buna görə də fasilə vermədən hazırlaşıram.

- Çox vaxt geyimlərinin hansısa marka olduğunu görürəm. Bu, göstəriş üçündür, yoxsa marka geyinməyi sevirsən? Büdcən buna icazə verir?

- Əslində nə xoşuma gəlirsə, onu da geyinirəm. Daha çox idman geyimlərinə üstünlük verirəm. Bəzi markaları sevirəm. Məsələn, "Adidas", "Mizino".

- Yetəri qədər güclü idmançılarımız var. Bəs ən güclü cüdoçumuz kimdir, səncə?

- Hərə özünə görə və öz çəkisinə görə güclüdür. Güclü döyüşdə, yarışda görünür. Düşünürəm ki, idmançılar arasında sağlam və normal rəqabət olmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1935   Tarix: 25 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335