Qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər! (Qureyş surəsi)

Qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər! (Qureyş surəsi)Mənbə: http://zikr.az

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Qureyşin birliyi xatirinə,
2. onların qış və yay səfərlərindəki birliyi xatirinə
3. qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər.
4. Allah onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.

"Qureyş" surəsinin təfsiri.
Bu surə özündən əvvəl gələn əl-Fil surəsinə bağlıdır. Belə ki, Uca Allah
"Qureyşin birliyi xatirinə" fillərin Məkkəyə hücum etməsinin qarşısını alır və fil sahiblərini məhv edir. Sonra bu birliyi izah edərək buyurur:
Onların qış və yay səfərlərindəki birliyi xatirinə.
Bu ayədə qureyşlilərin ticarət məqsədi ilə qışda cənuba - Yəmənə, yayda isə şimala - Şama səfər etmələri nəzərdə tutulur. Onlar bütün ərəb qəbilələrinin yanında hörmətli olduqlarına görə səfərlərini sağ-salamat başa çatdıraraq Məkkəyə qayıdırdılar. Qureyşlilər Allahın müqəddəs Evi olan Kəbənin yerləşdiyi şəhərin sakinləri olduqlarına görə onları görən hər kəs onlara ehtiram göstərirdi. Bu, onların qış və yay səfərlərində olan vəziyyətləri idi. Onların Məkkə şəhərindəki vəziyyətinə gəlincə, bu haqda Allah buyurur: "Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi?" (əl-Ənkəbut, 67). Sonra Allah bəxş etdiyi bu böyük nemətlərə görə onları şükür etməyə yönəldərək buyurur:
Qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər. Yəni, qoy onlar bu nemətlərə görə şükür edərək yalnız bu Evin Rəbbi olan Allaha ibadət etsinlər. Uca Allah buyurur: "De: "Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr edilmişdir. O şəhər ki, Rəbbim onu haram buyurmuşdur. Hər şey yalnız Onundur. Mənə əmr olunub ki, müsəlman olum" (ən-Nəml, 91). Uca Allah Məkkəni əmin-amanlıq şəhəri etmiş və orada ağac kəsməyi, bitkiləri qoparmağı, ov ovlamağı və qan tökməyi haram etmişdir. Bundan sonra Allah buyurur:
Allah onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi. Məhz o müqəddəs Evin Rəbbi Allah onlara ruzi verir və əmin-amanlıq bəxş edir. Ona görə də gərək onlar təkcə Allaha ibadət etsinlər və Onunla yanaşı heç bir bütə, insana, daşa, qəbirə ibadət etməsinlər. Beləliklə, hər kim tək Allaha ibadət etmək əmrini qəbul edərsə, Allah ona dünya və axirətdə əmin-amanlıq bəxş edər. Hər kim də Onun əmrinə qarşı çıxarsa, bu nemətdən məhrum olar. Bu surə bütövlükdə Allahın Qureyş qəbiləsinə bəxş etdiyi nemətlərin xatırlatmasıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2612   Tarix: 13 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836