QİÇS-in orqanizmdə gizləndiyi yer aşkarlandı

QİÇS-in orqanizmdə gizləndiyi yer aşkarlandıXəstələr bu vasitədən mütləq həkim təyinatı ilə istifadə etməlidirlər
"Öskürəkdən əziyyət çəkirdim, qızdırmam da 37 dərəcədən aşağı düşmürdü. Bakıdakı xəstəxanalardan bir neçəsinə getdik, ciyərlərimi yoxlatdıq. Ağiyərlərimdə nöqtələr olduğunu və vərəmə yoluxduğumu dedilər. Həkimlər ardıcıl olaraq antibiotiklər təyin etdilər. Təxminən 30-a yaxın antibiotik qəbul etdim. Sonra Mərkəzi Klinikaya getdim, orada bildirdilər ki, mənə səhv diaqnoz qoyulub, yəni vərəm deyiləm. Amma antibiotiklərin qəbulundan bir müddət sonra böyrəklərimdə problem, başımda səs yaranmağa başladı və qulağımın biri ümumiyyətlə eşitmə qabiliyyətini itirdi, o birisində də problem yarandı. Bundan başqa qanımda zəhərlənmə getdiyindən allergiya oldum, bədənimdə səpkilər yarandı".

"Qulağımda karlıq, qanımda zəhərlənmə oldu"

Bu sözləri bizimlə söhbətində antibiotiklərin, daha doğrusu, təcrübəsiz həkimlərin yanlış diaqnoz və "müalicəsinin" badına gedən müsahibimiz Güləvəz Hacıyeva bildirdi. Güləvəz xanımın halının pisləşdiyini görən yaxınları onu təcili İrana aparırlar. İranda çoxlu analizlər verəndən sonra azərbaycanlı xəstəyə bildirirlər ki, antibiotiklərin təsirindən böyrək çatışmazlığı və qulağında karlıq yaranıb, dializə getməlidir: "Hətta antibiotiklər bədənimə elə zəhərlənmə verib ki, artıq bədənim dərman götürmür".

Qeyd edək ki, ölkəmizdə antibiotiklər xüsusilə qrip virusunun yayıldığı vaxtlarda dəbə minir. Hətta qripdən, öskürəkdən, qızdırmadan, boğaz ağrısından əziyyət çəkənlər özləri-özlərinə müxtəlif antibiotiklər təyin edirlər. Ya da düzgün diaqnoz qoymayan, xəstəni "tez" sağaltmaq istəyən "həkimlər" xəstələrə yersiz antibiotiklər yazıb onları ya kar, ya da kor etməkdən çəkinmirlər.

Çində hər il 80 min insan antibiotikdən ölür

Onu da deyək ki, dünyada ən çox antibiotik istehsal və istifadə edən Çində hər il 80 min insan antibiotikdən istifadə zamanı ölür. Hazırda dünyada təxminən 200 növ antibiotik istifadə olunur. Onlara pensilin, eritromisin, demoklosiklin, streptomisin, gentomisin, tetrasiklin, levomisetin və s. misal çəkə bilərik.

Antibiotiklər, onların qəbuluna göstəriş və əks-göstərişlərdən danışmaq üçün terapevt Məlahət Abbasova ilə danışdıq. M.Abbasovanın sözlərinə görə, antibiotiklər bəzi xəstəliklərin müalicəsində göstəriş olsa da, bir çox xəstəlikləri olanlar üçün əks göstərişdir. Terapevt bildirdi ki, antibiotiki mütləq həkim təyin etməlidir. Özbaşına antibiotik vurmaq olmaz: "Çünki antibiotiklərin müxtəlif növləri var. Elələri var ki, yuxarı, elələri var ki, aşağı tənəffüs yollarına, yaxud qarın boşluğu infeksiyalarına təsir edir".

Antibiotiklər qripi sağaltmır

M.Abbasova qripə yoluxarkən çoxlarının antibiotik qəbul etməsini düzgün saymır: "Hazırda yayılan qripi yardan virusdur. Virusa isə antibiotik qətiyyən təsir etmir. Belə xəstələrə virus əleyhinə dərmanlar təyin edilməlidir. Həmin virus bədəndə müxtəlif fəsadlar, məsələn, pnevmaniya, bronxit, böyrəklərin iltihabı, qarın boşluğu orqanlarının iltihabını yarada bilər. Yalnız fəsadlar olduqda qrip virusuna yoluxan xəstəyə antibiotiklər təyin olunur. Yəni, antibiotik qripə deyil, onun yaratdığı fəsadların aradan qaldırılmasına kömək edir. Bunu da həkim təyin etməlidir. Çünki həkim müayinə etdikdən sonra görür ki, qrip, məsələn ağciyərlərə fəsad verib. Bu zaman pensilin qrupundan olan antibiotiklər təyin olunur. Yaxud böyrəklərə fəsad veribsə, ampisilin, pensilin qrupundan olan antibiotiklər təyin edilir. Amma bağırsaq boşluğuna, mədə-bağırsaq sisteminə hansısa fəsad veribsə, bu zaman digər qrup antibiotiklərdən istifadə olunmalıdır. Adi bir misal çəkim, qripə yoluxan ailənin beş üzvünün hamısının eyni antibiotik qəbul etməsi mümkün deyil. Çünki qrip hərədə bir fəsad verir, yaxud birində ümumiyyətlə fəsad vermir, nə boğaz ağrısı, nə öskürək və s. olmur. Həkim bütün bunları nəzərə alıb antibiotik təyin edir. Soyuqdəymə zamanı isə əgər ağciyərlərdə pnevmaniya, kəskin bronxit əlamətləri varsa, antibiotik təyin etmək olar".

M.Abbasovanın sözlərinə görə, əgər xəstə qrip virusuna yoluxubsa, amma virus heç bir yerinə fəsad verməyibsə, ona antibiotik təyin edilə bilməz: "Amma həkim qrip virusunun hansısa orqana fəsad verəcəyindən narahatdırsa, bunun əlamətlərini görürsə, o zaman antibiotik təyin edə bilər".

Körpələrə qətiyyən olmaz

Terapevt bildirdi ki, ümumiyyətlə, antibiotik təyin edərkən həkimlər çox diqqətli olmalıdır: "Xəstənin əvvəl və hazırda keçirdiyi xəstəliklər, indiyə qədər vurdurduğu antibiotiklərdən xəbərdar olmalıdır. Bəzi antibiotiklər var ki, onlar qulaq sinirinə təsir edir. Əgər qulaq sinirində problem olan insanlar varsa, onlarda antibiotikin qəbulundan sonra karlıq yarana bilər. Yaxud körpələrin siniri tam inkişaf etmədiyinə görə onlarda karlıq yaranması riski daha böyükdür. Elə uşaqlar var ki, antibiotik qəbulundan sonra gözlərində irinləmə gedir".
M.Abbasovanın sözlərinə görə, hamiləliyin ilk 3 ayında da antibiotik qəbul edilməsi məsləhət deyil. Yalnız heç bir çıxış yolu olmayanda antibiotik təyin etmək olar. Hamiləliyin 3 ayından sonra isə antibiotik təyin etmək olar.

Təbii antibiotiklər hansılardır?

Müsahibimiz xəstələrin daim antibiotik qəbul etməsinin, bədəni antibiotikə öyrəşdirməyin düzgün olmadığını dedi: "Antibiotik lazımsız yerə, xəstə tam müayinə olunmadan, normadan artıq vurulanda göbələk, disbakterioz xəstəliyi əmələ gəlir. Çünki bu zaman antibiotik bağırsaqdakı həzmə kömək edən mikrobları da öldürür, ishal halları yaranır. Disbakteriozdan əziyyət çəkən xəstələrin müalicəsi isə aylarla davam edir. Belə xəstələr bir balaca yeməyini dəyişirsə, bağırsaqları pozulur. Məsləhət görərdim ki, antibiotik qəbul edən insanlar qidalarında qatıq və göbələk əleyhinə dərman preparatları istifadə etsinlər. Qatıq disbakteriozun qarşısını alır".

Həkim onu da qeyd etdi ki, bədən bir antibiotiki tez-tez qəbul edib öyrəşəndən sonra daha güclü antibiotik tələb edir, çünki həmin antibiotik mikroba təsir etmir: "Bəzən görürsünüz, kimsə beş gün antibiotik qəbul etsə də, ona heç bir kömək etmədiyini deyir. Səbəb odur ki, bədən artıq həmin antibiotikə öyrəşib".

M.Abbasovanın sözlərinə görə, antibiotiklər immun sisteminə də zərər vurur. Buna görə də həkim məsləhət görür ki, insanlar təbii antibiotiklərdən istifadə etsinlər: "Sarımsaq və soğanın tərkibində antibiotik var. Həmçinin bu tərəvəzlərin tərkibində virus əleyhinə maddələr var. Həmin antiviruslar viruslara qarşı da bədənin müqavimətini artırır".

Mərkəzi Klinikanın nefroloqu Səbinə Qasımova da bizimlə söhbətində reseptsiz, yaxud düzgün təyin edilməyən antibiotiklərin böyrək çatışmazlığına gətirib çıxardığını bildirdi: "Çünki antibiotiklərin əksəriyyətinin nefrotoksik təsiri var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2335   Tarix: 15 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 672
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 194
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 186
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 383
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 141
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1196
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 226
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 257
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 186