Reymsdə beynəlxalq yarmarkada Azərbaycan pavilyonu açılıb - FOTO

Fransa ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edir.

BiG.AZ xəbər verir ki, bu fikir noyabrın 29-da şəhər bələdiyyə idarəsində Reymsin meri xanım Adelin Hazanla Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin görüşündə səslənmişdir.

Görüş zamanı Reymslə Gəncə arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

E.Vəliyev Reymsdə təşkil olunan beynəlxalq yarmarkaya Gəncənin fəxri qonaq qismində dəvət edilməsinə və Gəncədə istehsal olunan məhsullara iki pavilyonun ayrılmasına görə, minnətdarlığını bildirmiş, pavilyonlarda Gəncə şərablarının, xalçalarının və dekorativ tətbiqi sənət nümunələrinin, nar və xurmaların nümayiş etdirildiyini, Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən söz ustadının həyat və yaradıcılığına dair nəfis şəkildə çap olunan kitabların paylandığını diqqətə çatdırmış, hər iki şəhər arasında əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.

Adelin Hazan Fransa ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni sahələrdə yüksək əməkdaşlığın mövcud olduğunu vurğulamış və şəhərlər arasında əlaqələrin inkişafında Reymsin maraqlı olduğunu bildirmişdir.

Keçən ilin oktyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsinə dair tədbirlərin ilk dəfə Reymsdən başlamasını yüksək qiymətləndirən mer, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həmin tədbirlərdə iştirakını xatırlatmış, yüksək səviyyədə və uğurla keçən tədbirlərin reymslilər arasında böyük əks-səda doğurduğunu bildirmiş, Məhsəti Gəncəvinin 900 illiyi ilə bağlı sərgi və konsertin məhz Reymsdən başladığını fəxrlə qeyd etmişdir.

Noyabrın əvvəllərində Gəncədə təşkil edilən ikinci beynəlxalq üzüm və şərab festivalında Şampan-Ardenn regional şurasının sədri Jan-Pol Başının iştirak etdiyini xatırladan Elmar Vəliyev Reymsin merini 2014-cü ildə keçiriləcək festivala dəvət etmişdir.

Görüşdən sonra Adelin Hazan beynəlxalq yarmarkada Gəncə məhsullarının nümayiş etdirildiyi pavilyonlarla tanış olmuşdur.

Xalçaçı rəssam Faiq Osmanov, dekorativ tətbiqi sənət ustası Vilayət Qurbanov və şərabçılıq mütəxəssisi Namiq Vəliyev nümayiş etdirdikləri məhsullar barədə merə ətraflı məlumat vermişlər.

Reymsdə beynəlxalq yarmarkada Azərbaycan pavilyonu açılıb - FOTOReymsdə beynəlxalq yarmarkada Azərbaycan pavilyonu açılıb - FOTOReymsdə beynəlxalq yarmarkada Azərbaycan pavilyonu açılıb - FOTOReymsdə beynəlxalq yarmarkada Azərbaycan pavilyonu açılıb - FOTOReymsdə beynəlxalq yarmarkada Azərbaycan pavilyonu açılıb - FOTOReymsdə beynəlxalq yarmarkada Azərbaycan pavilyonu açılıb - FOTOReymsdə beynəlxalq yarmarkada Azərbaycan pavilyonu açılıb - FOTOReymsdə beynəlxalq yarmarkada Azərbaycan pavilyonu açılıb - FOTOReymsdə beynəlxalq yarmarkada Azərbaycan pavilyonu açılıb - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1439   Tarix: 30 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

15:23 143
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 794
.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

16:00 0
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 338
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

17:29 145
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 2
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 413
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 244
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 2