Suriyada döyüşən azərbaycanlıların komandiri bu şəxsdir – FOTO

Tarxan bir müddət İstanbulda yaşayıb.

Suriyada Əsəd rejiminə qarşı vuruşan ən böyük qruplaşmanın – "Ceyş əl-Mühacirin al Ənsar"ın ("Mühacirlər ordusu") komandiri, Əmir Umar əl-Şişaninin əsl kimliyi məlum olub.

BiG.AZ Anspress.com-a istinadən xəbər verir ki, Qərb kəşfiyyatının "The Wall Street Journal"a ötürdüyü xəbərlərdə həmin şəxsin Gürcüstanın Axmeta rayonunun Cokolo kəndindən olan Tarxan Baturaşvili olduğu bildirilir.

Batiraşvili Pankisi dərəsində böyüyüb. Atası xristian, anası müsəlmandır. Orta məktəbi bitirdikdən sonra Gürcüstan ordusunda xidmət edib. Hərbi xidmət zamanı xüsusi kəşfiyyatçılar dəstəsinə götürülüb. Serjant rütbəsi alan Baturaşvilinin aylıq əmək haqqı 700 dollar təşkil edib.

2008-ci ilin avqustunda da hərbi münaqişə vaxtı cəbhə xəttində Rusiya tanklarının hərəkətini izləyən kəşfiyyat dəstəsində olub və onların koordinatlarını Gürcüstan artilleriyasına ötürülməsində önəmli rol oynayıb.

2010-cu ildə onda vərəm xəstəliyi aşkarlandığından, bir neçə ayını hərbi hospitalda keçirib. Sağaldıqdan sonra isə hərbi xidmətə yararsız sayılaraq, ordudan tərxis edilib. Atası deyir ki, Tarxan bundan çox məyus olubmuş. Onu hətta yerli polisə də işə götürməyiblər.

2010-cu ildə Baturaşvili qanunsuz silah gəzdirmə ittihamı ilə saxlanılıb və 3 illik həbsə məhkum edilib. Tutulduqdan 16 ay sonra, 2012-ci ilin əvvəlində azadlığa çıxıb və Gürcüstanı tərk edib. O, yaxınlarda ərəb saytlarından birinə müsahibəsində deyib: "Allaha vəd vermişdim ki, türmədən sağ çıxsam, özümü cihada həsr edəcəyəm".

Məlumata görə, Tarxan əvvəlcə Türkiyəyə keçib, bir müddət İstanbulda yaşayıb, sonra isə Suriyaya gedərək ən böyük cihad qruplaşmalarından birini, "Ceyş əl-Mühacirin al Ənsar"ı yaradıb. Bu qruplaşanın tərkibində əsasən Şimali Qafqazdan və keçmiş SSRİ-nin müsəlman ölkələrindən olanlar vuruşur. Suriyada vuruşan azərbaycanlılardan ibarət dəstə də məhz "Ceyş əl-Mühacirin al Ənsar"ın tərkibindədir. Qruplaşmanın qərargahı Hələb yaxınlığındakı keçmiş həbsxanada yerləşir.

Suriyada döyüşən azərbaycanlıların komandiri bu şəxsdir – FOTOSuriyada döyüşən azərbaycanlıların komandiri bu şəxsdir – FOTOSuriyada döyüşən azərbaycanlıların komandiri bu şəxsdir – FOTOSuriyada döyüşən azərbaycanlıların komandiri bu şəxsdir – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6484   Tarix: 30 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459