Zob xəstəliyi təhdid olmağa davam edir

Zob xəstəliyi təhdid olmağa davam edirXəstəliyin ilk əlamətini hiss etdikdə həkimə müraciət etmək müalicə prosesini yüngülləşdirə bilər. Son zamanlar insanlar arasında geniş yayılan, el arasında "zob" adı ilə tanınan xəstəlikdən bir çoxumuzun xəbəri var. Boğazın bəzi hissələrində meydana gələn və müxtəlif ölçülərlə müşayiət olunan düyünlərin əmələ gəlməsinin əsas səbəbi, qəbul edilən qida və suda yodun azlığı ilə əlaqədar olur. Çünkü yod çatışmazlığı zamanı lazımi miqdarda tireoid hormonları hasil olunmur və orqanizimdə həmin hormonları təmin etmək üçün əlavə yoda ehtiyac yaranır.

"Bu zaman xəstələrdə ürək döyünmələri, əsəbilik, hərarət basma, əsəbilik, saç tökülməsi, dırnaq tökülməsi, hər şeyə qıcıq olma, çox qida qəbul edilməsinə baxmayaraq get-gedə arıqlamalar baş verir. Bu zaman hormonlar araşdırılır və əgər treoid vəzinin hiper funksiyası normadan artıq fəaliyyəti normadan artıq baş versə, bu zaman buna müalicə və əgər düyün varsa cərrahiyə əməliyyatı və ya bobsiya məsləhət görülür" – deyə Endokrinoloq Səbinə Cəfərova bildirir.

Həkimlər bu xəstəliyin, müəyyən ərazidən və insandan aslı olaraq, özünü müxtəlif formada biruzə verdiyini deyir. Qalxanvari vəzin kistası həm anadangəlmə, həm də qazanılmış ola bilər. Bu vəzin böyüməsi, onda əmələ gələn kistalar, yəni içi maye ilə dolu kiçik qabarcıqlar, adətən heç bir narahatlığa səbəb olmur, lakin kistanın irinlənməsi hərarət və boğazın ön səthində ağrılara səbəb olur. Bu da zaman keçdikcə, bəd xassəli şişə çevrilmə ehtimalını artırır.

"İnsanlar arasında belə bir psixologiya var ki, əgər düyün varsa kəsək götürək. Bu tamamilə yalnış fikirdi, heç məsləhət görmürük. Düyünlərin əksəriyyəti – 80-85 faizi xoş xassəli olur, düyünlərin aparılması, araşdırılması müəyyən qaydalarla müəyyən olur. Mütləq biobsiya və biobsiyada gələn bəd xassəli düyün əməliyyat oluna bilər. Xoş xassəli düyün 4 santimi keçəndə əməliyyat məsləhət görürük. O müddətlər ərzində qanda da dəyişiklik yoxdursa, o şişlər nəzarətdə saxlanılır" – deyə Səbinə Cəfərova əlavə edir.

Ur xəstəliyi, kişilərə nisbətən qadınlarda 3-4 dəfə daha çox rast gəlinir. Bu da qadın orqanizminin cinsi yetkinləşmə, hamiləlik və uşaq əmizdirmə dövründə qalxanvari vəzin hormonlarına daha yüksək tələbatı ilə əlaqədardır.Organizmə daxil olan toksiki maddələr, tərkibində yod olan məhsullardan kifayət qədər istifadə olunmaması, irsiyyət amili qalxanvari vəzin fəalığını azaldır. Xəstəliyin ilk əlamətini hiss etdikdə həkimə müraciət etsəniz, tərkibi yodlaşdırılmış olan məhsullardan istifadə etsəniz bu bəladan yaxa qurtarmış olarsız.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4504   Tarix: 12 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433