Mercedes-Benz S-Class yeniləndi - Fotolar

Mercedes-Benz S-Class yeniləndi - FotolarYeni nəsil flaqman sedanı "Mercedes-Benz S-Class"-ın meydana gəlməsinə ən tez reaksiya verən ilk tünerlərdən biri alman atelyesi "Brabus" oldu. O, bu yaxınlarda avtomobilin tənzimlənməsi üzrə kompleks proqram təqdim etdi.

Yüksək təbəqə üçün nəzərdə tutulmuş çox gözəl avtomobilin daxili və xarici görünüşü yeniləndi, asılqanın şəkli dəyişildi və eksklüziv dizaynlı təkər diskləri quraşdırıldı.
BiG.AZ bildirir ki, hər modifikasiyanın özünün texniki tüninq paketli güc aqreqatı var. "Brabus" atelyesində yenilənmiş 2014-cü ilin "Mercedes-Benz S-Class" sedanının dünyada ilk təqdimatı sentyabr ayında Frankfurtdakı avtoşouda keçiriləcək.

Kosmetik yenilənmə üç havaçıxıntısı və splitteri olan işlənmiş qabaq bamper, kandardakı əlavələr, ventilyasiya olunan qabaq qanadlar, arxa bamperdəki diffuzor və baqaj qapağının üstündəki kiçik spoylerlə məhdudlaşır. Eksteryeri "Brabus" emblemi, o cümlədən 19-dan 21-düymə qədər diametri olan dəbli təkər diskləri ilə bəzəyiblər. Diskləri bir neçə dizayn variantlarında və müxtəlif rənglərdə əldə etmək olar.

Şəkildə göstərilən avtomobilə qabaqdan 255/30, arxadan isə 295/30 ölçülərində şinlər "geyindirilmiş" müxtəlif enli 21-düymlük disklər quraşdırılıb. Tam ölçülü sedan klirensin 15mm-ə qədər azaldılması ilə daha da idmansayağı görünməyə başlayıb. Bu da pnevmatik asılqanın idarəetmə bloku sayəsində baş verib.

İnteryerin işlənməsində nazik bahalı "Mastik" dəridən və yüksək keyfiyyətli alkantaradan istifadə olunub. Dekor elementləri qismində yeni pedallar, qapı kandarlarındakı əlavələr və alman tünerinin loqotipi olan qapı rəzələri çıxış edir. Əlavə ödəniş etməklə lüks sinfinə məxsus sedanı qabaqcıl multimedia sistemi ilə təchiz etmək olar.

Daha çox məhsuldarlıq əldə etmək istəyənlər "BrabusPowerXtra" paketini sifariş edə bilərlər. Onun köməyi ilə S500 modifikasiyasının 4.7-litrlik V8 mühərrikinin gücü 455 a.g. və 700 Nm fırlanma anından 520 a.g. və 820 Nm-ə qədər artacaq. "BRABUS B50" yerindən 100 km/saata 4.2 saniyə vaxt sərf edir və maksimal sürəti 300 km/saatdır. Eyni paket 5.5-litrlik tvin-turbo mühərrikli "S63 AMG" variantında dəqiqədə 5500 dövr ilə 650 a.g. və dəqiqədə 2250-3750 dövr ilə 1000 Nm ala biləcək.

Mühərrikin elektron "beyin" tənzimlənməsi ilə yanaşı modifikasiya olunmuş turbokompressor, təkmilləşdirilmiş buraxma sistemi ilə nəticələnən daha ciddi yenilənmə faydalı iş əmsalını 730 a.g. və 1065 Nm-ə qədər artırır. Belə olan halda elektron sürət göstəricisi 325 km/saata çatır.

Mercedes-Benz S-Class yeniləndi - FotolarMercedes-Benz S-Class yeniləndi - FotolarMercedes-Benz S-Class yeniləndi - FotolarMercedes-Benz S-Class yeniləndi - FotolarMercedes-Benz S-Class yeniləndi - FotolarMercedes-Benz S-Class yeniləndi - FotolarMercedes-Benz S-Class yeniləndi - Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6156   Tarix: 19 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999