Bu zəhərli içkiləri ən çox Azərbaycanlılar içir (Araşdırma)

Bu zəhərli içkiləri ən çox Azərbaycanlılar içir (Araşdırma)Yayın qızmar istisində sərinlənmək üçün müxtəlif qazlı sular içmək məcburiyyətində qalırıq. Qazlı sular insanda qısa müddətli sərinlik hissi yaratsa da, onun sağlamlığa vurduğu zərərlər çox təhlükəlidir.

Belə ki, britaniyalı alimlərin apardığı araşdırmalarda göstərilir ki, qazlı içkilər insanda erkən ürək-damar xəstəliyi və insult yaradır. Hədsiz qazlı içki alüdəçisi olan insanlarda ürək döyüntüləri digər insanlarla müqayisədə 2 dəfə çox olur. Britaniyalı alimlər bildirirlər ki, indiyədək belə suların orqanizmə bir sıra zərəri müəyyənləşdirilsə də, onun istifadəçilərinin sayı durmadan artır. Təəssüf ki, ölkəmizdə istifadəçilər sırasında çoxluğu uşaqlar təşkil edir. Bu isə həyacan təbili çalmağın vaxtının çatdığını bildirir. Statistika göstərir ki, bir nəfər gündə ən azı 2 stəkan belə su içərsə, onda hipertoniya, sümüklərdə qırılmaya meyillilik, şəkərli diabet , piylənmə, ağ ciyərlərin obstruktiv xəstəlikləri, hətta insult yarana bilər.

Piylənmənin səbəbi - qazlı içkilər

Yaşından asılı olmayaraq hər kəsin sevə-sevə içdiyi "Kola" və bu tip şəkərli, qazlı içkilər tam bir fəlakət mənbəyidir. Onun tərkibində olan şəkərin norması günlük istifadə dozasından kifayət qədər çoxdur. Qeyd edək ki, kifayət qədər şəkər, qazdan ibarət bu içkilərin tərkibində fosfat turşusunun, kislota, dadlandırıcıların olduğunu nəzərə alsaq, vəziyyətin nə yerdə olduğunu dərk edərik. Gündə bir-iki stəkan kola tipli qazlı içki içmək kifayət qədər kalori deməkdir. Sirr deyil ki, bunun sonu kobud piylənmə ilə nəticələnir. Qazlı suların fəsadları bununla bitmir. Bu cür sular həm də qocalmanı sürətləndirir. Qeyd etdiyimiz fosfat turşusu bədəndə qırışlar yaratmaqla yanaşı, insanda böyrək xəstəliklərinə də səbəb olur.

Qazlı içkilərdan 15 yaşdan tez istifadə etmək daha təhlükəlidir

Qazlı içkilərdən istifadə üçün ölkəmizdə yaş məhdudiyyəti yoxdur. Bəlkə də qazlı içkilərdən istifadə üçün yaş kateqoriyasının tətbiq edilməsinin gərəksiz olduğunu düşünə bilərsiniz. Amma azyaşlı uşaqlar bu cür içkilərdən içdikdə onlarda gözün arxa hissəsində yerləşən arteriyalar, qan damarları quruyur. Bunu Avstraliyanın Sidney Universitetinin Tibbi Araşdırmalar İnstitutunun son elmi işi bir daha təsdiqləyib.

"Azərbaycana Gürcüstan vasitəsilə Ermənistandan qaz gətirilir"

Qazlı suların zərərləri və görülən tədbirlərlə bağlı Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədovun fikirlərini öyrəndik. D. Məmmədov açıqlamasında Azərbaycanda istehsal olunan qazlı suların keyfiyyətinin aşağı olduğunu bildirdi: "Qazlı sulardan hazırda əsasən MDB dövlətlərində geniş istifadə olunur. Avropa ölkələrində insanlar qazlı suları sevmir. Qazlı su kalsiumun düşmənidir. Uşaqlarda dişlərə və sümüklərin möhkəmlənməsinə imkan vermir. Qazlı suların insan orqanizminə ziyanı böyükdür. Xüsusilə xəstə, əməliyyat keçirmiş insanların mədə-bağırsağı üçün qazlı su çox təhlükəlidir. Çünki qaz bağırsaqları genişləndirir. Ümumiyyətlə, qazlı suların tərkibindəki qazın haradan əldə edildiyi məlum deyil. Bəzi insanlar bu qazın təbii olduğunu bildirsə də, belə deyil. Bu qazlar sünidir. Bəzi yerlərdə onu yandırma yolu ilə tüstüdən, bəzi yerlərdə havadan alırlar. Qazın mənbəyi çox vaxt bilinmir və keyfiyyəti aşağı olur. Azərbaycana qaz əsasən Türkiyə və Gürcüstandan gətirilir. Təəssüflər olsun ki, bizdə olan məlumata görə, Gürcüstandan Azərbaycana verilən qaz Ermənistandan gətirilir.

Qazların tərkibinin yoxlanılması məsələsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin işidir. Ümumilikdə isə əhali arasında maarifləndirmə işi çox zəif aparılır. Telekanallarda bununla bağlı xüsusi sujetlər hazırlanmalı və verilişlər yayımlanmalıdır."

"Coca-cola", "Redbull", "Burn", "Monster" və digərləri

"Coca-cola" sözünün mənası "xoşbəxtlik ağzında" deməkdir. Qazlı içkini ilk dəfə kəşf edən alim Cozef Pristli bu içkilərin insan üçün faydalı olduğunu bildirmişdir. O, qazdan ibarət bu içkilərin insanda ruh yüksəkliyi yaratdığını, şənləndirici effekt verdiyini bildirsə də, onun zərərləri haqqında heç nə deməmişdir. Nəzərinizə çatdıraq ki, qazlı içkilərin sənaye istehsalına 1783-cü ildə başlanılıb. "Coca-cola"nın istehsalına gəlincə, onun adı Amerikada bitən Koka adlı bitkidən götürülüb. Bu bitki kokain narkotik vasitəsinin ilkin mənbəyi hesab edilir. Kokain narkotik növü isə dünyada ən təhlükəli, bahalı növlərdəndir. Təkcə "Coca-cola" deyil, "Redbull", "Burn" və "Monster" kimi energetik içkilər də çox təhlükəlidir. Bu energetik içkilər insanda ruh yüksəkliyi yaratdığına görə çox aktualdır. Gənclər arasında dəb halına çevrilmiş bu içkiləri demək olar ki, "ölümə aparan yol" adlandırmaq olar. "Redbull"un tərkibinə əhvalqaldırıcı kofein maddəsi qatılır ki, bu maddə həm də "Coca-cola"nın tərkibində var.Kofein ürəyə olan yükü artırır, bədəndə kalsiumun miqdarını azaldır. Nəticədə sümük əriməsi prosesi başlayır.
Göstərdiyimiz faktlar bir daha sübut edir ki, baha qiymətə aldığımız bu içkilər bizə yalnız zərər verir. O zaman nə üçün onları alaraq həm büdcəmizə, həm də sağlamlığımıza zərər vuraq?

mənbə: azxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7451   Tarix: 08 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490