Alkoqol

AlkoqolDünya Səhiyyə Təşkilatının 30 ölkə arasında apardığı araşdırmaya görə içkiyə aludəçilik cinayətlərin 85%-na, yol qəzasının 61%-na, namusa təcavüzün 80%- na, zor tətbiqinin 50%-na, yanğınların 16%-na səbəb olur.

Cəmiyyətimizdə spirtli içkidən istifadə edən insanlar az deyil. Bu içkini kimi əyləncə üçün, kimisi "işlərini yoluna qoymaq" üçün, kimisi də "kişi araq içər" şüarı ilə qəbul edir. Az istifadəsi belə, insana zərərli olan spirtli içkini bəzilərinin ifrat qəbul etmələri isə əksər hallarda bədbəxt hadisələrlə nəticələnir.

Sosioloq Əbülfəz Süleymanlı deyir ki, içkiyə qurşanmış insanların ailələri əksər hallarda uğursuzluğa düçar olur. Onun sözlərinə görə, faciələrin çoxu məhz belə ailələrdə baş verir.

"Spirtli içki qəbul edildikdə, əvvəlcə, ağız boşluğunu və selikli qişanı zədələyir, daha sonra orqanizmə sorulmağa başlayır. Qaraciyər isə sorulmuş spirtli içkini zərərsizləşdirməyə çalışır, ancaq bu vaxt o həddindən artıq yüklənir. Nəticədə qaraciyər yağlanması adlandırılan proses baş verir". Habil Hüseynovun sözlərinə görə, spitrli içki daha sonra beyin toxumalarına çatır və sinir sistemini zədələməyə başlayır. Bu proses isə həmin şəxslərdə əsəb xəstəlikləri yaradır.

"Tərkibində alkoqol olan içkiyə insanlar bəzən dadına baxmaq istəyi ilə aludə olurlar. Bir neçə dəfə qəbuldan sonra isə insanda asılılıq yaranır". Psixoloq Aytən Quliyevanın dediyinə görə, bəzən insanlar spirtli içkidən hətta sözü üzə rahat deyə bilmək məqsədilə istifadə edirlər: "Onlar özlərində başqasına qarşı zəiflik hiss edirlər və bu zaman spirtli içkidən istifadəyə üstünlük verirlər. Lakin bu, uğurlu "çıxış yolu" deyil və psixologiyada sonradan müəyyən fəsadlar yaradır". Günümüzdə azyaşlıların və yeniyetmələrin də spirtli içkiyə meyil etmələrinə tez-tez rast gəlinir. Aytən xanım deyir ki, 7-17 yaş dövrü insanın fərd kimi formalaşdığı mərhələdir. Ona görə də valideynlər uşaqlarına bu yaş dövründə xüsusi diqqət yetirməlidirlər: "Əgər uşaq bu yaş dövründə bütün günü neqativ filmlərə baxacaqsa və filmin qəhrəmanı müxtəlif mənfi rollarda, o cümlədən içkili vəziyyətdə olacaqsa, şübhəsiz, bu, uşağın psixologiyasına mənfi təsirsiz ötüşməyəcək". Psixoloq deyir ki, valideynlərin övladlarının yanında spirtli içkidən istifadə etmələri də onların psixologiyasına mənfi təsir göstərir.
İçkili ata və ya ananın yanında böyümüş uşağın cəmiyyətə yararlı bir şəxs kimi yetişmə ehtimalı çox aşağıdır: "Spirtli içkiyə aludə olan uşaqlar, adətən, cəmiyyət üçün normal olmayan davranışlara yiyələnirlər. Buna əxlaqsızlığı, oğurluğu, dələduzluğu misal göstərmək olar.

Ümumdünya Səhiyyə Təşkilatı alkoqol asılılığı diaqnozunun təyin olunmasının 6 meyarını müəyyənləşdirilib. Əsas və ilk meyar insanın içki qəbuluna nəzarət edə bilməməsidir. İkinci meyara görə, insan içki qəbul etmək istəyi hiss edir. Bu istək özünü həm açıq şəkildə büruzə verə, həm də gərginliyin aradan qaldırılması, istirahət bəhanəsi altında gizlənə bilər. Bu istək nəticəsində insan öz ailəsini, qanunları və sosial davranış normalarını unudur. Üçüncü əlamət isə orqanizmin spirtli içkiyə asanlıqla "dözməsi"dir. Əgər insan üç şüşə araq içsə və sərxoş olmaması ilə öyünürsə, bu, təhlükəli sindromdur. Məsələ burasındadır ki, orqanizm son gücünə qədər qana daxil olan etil spirtini emal etməyə çalışır. Amma gec və ya tez son mərhələ çatır və mexanizm pozulur. Nəticədə alkoqol əqli zəifliyə səbəb olur. Yəni insan sizinlə salamlaşa və bir neçə saniyə sonra bunu unuda bilər.
Dördüncü simptom abstinent sindromdur. Bu, insanın içki qəbulundan bir gün sonra özünü yorğun, əzilmiş, hiss etməsi, əllərinin əsməsidir. Belə adamlar səhər tezdən içki qəbul etməsələr belə, yenidən içmək üçün səbirsizliklə iş gününün sonunu gözləyirlər. Amma içki qəbul edəndən sonra özünü pis hiss edənlər də iki qrupa bölünür və alkoqoldan zəhərlənənləri içki düşkünləri sırasına aid etmək olmaz. Sadəcə olaraq, onlar zəhərləndiklərinə görə səhəri gün özlərini pis hiss edirlər və vəziyyətlərinin düzəlməsi üçün yenidən içki qəbul etmək istəyi hiss etmirlər. dayandıra bilmir.

Sonuncu meyar isə alkoqolun insanın həyatında əsas rolu oynamasıdır. Başqa sözlə, bu meyara görə, insanın məişəti və şəxsi həyatı içki ətrafında qurulur. Alqokolla bağlı olmayan digər maraqlar isə sonrakı yerlərə keçir.
Alkoqol tərkibində etil spirti olan, və içildiyi zaman insana müvəqqəti kef və sərxoşluq verən, eyni zamanda vücuda zərərli təsir edən, bir çoxlarında vərdişə çevrilən içkilərdəndir. İçkisiz dura bilməyənlərə bədən və ruhi-mənəvi sağlamlığını, ailə, sosial, və iş həyatını pozacaq dərəcədə içki qəbul edənlərə alkoqolik deyilir. Alkoqolizm- spirtli içkiləri müntəzəm qəbul etmək nəticəsində yaranan və içkiyə aludə etdirən bir xəstəlikdir. Bu xəstəlik fiziki və psixi pozğunluqlar törətməklə şəxsin nüfuzuna mənfi təsir göstərir. Alkoqol əsasən beyin hüceyrələri üçün zəhərlidir. Sərxoş adam ilk anlar şənlik edir, keyfi durulur və s. amma içkinin təsiri artdıqca, bütün bunlar əsəbilik, ədəbsizlik, hövsələsizlik, və kobudluqla əvəzlənə bilər. Alkoqolizm qan-damar sistemində distrofik dəyişikliklərə, hipertaniya xəstəliyinin vüsət almasına, qara ciyərin serozuna, böyrəklərin funksiyasının pozulmasına, eləcə də dərin psixi və somatik pozğunluqlara səbəb olur. Bu xəstəlik ağıl zəifliyi, alkoqol epilepsiyası, bəzən isə alkoqol psixozları ilə nəticələnir. Xəstə olan şəxs vahimələnir, yuxusu pozulur, hallüsunasiya müşahidə olunur. Spirtli içki düşkünləri arasında tez-tez bədbəxt hadisələr, baş verir, onların əmək qabiliyyəti zəifləyir. İçkiyə başlamanın bir neçə səbəbi ola bilər. Bioloji səbəblər- atanın evliliyinin ilk günündən və ananın hamiləlik dövründə içki qəbul etməsi nəticəsində, və sinir sisteminin pozulması ilə uşaqlar bəzən anadangəlmə alkoqolik olur. Ətrafla bağlı səbəblər- davamlı içki içilən, bir mühitdə yaşayan gənclər ya çevrədən ya da valideynlərdən təsirlənərək içkiyə aludə olur. Psixoloji səbəblər- cəmiyyətin adət və ənənələrini heç sayan ailələrin uşaqlarına örnək ola bilməmələri də əsas səbəblərdən biridir. Dünya Səhiyyə Təşkilatının 30 ölkə arasında apardığı araşdırmaya görə içkiyə aludəçilik cinayətlərin 85%-na, yol qəzasının 61%-na, namusa təcavüzün 80%- na, zor tətbiqinin 50%-na, yanğınların 16%-na səbəb olur. Eyni araşdırma alkoqol mübtəlası olanların olmayanlara nisbətən 16 dəfə artıq hər şeyini bərbad etdiyini, 30 dəfə artıq zəhərləndiyini, 58 dəfə artıq intihar etdiyini aşkar etmişdir. Ruhi xəstələrin 40-50%-nı, həbs edilənlərin 50%-nı alkoqoliklər təşkil edir. İçki içilən ailələr yeni nəsillərə böyük zərər verir.. Alkoqolizmin müalicəsi: İçki içməyə aludə olan fərdlərin, içkidən əvvəlki sağlamlığını bacarıqlarını əldə etməsi, içki üzərindən toplumda itirdiyi rolunu və nüfuzunu qaytarması üçün hər cür müalicə üsullarından istifadə olunmaqdadır. Müalicədə məqsəd, içkinin tam buraxılmasıdır. Müalicəni istənilən nəticəni verməsi üçün xəstə bunu istəməli, müalicə başlayandan etibarən içki içməməlidir. Antebus müalicəsi- xəstəyə antebus, və ya bəzi dərmanlar verilməklə onda keçici böhran əmələ gəlməsinə, təzyiqin düşməsinə, tərləmələrə, istiliyin artmasına, vücudun bəzi hissələrinin qızarmasına, və ürək döyüntüsünün güclənməsinə, səbəb olunur. Bu zaman klinik ölüm halı sınaqdan çıxarılır. İçki qəbul etmə istəyi keçənə qədər bu proses davam etdirilə bilər. Nifrət hissi oyatma- xəstəyə bəzi dərmanlar verilməklə, ürək bulanmasına, içki verilməklə qusmasına və alkoqola qarşı nifrət hissinin oyandırılmasına çalışılır. Psixoloji müalicə-alkoqolik içkinin zərərləri ilə bağlı məlumatlandırılır. Alkoqolizmlə bütün cəmiyyət mübarizə aparmalı, sağlam həyat tərzini qorumaq lazımdır.

mənbə: aznews.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4968   Tarix: 03 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875