Şəxs hansı halda kirayə yaşadığı mənzildən çıxarıla bilər?

Şəxs hansı halda kirayə yaşadığı mənzildən çıxarıla bilər?Bir qrup vətəndaşlar şəxsi mənzilləri olmadığı üçün başqasına məxsus mənzildə kirayə yaşamaq məcburiyyətindədirlər.

Əksər hallarda mənzili kirayəyə götürərkən kirayə verənlə kirayəçi şifahi razılığa gəlirlər. Amma yazılı müqavilədən fərqli olaraq, şifahi razılıq heç də həmişə özünü doğrultmur. Təcrübədə kirayəçinin əsassız olaraq evdən çıxarılması, kirayə haqqının artırılması, kirayəçidən mənzilin dərhal boşaldılmasının tələb edilməsi və s. səbəbindən tərəflər arasında yaranan mübahisələrin çoxlarımız şahidiyik.

Bakı Hüquq Mərkəzi (BHM) hüquq firmasının hüquqşünası Fərhad Nəcəfov bildirib ki, mənzilin kirayəyə verilməsi ilə bağlı şərtlər (kirayə haqqı, kirayə müddəti, kommunal xidmətlərə görə haqqın, mənzilə və ya qonşulara vurulan zərərin ödənilməsi və s.) tərəflər arasında bağlanmış yazılı kirayə müqaviləsi əsasında müəyyən edilir. Kirayə müqaviləsində tərəflərin hüquq və vəzifələri əksini tapmalıdır.

Nəcəfov bildirib ki, müqavilənin ən mühüm şərtlərindən biri onun bağlandığı müddətdir.

"Yazılı bağlanmış və müddəti müəyyən olunmuş kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə həmin müddət başa çatmadan xitam verilə bilməz. Müqavilədə müddət müəyyənləşdirilməyibsə, tərəflər əvvəldən xəbərdarlıq etməklə istənilən vaxt müqavilənin ləğvini tələb edə bilər. Mülki qanunvericiliyin tələbinə görə, mənzil sahibi bağlanmış kirayə müqaviləsinin vaxtından əvvəl xitam olunmasını tələb edirsə, o bunun hansı zərurətdən irəli gəldiyini və ya kirayədə yaşayanın müqavilənin hansısa şərtlərini pozduğunu göstərməlidir. Yəni, kirayəyə verən heç də həmişə istədiyi vaxt kirayəçini mənzili boşaltmağa vadar edə bilməz", o deyib.

Hüquqşünasın sözlərinə görə, tərəflər arasında kirayə müqaviləsi bağlandığı halda, ev sahibi kirayəçidən əsassız olaraq mənzilin boşaldılmasını istəyirsə, qarşı tərəfə kompensasiya ödəməlidir. Kompensasiyanın məbləği tərəflərin razılığı ilə müəyyən olunur. Razılıq olmadığı halda isə, mübahisəni məhkəmə həll edir.

O deyib ki, Mülki Məcəlləyə əsasən kirayəyə verən kirayə müqaviləsinin ləğvini yalnız kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda və ya kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda tələb edə bilər. Əks halda qanun müqavilənin vaxtından əvvəl xitam olunmasını rədd edir.

Nəcəfov bildirib ki, kirayə müqaviləsinin şifahi bağlanması bəzi hallarda gəlirləri gizlədib vergidən yayınmaq məqsədi daşıyır.

"Belə ki, qanunvericiliyə əsasən, kirayədar kirayədən götürdüyü gəlirə görə vergi ödəməlidir. Vergi qanunvericiliyinə əsasən, 2500 manata qədər gəlirlər üçün əldə etdiyi gəlirin 14 faizi, 2500 manatdan artıq gəlir götürüldükdə isə 350 manat və 2500 manatdan artıq məbləğin 25 faizi məbləğində vergi ödəməlidir".

Hüquqşünasın sözlərinə görə, yazılı müqavilə olmadığı halda tərəflər arasında hər hansı problem yaranarsa, məsələn, kirayə haqqı vaxtında ödənilmədikdə, kirayəçi mənzilə və ya qonşulara zərər vurduqda, kirayə haqqının məbləği artırıldıqda və s. tərəflərin məhkəməyə müraciət etmələri üçün qanuni əsasları olmur.

Vəkilin sözlərinə görə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna əsasən, mənzil kirayəsi müqaviləsinin müddəti on bir aydan çoxdursa, onda həmin hüquq dövlət qeydiyyatına alınmalıdır.

mənbə: bakuinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2562   Tarix: 15 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381