Rustavi şəhərində Heydər Əliyev parkı açıldı (Fotolar)

Bidzina İvanişvili: "Biz hər zaman cəhd göstərməliyik ki, Gürcüstan-Azərbaycan münasibətləri yüksək səviyyəyə çatsın".Mayın 8-də Gürcüstanın Rustavi şəhərində Heydər Əliyev adına istirahət parkının açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Çavçavadze prospektində yerləşən parkın girəcəyində qoyulan Heydər Əliyevin abidəsinin açılışını Gürcüstanın baş naziri Bidzina İvanişvili, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və ARDNŞ-in prezidenti Rövnəq Abdullayev edib.

Heydər Əliyevin 90 illiyinə həsr olunan tədbirdə Gürcüstanın baş naziri Bidzaina İvanişvili çıxış edərək, görkəmli siyasətçi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Gürcüstan-Azərbaycan xalqlarının dostluğunu yeni səviyyəyə qaldırdığını qeyd edib: "Bu gün Azərbaycanın ictimai-siyasi xadimi və böyük oğlu Heydər Əliyevin heykəlinin açılışıdır. O, Azərbaycan xalqının ümummilli lideridir. Bu şəxsiyyət qüdrətli və möhkəm Azərbaycanın təməlini qoyub. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında böyük əməyi olub. Bu gün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin Qara dənizin sahillərinə çatmasında məhz Heydər Əliyevin təşəbbüsü və təkidi böyük rol oynayıb. O zamanlar bu layihənin həyata keçirilməsi üçün başqa seçim və yollar var idi. Lakin onun təşəbbüsü ilə bu layihə Gürcüstan ərazisindən keçdi. Bu mövqeyi dəyərləndirməmək olmaz. Bu heykəlin açılması ilə biz nəinki Heydər Əiyevin xatirəsini əziz saxlayır, eyni zamanda Gürcüstan-Azərbaycan dostluğuna böyük hörmət bəsləyirik. Biz hər zaman cəhd göstərməliyik ki, Gürcüstan-Azərbaycan münasibətləri yüksək səviyyəyə çatsın. Azərbaycan bizim dostumuz və tərəfdaşımızdır. Biz hər iki ölkənin inkişafına və çiçəklənməsinə çalışmalıyıq".

Sonra tədbir iştirakçıları parkı gəziblər. Park bir hektaradək sahəni əhatə edir. Tikinti 2009-cu ildən başlayıb. Park və onun ətrafında Bakıdan gətirilən xüsusi işıqlandırma sistemi yaradılıb. Parkda fəvvarələr, uşaqlar üçün meydançalar düzəldilib, müxtəlif dekorativ ağaclar və yaşıllıqlar salınıb, dincələnlər üçün stullar quraşdırılıb. Parkın layihəsi Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlığı və ARDNŞ-in dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, tədbirdə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, energetika naziri Kaxa Kaladze, parlamentin vitse-spikeri Zviad Dzidziquri, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və Gürcüstan parlamentinin deputatları, gürcü və azərbaycanlı ziyalılar, Rustavi sakinləri iştirak ediblər.

mənbə: anspress.com

Rustavi şəhərində Heydər Əliyev parkı açıldı (Fotolar)Rustavi şəhərində Heydər Əliyev parkı açıldı (Fotolar)Rustavi şəhərində Heydər Əliyev parkı açıldı (Fotolar)Rustavi şəhərində Heydər Əliyev parkı açıldı (Fotolar)Rustavi şəhərində Heydər Əliyev parkı açıldı (Fotolar)Rustavi şəhərində Heydər Əliyev parkı açıldı (Fotolar)Rustavi şəhərində Heydər Əliyev parkı açıldı (Fotolar)Rustavi şəhərində Heydər Əliyev parkı açıldı (Fotolar)Rustavi şəhərində Heydər Əliyev parkı açıldı (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2442   Tarix: 09 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443