Bu il 20 Yanvar şəhidlərini ziyarət edənlər çoxalıb (Video)

Bu il 20 Yanvar şəhidlərini ziyarət edənlər çoxalıb (Video)Şəhidlər Xiyabanına insan axını davam edir
Bu gün Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi sayılan 20 yanvar hadisəsindən 23 il ötür. 20 yanvar hadisəsinin qurbanlarının və şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanında hazırda anım mərasimi keçirilir.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Dənizdə gəmillər hal-hazırda eşidilir, fit verir. Bütün avtomobillərin, metronun ümumiyyətlə nəqliyyatın hərəkəti dayandırıldı. Şəhidlər Xiyabanını ziyarətə gələnlərdə şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla andılar. Səhər saatları olmasına, 23 il ötməsinə baxmayaraq xiyabana axın davam edir. Ötən illərdən fərqli olaraq demək olar ki, bu il ziyarətçilərin sayı daha çoxdur. İlk öncə cənab prezident İlham Əliyev, baş nazir, millət vəkilləri və digər ictimai-siyasi xadimlər, dövlət rəsmiləri Şəhidlər Xiyabanını ziyarət etdilər. Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əkil qoydu, şəhidlərin ruhunu andı. Hazırda da Şəhidlər Xiyabanına ziyarət davam edir.

Qeyd edək ki, Şəhidlər Xiyabanı istiqamətində bütün yollarda nəqliyyatın hərəkəti dayandırılıb, insanların hərəkəti məhdudlaşdırılıb. FHN-nin qarşısında mühafizə orqanlarının əməkdaşlarından ibarət mühafizə səddi qurulub. İnsanlar tədricən, mərhələ-mərhələ xiyaban istiqamətinə buraxılır. Ziyarət bitdikdən sonra ziyarətçilər İçəri şəhər metrosu istiqamətinə doğru piyada hərəkət edir. Hal-hazırda insanların ziyarətində heç bir problem yoxdur. Mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım maşınları da Şəhidlər Xiyabanı istiqamətində işə cəlb ediliblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1637   Tarix: 20 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390