Windows 8-lə tanış olaq (Foto+Video)

Windows 8-lə tanış olaq (Foto+Video)Windows 8-lə tanış olaq (Foto+Video)Windows 8-lə tanış olaq (Foto+Video)

Yəqin ki, Windows 8–də 1995-ci il versiyasından başlayaraq, sistemin qrafik interfeysinin ən radikal dəyişiklikləri baş verib.
ICTNews bildirir ki, «Microsoft» şirkətinə Win8-i sınaqdan çıxarmaq üçün 1,2 milyard saat, oktyabrın 26-da yenilənmiş əməliyyat sistemini (ƏS) istifadəçilərin mühakiməsinə təqdim etmək üçün bir neçə il lazım olub.
«O fərqlidir! Tamamilə başqadır!»

Bu vaxt hədər getməyib – Microsoft-un sadiq pərəstişkarları çətin ki, keçmiş «vindous»u tanısınlar. İnterfeys Planşet və smartfonların populyarlığının artdığı bir dövrdə, «Microsoft» yeni məhsulunun universallığına ümid edir. Windows Mobile istifadəçilərinə artıq məlum olan «plitka» şəkilli Metro interfeysi (hər bir əlavə proqram ekranda indi yarlığ əvəzinə böyük bir plitka ilə göstərilir) artıq stasionar kompüter və noutbuklara gəlib çatıb. Yeri gəlmişkən, kompüter istehsalçıları artıq əvvəlcədən məhsullarına Win8 sistemini yükləyirlər.

Yeni «Windows» özündə iki cür idarəetmə imkanını birləşdirir: siçanın köməyi ilə işləyən ənənəvi idarəetmə və artıq smartfon və planşet istifadəçiləri üçün adiləşmiş olan sensor idarəetmə. Lakin yenilikdən çəkinmək lazım deyil, bu elə əvvəl olduğu kimi, Windows-dur, sadəcə «qablaşdırma»sı dəyişilib.

Yeni interfeysdə artıq «Start» düyməsi yoxdur, lakin istənilən tapşırıqların yerinə yetirilməsi üçün işlək mühitə çevrilən başlanğıc ekran onu uğurla əvəz edir. Adi iş stolunu və «Start» düyməsini yerinə qaytarmaq mümkündür (bu zaman istifadəçi ƏS-in klassik görüntüsü ilə qarşılaşacaq). Belə ki, onlar Win8 üçün əlavə proqramlar şəkilində paketdə mövcuddur. Əvvəllər «Start» düyməsi vasitəsilə çağırılan əməliyyatları, indi «Charms» adlanan yeni alət vasitəsilə yerinə yetirmək olar – bu komanda ekranın sağ küncündə peyda olur və axtarış, sistemin sazlanması funksiyalarını işə salır («İdarəetmə paneli»nin analoqu).

Sensor rejimində bu komandanı barmağın yüngül toxunuşu ilə çağırmaq mümkündür. Amma siçan vasitəsilə bunu etmək bir qədər çətin olacaq, əvvəlcə düyməni sıxıb sonra yerini dəyişmək lazım gələcək. Siçan vasitəsilə idarəetmə üçün işləyən proqramın bağlanması də çətinləşib. Sensor variantında proqramı bağlamaq üçün onun üzərində yuxarıdan aşağıya barmaqla hərəkət etdirmək bəs edir. Siçan üçünsə bu çox narahatdır. İstifadəçilər üçün «Hot Corners» funksiyası da yeni olacaq. Bu funksiya vasitəsilə ekranın küncləri aktivləşir və beləliklə də bu və ya digər panellər, əlavələr işə salınır. Bu funksiya siçanla idarəetmə zamanı bir qədər zəhlə tökə bilər. Yaxşı ki, «qaynar küncləri» söndürən utilit var.

Daha bir maraqlı yenilik «Snap!» funksiyasıdır. Əgər sizə tam ekranlı iş rejimi lazım deyilsə, ekranı iki hissəyə bölmək mümkündür.

Əvvəlki ƏS-lərin interfeysləri sensorlu ekranla işləməyə az yarayırdı. Onları nə qədər adaptasiya etməyə çalışsalar belə, onları «əl ilə» idarə etmək çətin idi. İndi isə, yolda olarkən planşetdən istifadə etmək, evə və ya işə gəlib çatdıqdan sonra isə ona dok-stansiya birləşdirmək (siçan, əlavə monitor, periferiya qurğuları və s.) və beləliklə, tam qiymətli iş kompüteri kimi istifadə etmək olar. Bəlkə də kimlər üçünsə Microsoft-un bu həlləri rahat görünməyəcək.

Axı, hazırkı sistemdə eyni bir funksiya başqa cür də işləyə bilər. Hər şey hansı idarəetmə variantının – sensor, yoxsa ənənəvi idarəetmənin seçilməsindən asılıdır. Maksimum rahatlığı yalnız bütün servislər sazlandıqdan və ƏS fərdiləşdirildikdən sonra əldə etmək mümkündür. Hələ ki, sensor idarəetməsinə uyğun optimallaşdırılmış əlavələrin sayı o qədər də çox deyil, lakin Microsoft əmin edir ki, yaxın gələcəkdə hər şey əsaslı surətdə dəyişəcək. Bunun üçün artıq Windows Store mağazası işə salınıb.

Windows 8-in versiyaları

Windows 8 baza versiyası – tələbkar olmayan istifadəçilər üçün sadə versiya

Windows 8 Professional – idarəetmə, şifrləmə, domenlərin dəstəyi funksiyaları əlavə olunub, Media Center paketə daxil olunub.

Korporativ Windows 8 Enterprise – sistemin ən tam versiyası, lakin korporativ istifadə üçün nəzərdə tutulduğundan, burada Media Center yoxdur.

Windows RT, ARM-prosessorlarla işləyən planşetlər üçün versiya – mahiyyət etibarilə, tamamilə başqa sistemdir. Onu Win8-lə eyniləşdirən yalnız interfeys və Windows Store-un olmasıdır. Yalnız planşetlərə və smartfonlara yüklənir.

Köhnə kompüterə quraşdırılması

Sistem tələbləri: takt tezliyi 1 Qhs olan prosessor, 2 qiqabayt operativ yaddaş, sərt diskdə 20 Qb sərbəst yer, ən azı 1366x768 və DirectX 9 formatı dəstəkləməsi. Ləng işləyən «Atom» tipli təknüvəli prosessorlarla, kifayət qədər böyük formatları dəstəkləməyən köhnəlmiş videokartlarla və displeylərlə problemlər meydana çıxa bilər. Kompüterlərin əksəriyyəti üçün Win8 distributivində olan drayverlər düz və yenilənmə tələb etmədən yüklənir.

Çatışmayan drayverləri ƏS özü aşkara çıxarır və İnternetdən yükləyir. Köhnəlmiş kompüterdə Windows 8 istifadə edilərkən Metro interfeys səlis işləyir. Nəticədə siz uzun müddət dəstəklənəcək müasir ƏS əldə etmiş olursunuz.

Windows 8-in əsas problemləri

Yeni əməliyyat sistemi istifadəçi üçün mürəkkəb və qeyri-intuitivdir. Xüsusilə də, sensor idarəetmə ilə tanış olmayan istifadəçi üçün.

Metro interfeysi çox maraqlıdır, rəngarəngdir, görünüşü də xoşdur. Lakin onunla hər gün işləmək kifayət qədər yorucudur. Sensor ekran və çoxsaylı toxunuşları dəstəkləyən taç-pad (multitaç) olmadıqda, Win8-dən lazımi rahatlıq əldə etmək mümkün deyil. Açıq aşkar görünür ki, sistem öz zamanını bir qədər qabaqlayıb. Təbii ki, onun tətbiqi üçün sahələr var. Bura planşet və noutbukların cürbəcür hibridlərini, sensor monoblokları, sensor ekranlı ultrabukları aid etmək olar. Lakin bu həllər hələ ki çox bahalıdır.

İstehsalçıların əksəriyyəti ənənəvi, sensorlu ekranı olmayan noutbuk və kompüterlərin istehsalını davam etdirəcək.

«Microsoft» şirkətinin əsas satışı ağırtərpənən, dəyişməyi xoşlamayan korporativ bazarda dalışıb. Bu bazar üçün yeni ƏS - yenilənmə və işçi heyətin yenidən hazırlığına çəkilməli olan külli miqdarda xərc deməkdir.

Bu kimə lazımdır ki ?!

«Microsoft» bu dəfəki sıçrayışı ilə istifadəçiləri fəth edə bilmədi. Lakin, zaman keçdikcə innovasiyalar və qətiyyət öz xərcini ödəyəcək. Hələ ki, Windows 8-in bazarın böyük hissəsini tutmaq şansı var. Adaptasiya dövrü artıq sona yaxınlaşır. Bunu ümumilikdə ƏS haqqında səsləndirilən müsbət rəylər və şirkətin səhmlərinin qiymətinin artması da sübut edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6274   Tarix: 22 dekabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 763
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 338
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 332
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 413
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 450
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 230
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 517
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 1109
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

11:48 69