Ayan Babakişiyeva: "Ərə də gedəcəm, uşağım da olacaq, az qalıb!"

Ayan Babakişiyeva: "Qadının gözəl və cazibədar görünməyi ona sərf olunan pulun qədəri ilə müəyyənləşir"
Azərbaycan estradasının tanınmış siması, məşhur müğənni Ayan Babakişiyeva cəsarətli açıqlamalar verməyə davam edir. SİA-ya danışan müğənninin sözləri şou aləmində hələ çox danışılacaq.
Alimlərin araşdırmalarına görə, xanımların ən gözəl dövrü 30 yaşdır. Ancaq 23 yaşlı Ayan xarici görünüşü ilə onlara meydan oxuyur: "Mən nə edim ki, yaşımdan bir az tez böyüdüm. Ancaq gözəlliyimi tək bununla bağlamıram. Şarm, hər qadında olmur. İnsan doğulan gündən onda şarm olmalıdır. Əgər bu doğulandan varsa, o gözəlliyi və cazibədarlığı hər kəs görüb, hiss edəcək. Əminəm ki, Allah bu naxışı mənə doğulan gündən verib. Bu, bəlkə də xoşbəxtlikdir, mən cazibədar xanımam".

Digər həmkarlarından fərqli olaraq sevgilisi olduğunu gizlətməyən müğənni gözəl görünməsinin daha maraqlı səbəbini açıqladı. Sən demə, ən vacib amil sevgidir: "Mənə ilham verən insan var. Odur məni bu cür cazibədar edən! Qatıldığım hər tədbirdə həmcinslərimin çevrilib mənə paxıllıq dolu gözlərlə baxmasını hiss etmək, çətin deyil. Onlar məni görəndə narahatçılıq hissi keçirirlər və bu, mənə ləzzət edir. Burdan onlara səslənirəm ki, rahat olsunlar".

Ayan qadınların cazibədar və gözəl görünməsi üçün maddiyatı da istisna etmir. Müğənni əks cinsin nümayəndələrinə də səsləndi: "Kişilər unutmasınlar ki, eybəcər qadın yox, baxımsız qadın var. Bu isə bəylərdən asılıdır. Çünki qadının gözəl və cazibədar görünməyi ona sərf olunan pulun qədəri ilə müəyyənləşir. Qadın üçün xərclədiyiniz sərmayə onun birbaşa xarici görünüşünə yansıyır. Əgər xanımınızın gözəl olmasını istəyirsinizsə, siz də bir az comərd olmalısınız".

Cəsarətli açıqlama verən Ayanın sözündən belə çıxdı ki, bu gün ona yatırılan maddiyyat qənaətbəxşdir ki, o da belə cazibədar görünür: "Bəli, bu sözün fərqindəyəm. Maddiyyat çox önəmlidir. Ancaq maddi tərəfdən də ehtiyacsız yaşamaq seçilən qadınlara məxsusdur. Yaxşı baxılan xanımlar da Allah tərəfindən seçilmiş olur. Bunu bir kəlamdan oxudum və çox bəyəndim. Qadının bütün maddi ehtiyacları ödənilirsə, o da mənim kimi baxımlı, cazibədar və gözəl görünərək, ancaq brendlərə üstünlük verərək yaşayır. Mənim geyimim və aksesuarlarımın hər biri brendir. Ayaqqabıdan çantama qədər, libasımın hətta ən xırda detalı belə brendir. Mən baxımlı qadınam. Yəni, maddi ehtiyacı olmayan. Ehtiyacı olan qadınlar isə ancaq problemləri həll etməklə məşğul olurlar və xarici görünüşləri üzərində çalışmırlar. Mən əslində o qadınlarda da günah görmürəm. Düzdür, elə xanımlar var ki, 10 manatlıq geyimdə belə mükəmməl görünə bilirlər. Bunu da bacarmaq lazımdır".

Şou-biznesdə gündəm yaracaq açıqlamalar verən müğənni şəxsi həyatına da toxundu. Ailə qurmaq barədə söz açan Ayan kimlərəsə ismarıc da göndərdi: "Heç kim darıxmasın. Düzdür, hələ ailəli deyiləm. Amma o da olacaq, az qalıb! Ayan ərə də gedəcək, uşaq da dünyaya gətirəcək. Bu, elə bu yaxınlarda baş verəcək. Mənə görə heç kim narahat olmasın. Qoy bəziləri partlasınlar, çünki çox az qalıb!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8408   Tarix: 19 dekabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167