Yorğun sevgi

Yorğun sevgiAğlıma gəldi
Bir şey deyəcəm!

Yox,yox deməyəcəm!
Fikrimdən daşındım!
Əslində başqa bir şey deyəcəm!

Yazdım,sildim...
Yazdım,sildim...
Səni düşünürəm yalan deyil! Amma soruşsan demərəm.Sən başa düş! Hiss elə ya da.
Yormaq istəmirəm artıq heç kimi. Yorğun olsam da! Yenidən həvəsim yoxdu sevgiyə aid cümlələr qurmağa. Cümlələri də yan-yana gətirməyə də həvəsim yoxdu. Özümü anlatmaq üçün...Sən başa düş!

Danışmaq istəmirəm qısacası. Danışacaq nə var ki? Mənim sənə gələnə qədər nə etdiyimmi,sənin mənə gələnə qədər necə yaşadığınmı?
Mənasızdı!

Nə keçmişə aidəm artıq nə də gələcəyə və bu anı da qaçırtmaq istəmirəm. Baş verənlərin, bitənlərin, gələnlərin, keçənlərin... Olacaqların, bitəcəklərin,gələcəklərin, keçəcəklərin olduğu anlarda...

Burada indi səni düşünürəm yalan deyil! Amma soruşsan demərəm. Sən başa düş!
Nə bundan əvvəl, nə də bundan sonra... Dediyimkimi yalnız bu anın ciddiyətindəyəm.

Xəyallarım yoxdu sənə uzun zaman anlada biləcəyim amma çox istəsən quraram sənə görə. Maraqlanırsansa xatırladım. Xəyanətini, yalanlarını unutmamışam.
Ruhumda yara izlərin var...

Yeni bir əlifba axtarıram danışa bilmək üçün! Heç söylənilməmiş sözlər eşitməyə ehtiyacım var və bəlkə də yenidən cümlələr qurmağa ehtiyacım var. Çatmır bildiklərim...
Hələlik içimə qapandım...

Sözlərini eşidirəm. Düşüncələrimi çətinləşdirən və ağlımı sənə uçuran. Hər dəfə anlamağa çalışdığımda axtarılan olursan. Nağıllardayam sanki... Zəhərli almanın həvəsindəyəm! Tap məni! Lakin nə sual istəyirəm nə də cavab. Nə bir gözlədiyim var nə də bir söz verdiyim. Tapsan əgər sadəcə tapdığına sevinəcəm! Gələcəksənsə səni burda gözləyəcəm.

Amma mən sənə bu günü,dünənini unutmadıqca və ağ səhifələr kimi olmadıqca ruhum, gəlməyəcəm!...

Sevgidən yorulmaq olarmı?


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 7548   Tarix: 06 avqust 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş