Avtobus və metrodakı səviyyəsiz qızlara

Avtobus və metrodakı səviyyəsiz qızlaraHərdən düşünürəm ki, o vaxtkı ataların dediyi sözlər indi öz qüvvəsini itirib. Əvvəla, ona görə ki, nənələr hər zaman ataların əleyhinə olub. Hər vəchlə onların dediklərini qəribçiliyə salıb öz hegemonluqlarını göstərmək istəyiblər. Bu münasibət təbii ki, uzun sürə bilməzdi. Elə buna görə də bir zamanlar ataların dediyi müdrik kəlamların tam əksini görürük. Məsələn, atalarımız qız övladı barədə bir neçə söz deyiblər. Yüngül düşüncə ilə bu sözlərin dərinliyinə varsaq, həmin sözlərin əks təsir yaradacağı qaçılmazdır. Bunlardan "Anası tərifləyən qızın qiyməti olmaz" ifadəsi məni daha çox cəlb edir. Səbəbini öyrənmək üçün real bir haşiyə çıxaq:

–Bir çoxumuz gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edirik. Hər gün də olmasa, hərdən elə qızlarla rastlaşırıq ki, onlara bəlkə də dişimizin dibindən çıxanı demək istəyirik. Amma... Əmması da odur ki, öz səviyyəmizi qorumağa çalışırıq. Əcəba, bu qızlar nə edir ki, onları səviyyəsiz kimi görürük? Suala tam dolğun cavab vermək üçün öz gördüklərimdən misal çəkim. Deməli, avtobusa minmişəm, məndən arxa oturacaqda da arıq-sısqa bir qız əyləşib. Yenicə yola düzəlmişdik ki, qızın telefonu zəng çalır. Cavab verir: "Alo, salam, kimiydi?.. neçə yaşınız var?.. boyunuz neçədi?...". Nə başınızı ağrıdım, ilkin tanışlıq mərhələsi bitir. Qız gözünə dönmədiyim də elə bil qəsdən bərk danışır ki, ətrafdakılar bunu eşitsin. İnanıram ki, mənimlə bərabər digər sərnişinlərin də "dişi bağırsağını kəsir". Bu yerdə başımı döndərib qıza bir balaca nəzər saldım. Yaxşı ki, baxdım, yoxsa elə biləcəkdim ki, qız dünya gözəlidir, bizim xəbərimiz yox. Qız isə heç nəyə məhəl qoymadan söhbətini davam etdirir: "Belə danışdığıma baxma ey, on yeddi yaşım var..., nə arığam, nə də kök..., hə sən nə vaxt istəsən görüşək, mən onsuz da hər gün evdə oluram, vaxtım var..., oldu, hələlik".
Bayaq dedik axı, "anası tərifləyən qızın qiyməti olmaz". Buna görə də balası ataların sözlərini yerə salmayıb tərif məsələsini öz üzərinə götürür, bəlkə bir qiyməti olacaq, deyə.

Hələ bu harasıdır, elə qızlar var ki, yuxarıda dediyimiz şükürlüdür. Yenə də avtobusda şahidi olduğumuz bir məqama keçək. İki qız bir-biri ilə söhbət edir. Biri o birinə tanış olduğu oğlanı tarif edir. Ümumi söhbətdən sonra qarşı tərəfdəki qız oğlanın maşınının olub-olmadığını soruşur. Qız "hə, var" deyir. O biri maşının markasının 07 olduğunu biləndə təəssüflə belə deyir: "Eh, bizi tapanların da ancaq nol yeddisi olur...". Bu yerdə də qızlar atalarına sadiq çıxırlar. Onların dediyi "Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar" kəlməsinə etiqadla yanaşıb, atılan daşlardan xoşlanırlar.
Qızları çox tənqid elədik, amma gərək haqına danışaq ki, kifayət qədər ağıllı və tərbiyəli qızlarımız da var. Elə bizim Fatma arvadın dindirməsən danışmayan qızı kimi. Nə olsun ki, arvadın təhsili, savadı yoxdur, amma vaxtilə ataların dediyi məsəllərə hörmətlə yanaşıb və övladını düz istiqamətdə tərbiyələndirib. Daha imkan verməyib ki, kimsə qızına daş atsın. Bax, bu yerdə "Anası gəzən ağacı qızı budaq-budaq gəzər" ifadəsini işlətmək yerinə düşər. Demək ki, qızın hər bir hərəkətinin başında anası durur. Əgər, ana sözün əsl mənasında, mənəvi cəhətdən qızını döyməsə, vaxtı çatanda dizini döyəcək. Bunu da atalarımız deyib.

Nənələrimizə gəldikdə isə onlar qız məsələsində həmişə atalara əks gedirlər. Deyirlər ki, atalar gah belə deyir: "Qızı özbaşına buraxsan ya halvaçı tapar, ya da zurnaçı, gah da belə: "Qızı kimə ərə versən udarsan". Nənələr söylənirlər ki, məgər, halvaçı adam deyil, öz zəhməti ilə çörəyini qazanır, zurnaçı da onun kimi. Ax, anaxaqanlıq, hardasan, gəl bu cəmiyyəti bir nizama sal, yoxsa qızlarımızı ağac budaqlarından yığışdıra bilməyəcəyik...
Görürəm atalar sözlərimizin timsalında bəzi qızlarımızı tənqid elədim. Hərdən atalara və nənələrə də sataşdım. Bu yerdə mənə deyən lazımdı ki, ay qardaş, "qız qızıl alma, qızı gözdən salma!"

azxeber.com
Elgün MƏNSİMOV


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 19738   Tarix: 20 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704