"Yox"dan başlayan gözəl qamət, yaxud artıq çəkini necə itirək?

Gözəl qamət, cazibədarlıq, artıq çəkisiz bədənə sahib olmaq hər bir qadının arzusudur. Amma bu o qədər də asan proses deyil. Bu səbəbdən də hər mövsümdə qida rasionuna fikir vermək lazımdır.

Həkim-dietoloq Qəribə Hacıyevanın sözlərinə görə, qadınlar bədənlərini hər zaman formada saxlamaq üçün qida rasionuna daha çox fikir verməlidirlər. "Piylənmə xəstəlikdir. Əgər qadınlarda artıq, izafi çəki varsa, onlar həkim nəzarəti ilə müəyyən pəhrizləri saxlamağa başlamalıdırlar. İzafi çəki piylənmə demək deyil, bu piylənməyə aparan yoldur. Artıq çəkisi olan xanımlar piylənmə xəstəliyindən qorunmaq üçün mütləq surətdə dietoloqa müraciət etməlidirlər".

Dietoloq artıq çəkili xanımlara qida rasionlarında müəyyən qidaların çıxarılması və ya azaldılması ilə yanaşı, fiziki fəallıqla məşğul olmağı da məsləhət görür. Dediyinə görə, bəzi xanımlar var ki, qidalanmasından, az yeməsindən asılı olmayaraq tez kökəlirlər. Bu, irsi piylənmə adlanır. Q.Hacıyeva bildirib ki, yeyinti məhsullarının verdiyi enerji orqanizmin sərf etdiyi enerjidən çox olduğu təqdirdə kökəlmə başlanır. Bu zaman müsbət energetik balans yaranır. "Orqanizmə zülal, karbohidrat, yağ çox daxil olan zaman oksidləşmə vəziyyətində enerji hasil olur. Enerjini fiziki işlərə sərf etmədikdə isə bu, piylənməyə səbəb olur. Kökəlmənin qarşısını zamanında almaq üçün fiziki iş görmək, daim hərəkətdə olmaq lazımdır".

Həkim kökəlmək istəməyən xanımlara makaron məmulatlarını, yarmaları qida rasionundan çıxarmağı, çörəyin miqdarını azaltmağı məsləhət görərək, bildirib ki, isti çörək yemək də artıq çəkinin yaranmasına səbəb olur. İnsan orqanizminin hər zaman qayğıya, sağlamlığa ehtiyacı olduğunu bildirən Q.Hacıyevanın sözlərinə görə, artıq çəkidən qorunmaq üçün xanımlar qida rasionlarına meyvə-tərəvəz, pomidor, xiyar, balqabaq, kələm, kök və s. bu kimi məhsulları əlavə etməlidirlər. "Balqabaq həzm prosesinə böyük təsir göstərir. Bundan əlavə, xanımlar tərkibində süd turşusu olan məhsullara da üstünlük verməlidirlər. Süd turşulu məhsullar bağırsağın mikroflorasını yaxşılaşdırır ki, bu da həzm prosesinə yaxşı təsir göstərir. Kökəlmək istəməyənlər qənnadı məmulatlarından, şirniyyat, konfet, şokolad, mürəbbələr, tortlardan uzaq durmalıdırlar. Bu məhsullar qəbul olunduqda artıq yağların yaranmasına səbəb olur".

Bəzən deyirlər ki, insan gün ərzində 3600 kalori qəbul etməlidir. Dietoloq isə bu fikrin yalnış olduğunu deyir. Onun sözlərinə görə, orqanizmin kalori qəbul etməsinin miqdarı onun yaşından, cinsindən və əmək fəaliyyətindən çox asılıdır. Gənclə yaşlı insanın kalori qəbulu eyni ola bilməz. "Enerji kalori bölümü yaşa görə bölünür. 18-29, 30-39, 40-59 yaş arası insanların işinə və cinsinə görə kalori qəbulu müxtəlifdir. Məsələn, zehni əməklə məşğul olan 18-29 yaş arası qızlar üçün gündəlik kalori qəbulu miqdarı 2000, kişilər üçün isə 2450 kaloridir" deyən həmsöhbətimiz bəzi dietoloqların bütün insanlara eyni kalori miqdarını məsləhət görməsi ilə razılaşmır. Dediyinə görə, fiziki əmək fəaliyyəti əmsalı nə qədər yüksək olarsa, kalori qəbulu da o qədər yüksək olmalıdır.

Hacıyeva isti otaqda yatmamağın da piylənmə riskini artırdığı qənaətindədir. Onun sözlərinə görə, bu riski aradan qaldırmaq üçün 20 dərəcəli otaqda ən azı 6 saat yatmaq lazımdır. Mütəxəssislərin fikrincə, doyunca yatmamaq, kompüter qarşısında çox vaxt keçirmək, ayaqüstü qidalar, hormonal dərmanların qəbulu, qazlı içkilər də piylənməyə səbəb ola bilər. Dietoloq hesab edir ki, hər pəhriz arıqlamağa kömək etmir. "Kökəlmənin müxtəlif səbəbləri olduğu üçün öncə bu səbəbləri aradan qaldırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, dietoloqla məsləhətləşmədən müxtəlif telekanallarda, qəzetlərdə, internet saytlarında göstərilmiş pəhrizlərdən istifadə etmək olmaz".

Həkimin sözlərinə görə, bütün pəhrizlər fərdi şəkildə verildiyindən, bu, qadınlara müxtəlif təsir göstərə bilər. "Ola bilər ki, qadının orqanizmində hər hansı bir gizli xəstəlik inkişaf etmiş olsun. Onun təsadüfi pəhrizlərdən istifadə etməyi bu xəstəliyin güclənməsinə gətirib çıxara bilər və həyat üçün təhlükə yaradar. Amma normal olaraq, qida rasionunuzda yağı, zülalı, karbohidratı azaltmanız sizi artıq çəki toplamaqdan qoruyar", - deyən Qəribə Hacıyeva xanımlara sağlam və gözəl olmaları üçün hər zaman qədərində qidalanmağı məsləhət görür.
menbe:milli.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2836   Tarix: 23 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14.04.2024 484
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 448
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14.04.2024 303
.

Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: "Əgər alınmırsa..."

Çoxları onu gözəl bədii qiraət ustası kimi tanıyır. Filmlərin dublyajını da onun səsi olmadan təsəvvür eləmək çətindir. Amma Həsən Əbluc həm də onlarla tamaşaya quruluş verən rejissor, teatrlarda səhnəyə çıxan, filmlərdə və teletamaşalarda uğurla çəkilən aktyor olub. Həsən Əbluc deyəndə, daha çox gö

20.04.2024 361
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14.04.2024 475
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14.04.2024 257
.

"Tesla"nın bütün "Cybertruck"ları xarab çıxdı

ABŞ-nin "Tesla" şirkəti 3878 ədəd "Cybertruck" elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır. Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir. Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər

20.04.2024 286
.

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvət

21.04.2024 219
.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları

18.04.2024 493