Türk və xarici aktyorlar arasında müqayisə

Türk və xarici aktyorlar arasında müqayisəTürkiyənin "Hürriyet" qəzetində məşhur teleseriallarda oynayan türk aktyorların və aktrisaların qazancı ilə bağlı maraqlı bir yazı işıq üzü görüb. Onların gəlirlərini xarici həmkarlarının gəlirləri ilə müqayisə edən müəllif bu qənaətə gəlir ki, türk akyorların və aktrisaların aldığı məbləğ əcnəbi həmkarlarının "semiçka pulu"dur.

Türkiyədə ən çox qazanan aktyorlardan biri Kıvanç Tatlıtuğdur. Tatlıtuğ "Aşk-ı Memnu" teleserialının hər seriyasına görə 16 min dollar alırmış.

O, baş rolda oynadığı "Kuzey Güney" teleserialının hər seriyasından 24 min manat qazanır.

Tatlıtuğ ABŞ-da yaşasaydı bir serialın hər seriyasına görə 27 min dollar alacaqdı.

Çarli Şin ABŞ-ın serial bazarında ən çox qazanan aktyorlarından biridir.

Baş rollardan birini oynadığı "Two And A Half Men" serialından qovulana qədər hər seriyaya görə 1,2 milyon dollar alırdı.

Amma işindən ayırılandan sonra qazancı daha çox oldu.

Filmi ərsəyə gətirənlərə qarşı 125 milyon dollarlıq iddia qaldırdı. Sonda 25 milyon dollar alıb sakitləşdi.

O, köhnə seriyaların yayımlanacağı halda da müəllif haqqı alacaq.

"Two And A Half Men" serialında daha bir rekord var. Bu rekord serialda Con Krayer və Çarli Şinlə birlikdə rol alan Anqus Conesə məxsusdur.

Gənc aktyor iki il öncə prodüserlərlə dodaq uçuqladan bir müqavilə imzaladı. O, hər seriyaya görə 300 min dollar alacaqdı. Üstəlik müqavilə imzalanarkən 500 min dolları kassasına qoydu.

Çarli Şinin ayrılmasından sonra seriala gələn Eşton Kutçer də hər seriyaya görə fantastik məbləğ alır.

Kutçerin serialdan aldığı məbləğ 700 min dollardır.

Aktrisalara gəlincə… Beren Saat Türkiyənin ən çox gəlir əldə edən ulduzlarından biridir.

Saat "Aşk-ı memnu" serialında hər seriyaya görə 14 min 400 dollar alırdı.

"Fatmagülün suçu ne" serialında bu məbləğ 25 min dollara çatdı. Yəni o da ABŞ-da olsaydı, bir seriyaya görə 27.470 dollar qazanacaqdı.

Bu, ABŞ-ın serial bazarında baş rol oynayan aktrisa üçün gülünc məbləğdir.

Baxaq görək, ABŞ-ın bu il ən çox qazanan serial ulduzu kimdir və Saatdan nə qədər çox qazanır.

"Forbes" jurnalı ötən həftə ABŞ-ın ən çox qazanan ulduzlarının adını açıqlayıb. İlk yerdə "Modern family" serialı ilə zirvəyə yüksələn Sofiya Verqara vardı. Verqara oynadığı serialdan hər seriyaya görə 65 min dollar qazanır. Beren Saatın bir seriyadan aldığı pulun iki qatından daha çox. Verqara keçən il serial, reklam və müxtəlif kampaniyalardan 19 milyon dollar əldə etdi.

Başqa müqayisələr də edək, nəticəni isə özünüz çıxarın.

"Öyle Bir Geçer Zaman ki" serialının "Ali kaptan"ı kimi tanınan Erkan Petekkaya yeni mövsümdə "Dila hanım" serialında oynayacaq. Bu serialdan hər hissəyə görə 30 min dollar alacaq.

"Muhteşem yüzyıl"in "Qanuni"si Halit Ergənç hər seriyaya görə 23 min dollar alırdı. Amma maaşının 5 min dollar artmasına nail oldu.

Necat İşlər də televiziya bazarında yaxşı işləyənlərdəndir.
"Keşanlı Ali Destanı"ndan hər həftə 20 min dollar alır.

Məşhur aktrisalardan biri Hazal Kaya "Aşk-ı memnu" serialında hər hissəyə görə 9 min dollar qazanırdı. "Adını Feriha koydum" serialında isə bu məbləğ 15 min dollara qalxmışdı.

Serenay Sarıkaya "Lale devri" serialının ilk seriyalarında 8700 dollar alırdı. Sonra bu məbləğ 12 min dollara qədər qalxdı.

"Muhteşem yüzyıl"da parqalı İbrahim paşanı canlandıran Okan Yalabık 4100 dollar qazanırdı. Serialdan ayrılacağını söylədi və serial rəhbərliyi onun həftəlik gəlirini 7 min 600 dollara qaldırdı.

ABŞ-ın "Ümidsiz ev qadınları" serialı ilə parlayan Eva Lonqoriya da yaxşı qazanan ulduzlardandır. Lonqoriya artıq uzaqlaşdığı serialdan hər hissəyə görə 375 min dollar alırdı.

Tina Fey "30 Rock" serialının ulduzlarındandır.
Hər seriyaya görə 300 min dollar alır.

Aktrisa Marişka Xartiqey isə ildə 10 milyon dollar qazanır.
Xartiqey rol aldığı serialda hər hissəyə görə 500 min dollar alır.

ABŞ-ın "Ümidsiz ev qadınları"nın varlandırdığı məşhurlardan biri də Felisiti Xaffmandır.Xaffman serialdan bir seriyaya görə 144 min manat qazanırdı.

Aktrisa Ellen Pompeonun aldığı zəhmət haqqı da fantastik sayıla bilər.

Bir hissəyə görə 110 manat qazanıb.

Kate Valş da az qazanmır. Oynadığı "Private practice" 110 min manat əldə edir.

ABŞ-ın "Ümidsiz ev qadınları" aktoyr Teri Xetçer həyatının dönüş nöqtəsi oldu. Xetçer hər seriyaya görə 375 min dollar qazanırdı.

"Cougar Town" serialında baş rollardan birini oynayan Kortini Koks isə bir seriyaya görə 175 min dollar alır.

Uzun zamandır "Hollivud"un ən çox gəlir əldə edən ulduzlarından biridir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5875   Tarix: 01 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024