Londonda bilet satanın kimliyi araşdılacaq (Video)

Londonda bilet satanın kimliyi araşdılacaq (Video)"Bilet məsələsi ilə bağlı informasiya bizə çox pis təsir etdi. İlk növbədə ona görə ki, burada Azərbaycanın adı səslənir və bu, ölkəmizin adına çox xoşagəlməz hadisədir. Tam əminliklə deyə bilərəm ki, rəsmi nümayəndə heyətinin tərkibinə daxil olan heç keç bu işlə məşğul olmayıb". Bu açıqlamanı Londondan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova verib.

Onun sözlərinə görə, rəsmi nümayəndə heyətinə yarışları izləmək üçün verilən biletlərin sayı məhduddur: "Nümayəndə heyətinə verilən biletlərin sayı kiminsə o bileti götürüb satmasına imkan vermir. Bura gələn nümayəndə heyətinin üzvləri çox gözəl anlayır ki bilet satılması qanunazidd hərəkətdir və bunu edəcəyimiz təqdirdə müəyyən problemlər yarana bilər. Hətta açılış mərasimində rəsmi nümayəndə heyətinin tərkibində 50-yə yaxın şəxs olsa da, cəmi 19 bilet verilmişdi. Sonra çox böyük cəhdlərdən sonra biletlərin sayı bir neçə ədəd artırıldı. Yəni, bizim rəsmi nümayəndə heyətindən heç kəs deyilən işi görməyib".

Səmayə Məmmədova bildirib ki, Olimpiada yarışlarına biletlərin satışı onlayn olaraq həyata keçirilir: "Ola bilər ki, kimsə onlayn yolla bilet alıb və yarışa gedib. Yarış vaxtı görüb ki idmançı məğlub olub, o da artıq yarışda qalmaq istəməyib və biletini satıb. İstənilən halda biz həmin adamın kim olduğunu çox ciddi şəkildə araşdırırıq. Bilmək istəyirik ki, o adam kimdir və niyə gedib kassadan bilet alıb və bu bileti yenidən satmağa başlayıb? Amma bunu tam əminliklə deyə bilərəm ki həmin şəxs nümayəndə heyətinin üzvü deyil".

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bu məsələdən şou düzəltmək, sosial şəbəkələrdə gülüş obyektinə çevirmək cəhdləri olub: "Bunu nəzərə almaq lazımdır ki, biz harada olsaq da, ilk növbədə azərbaycanlıyıq. Sosial şəbəkələrdə bu məsələni iyrənc vəziyyətə salıb gülən insanlar Azərbaycanı sevməyən, ölkənin ən xırda uğurlarına görə məyus olan insanlardır. Belə bir məqamda Azərbaycanı dəstəkləmək əvəzinə özünü bu cür aparmaq xoşagəlməz haldır".

Qeyd edək ki, Britaniyanın "Sky News" televiziyası Londonda Azərbaycan rəsmi nümayəndə heyəti üzvlərinin Olimpiya yarışlarına qanunsuz şəkildə bilet satdıqları haqda reportaj yayımlayıb. Televiziya iddia edib ki, gizli çəkiliş vasitəsilə Azərbaycan rəsmilərinin Olimpiya oyunlarının keçirildiyi "Excel" mərkəzinin qarşısında bilet satdığını aşkara çıxarıblar.

Televiziyanın reportyoru bildirib ki, özünü Azərbaycanın Gənclər və İdman Nazirliyinin əməkdaşı kimi təqdim edən bir kişi qara bazarda "pulsuz" biletlər satır. Biletlər avqustun 3-ə planlaşdırılan yüngül çəkidə boks yarışlarını izləmək üçündür. Üzərində "Azərbaycan Olimpiya Komitəsi" yazılmış biletlərin qiyməti 20 funtdur. Britaniya qanunlarına görə, "qara bazar"da Olimpiya Oyunlarına bilet satan şəxsi 20 min funt cərimə və 6 ay həbs cəzası gözləyir. London polisi 29 nəfəri Olimpiya biletlərini alıb yenidən satdığına görə həbs edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1449   Tarix: 01 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329