Həyatın İşıqlı və Qaranlıq Tərəfləri

Həyatın İşıqlı və Qaranlıq TərəfləriŞirinli-acılı xatirələrlə dolu həyat qısa insan ömrünü əhatə edir. O, hər cür çətinliklə qarşılaşır. Bu inkaredilməz həqiqət əsasında isə insan həyatı daim çətinlik və rahatlıqda olur.

Biz həyatın bu qanununu ürəyimizin istədiyi şəkildə dəyişə bilmərik. Lakin həyatla yaxından tanış olduqdan sonra, yaşadığımız dünyada bizi əhatə edən varlıqlara müsbət münasibət göstərib, dünyadakı hər biri sirli və əsrarəngiz gözəlliyə malik olan varlıqlara yönələn mənfi yanaşmaları aradan qaldıra bilərik. Yaxud, əksinə, varlıqların gözəlliklə­rini unudub, diqqətimizi onların mənfi cəhətlərinə də yönəldə bilərik. Bir sözlə, hər insan, düşüncəsini istədiyi istiqamətə yönəldib, dünyanı öz istədiyi rəngə boyaya bilər.

Həyatda qarşılaşdığımız maneələri aradan qaldırmağa hazır olmalı, hər şeydən öncə soyuqqanlılığımızı qoruyub saxlamalıyıq. Əks təqdirdə, ağır itkilərlə üzləşib, bir çox hallarda, hətta məhv olub aradan gedə bilərik.

Bəziləri düşünürlər ki, dünyada baş verən hadisələr bir qədər fərqli cərəyan etsəydi, xoşbəxt olardılar. Halbuki onların uğursuzluqları hadisələrin necə baş verməsindən deyil, onların hadisələrə baxışlarının necəliyindən asılıdır. Çünki xarici amillərin göstərdiyi təsirləri istənilən şəkildə dəyişib uğur qazanmaq mümkündür.

Tanınmış yazıçılardan biri belə yazır:
"Düşüncəmiz narazılıq çərçivəsindən kənara çıxmır. Hansı şəraitdə olmağımızdan asılı olmayaraq, daim gileylənir, narazılığımızı bildiririk. Bu narazılığın səbəbi bizim öz varlığımızdadır. İnsan elə varlıqdır ki, cismi, yaxud ruhi problemi olduqda daim nəyinsə arzusunda olur. Bəzən nə is­tədiyimizi belə bilmir, başqalarının xoşbəxt olduğunu düşünür, bunun üçün də daxilən əzab çəkir, onlara həsəd aparırıq. Varlığımız şıltaq və ağlağan uşaqtək bir an da olsun bizi rahat buraxmır. Yalnız bu şıltaq uşağı həqiqəti görməyə sövq etdiyimiz vaxt rahatlıq tapa bilirik. Pislikdən savayı heç nə görməyən bu uşağın gözlərini açıb ona gözəllikləri göstərməliyik. O bilməlidir ki, həyat bağında təkcə görənlər gül dərir, görməyənlər isə özlərini tikanlı kollara tərəf atırlar. Hövsələsizlik və bədbinliyi kənara buraxıb, hər şeyə olduğu kimi nəzər yetirdikdə, bütün dövrlərdə, hətta xeyirlə şər bilinməyən və daim təhlükə qarşısında olduğumuz hazırkı yaşadığımız dövrdə belə, hələ də həyat bağında gözəlliyi könüloxşayan güllərin görməyi bacaranları özlərinə cəlb etdiyini görərik".

İnsan düşüncəsi onun xoşbəxtliyində böyük təsirə malikdir. Bu, insanın xoşbəxtliyə nail olmasına səbəb olan başlıca şərtdir. Hər hansı qeyri-adi hadisə, daim qaranlığa qapılan bir şəxs üçün dözülməz və həll edilməsi mümkün olmayan bir şəkildə cilvələnir. Lakin həyata ümid gözü ilə baxan, bədbinlikdən uzaq olan insanlar üzləşdikləri bütün problemlər qarşısında müqavimət göstərir, səbir və təmkinlə düşdüyü sıxıntıdan yaxa qurtarmağı bacarırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3103   Tarix: 18 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 383
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 130
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 276
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 770
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 694
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 148
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 598
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 294