Sındırılmışlardansınızmı ?

Sındırılmışlardansınızmı ?Tez-tezmi bu sözü eşidirsiniz?"Hökumətin işlərinə başını soxma, tutub atarlar içəri, sındırarlar".
Məsləhət: Siz buna əməl etməyin. Hər gün, hər an siyasətə qarışın. Çünki siz qarışmasanız da, siyasət sizə baş qoşacaq. Amerikada yaşayan rəfiqəm deyir ki, ölkədə keçirilən prezident seçkiləri zamanı çoxları bundan xəbərsiz idi. Çünki ora Amerikadır. Kimin başçı olmasından asılı olmayaraq, dövlət nazirlərlə deyil, qanunlarla idarə olunur.

Tez-tezmi marşrutda sürücü ilə dalaşırsınız? Bu zaman başqa sərnişinlər sürücünün deyil, sənin üstünə düşür: "Sürücünün başını qatma. Səsini kəs".
Məsləhət: Səsinizi kəsməyin. Bu haqqı sizə Ulu Yaradan verib. Haqqınızı tələb edin. Hər yerdə.Rusiyada yaşayan qohumum deyir ki, burada marşrut avtobusundakı oturacaqlar dolandan sonra nə marşrut dayanır, nə də kimsə qapıdan içəri girir. Çünki yerlər artıq tutulub. Heç kəs ayaq üstə dayanmaq istəmir.

Tez-tezmi yolunuz metrodan düşür? Və siz basırıqda ayaqlarınızın tapdalanmasından qıcıqlanırsınız?
Məsləhət: Gecə ayaqlarınızı evdə isti suya qoyun. Sözsüz ki, Bakı şəhərində istədiyin vaxt isti su tapmaq istədiyin vaxt padşah olmağa bərabərdir. Odur ki, qaz yandırıb, su qızdırın. Yəqin ki, qaz da olmayacaq və ya çox zəif olacaq. Eybi yoxdur, dözün. Ola bilər ki, su kəsilər. Bu zaman aftafada qalan sudan da istifadə etmək olar. Əsası odur ki, ayaqlarınızı isti suya qoymağı qarşınıza məqsəd qoymusunuz. Və bu məqsədinizə çatmaq üçün qabağınıza çıxan bütün maneələri dəf etməlisiniz.
Bu zaman daha bir problem ortaya çıxacaq. Enerji daşıyıcılarının qiyməti qalxdığından "xozyaykanız" sizə "qaz bahadır, su qızdırma" əmrini verəcək. Bu anda siz onun üstünə daha bərk qışqırıb, "verdiyim pul gözündən gəlsin" deyin. Və tələsik qazı yandırıb, su qızdırın. Özünüzü yazıq və mağmın kimi göstərməyin. Belə olanda minik atına dönmə təhlükəsi sizi hər an yaxalaya bilər.
Gürcüstanlı qonşum deyir ki, Tiflisə çatan kimi cumuram hamama (yazıq neyləsin, Azərbaycanda su qıtlığı çəkib). Deyir ki, bütün günü hamamda qaynar su olur. Duşu açırsan, elə bil göydən başına leysan yağır.

Tez-tezmi uşaqlarınız məktəbdən evə gəlib: "Müəllim dedi, sabah pul gətirməsən, məktəbə gəlmə" deyir?
Məsləhət: Bu zaman uşaqlarınıza başa salın ki, təhsil naziri Misir Mərdanov qəti tapşırıq verib ki, müəllimlər şagirdlərdən rüşvət almasın. Odur ki, övladınızla birgə məktəbə gedib, həmin üzdəniraq müəllimi saçlaya bilərsiniz. Bunu mütləq edin. Birdən uşağınızdan rüşvət istəyən müəllimi məhkəməyə vermək fikrinə düşərsiniz. Nəbadə. Onsuz da heç nəyi sübut edə bilməyəcəksiniz.
Türkiyədə müəllim şagirddən rüşvət alarkən gizli kameraya düşür. Və bu kadrlar bütün ölkədə müzakirə mövzusuna çevrilir. Bizdə isə adamlar tində-bucaqda hansı şou ulduzunu hansı məmurun saxladığını və onların yataqda nə etdiklərini müzakirə edirlər.

Tez-tezmi uşaqlarınızı gəzməyə çıxarırsınız?Məsləhət: azyaşlı uşaqları tez-tez zooparka aparın və onlara heyvanlar aləmi haqqında məlumat verin. Qeyd edim ki, bu ölkədə uşaqların gəzintisi üçün ən önəmli yer zooparkdır. Zooparkda uşaqlarınıza heyvanlarla adam kimi rəftar etmək qaydalarını öyrədin. Axı bizə heyvanlarla elə heyvan kimi davranmağı öyrədirlər.
Eyni zamanda, uşaqlarınıza imkan verməyin ki, meymuna əl çalmaq öyrətsinlər. Onlara başa salın ki, tülkü, çaqqal və şir ətlə qidlanır. Sadəcə, bu heyvanları pisə və yaxşıya insanlar ayırıb. İnsanlar heyvanları da özlərinə oxşatmağa çalışıblar. Guya şir yaxşdır, tülkü pis. Əslində hər ikisi heyvandır və acanda qabaqlarındakının nə əti olmasının fərqinə varmırlar. İstər insan, istər heyvan əti olsun. Şirə on görə mərd deyirlər ki, pəncəsi iri, yumruğu güclüdür.
Bir də xahiş edirəm, uşaqlarınıza izah edin ki, poniləri minməsinlər. Gücsüzü minmək insanlıqdan deyil. Əgər imkanınız olsa, onlara pələngləri minməyi öyrədin. Qoyun böyüyəndə əsl İNSAN olsunlar.

Mənbə: Kayzen.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2796   Tarix: 19 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168