31 mart Dünya Azərbaycanlıların soyqırım günüdür!

31 mart Dünya Azərbaycanlıların soyqırım günüdür!91 il bundan əvvəl Azərbaycan xalqı özünün ən faciəli günlərindən birini yaşadı və Bakıda, Şamaxıda, Salyanda Qubada, Göyçayda və digər yerlərdə erməni-rus birləşmələri tərəfindən on minlərlə günahsız insanın qanı axıdıldı, yüzlərlə kənd və şəhər başdan-ayağa yandırıldı.
Əslində Bakıda ermənilər tərəfindən dinc əhaliyə qarşı qırğınlar törədiləcəyi hələ 1917-ci ilin noyabr ayında Şaumyanın başçılıq etdiyi bolşeviklər tərəfindən hakimiyyətin ələ alınmasından sonra məlum idi. Azərbaycan ərazisini müsəlmanlardan təmizləmək və torpaqlarımızda mifik erməni dövləti qurmaq niyyətində olan cəllad Şaumyan və onun əlaltıları bunun üçün bəhanə axtarırdılar. Bu məqsədlə şəhərdə müsəlman-erməni və müsəlman-rus münaqişəsi törətmək üçün müxtəlif təxribatlara əl atan Şaumyan 1918-ci ilin yanvarında tabeliyində olan erməni-rus birləşmələrinə topları Bakının müsəlmanlar yaşayan məhəllələrinə tuşlama barədə əmr vermişdi. Lakin həmin dövrdə Nəriman Nərimanov, Məmmədəmin Rəsulzadə və digərlərinin yardımı ilə Şaumyanın bu təxribatının qarşısı alındı. Lakin mart ayında Şaumyan öz mənfur niyyətini həyata keçirə bildi. O, Bakıda olan azsaylı müsəlman alayının tərk-silah olunması barədə əmr verdi. Lakin müsəlman alayı əsgərləri buna razılıq vermədilər. Belə olan halda Şaumyan onları silah gücünə tərk-silah edəcəyini bildirdi. Bakıda qardaş qırğınına yol verməmək üçün alayın bir hissəsi "Evelina" gəmisi vasitəsi ilə Lənkərana getmək istədi. Lakin Şaumyanın quldur dəstələri onları tərk-silah edə bildilər. Bunu eşidən minlərlə bakılı dinc etiraz aksiyası keçirmək məqsədilə küçələrə axışdı. Şaumyan isə dərhal bundan istifadə etmək qərarına gəldi. Həmin dövrdə Bakıda I Dünya müharibəsindən qayıdan 6-7 min erməni silahlısı vardı. Bundan əlavə, Şaumyan Türkiyə ilə müharibədən Rusiyaya qayıdan 6-7 min nəfər rus əsgərlərindən də dinc müsəlmanlara qarşı istifadə etdi. Martın 30-da Bakıda əliyalın, dinc etiraz aksiyaları iştirakçıları ilə başdan-ayağa silahlanmış erməni və rus əsgərləri arasında ilk toqquşma baş verdi. Bundan bəhanə kimi istifadə edən Şaumyan quldur dəstələrini dinc əhali üzərinə yeritdi. Nəticədə rus-erməni quldur dəstələri şəhərdə qətliam törətdilər, minlərlə dinc insan bu vəhşiliyin qurbanı oldu. Üç gün ərzində Bakı qan ağladı. Bəzi məlumatlara görə, quldur dəstələri Bakıda 18 mindən artıq müsəlmanı qətlə yetirdilər. Şaumyanın birbaşa göstərişi ilə məşhur İsmailiyyə binası yandırıldı. Bina yandırılmazdan əvvəl ermənilər yaralı müsəlmanları İsmailiyyənin zallarından birinə dolduraraq onları qətlə yetirdilər. Sonra isə meyitlərin üzərində vəhşicəsinə rəqs etdilər. "Türksüz və müsəlmansız" Azərbaycan yaratmaq istəyən Şaumyanın göstərişi ilə erməni -rus quldur dəstələri Şamaxıya, Salyana, Qubaya və Göyçaya göndərildi. Bu dəstələr adıçəkilən ərazilərdə əllərinə keçən bütün canlıları məhv etdilər, kəndləri yandıraraq xarabazara çevirdilər. Erməni-rus quldur dəstələri təkcə Şamaxıda 72, Qubada isə 122 kəndi yerlə-yeksan etdilər, əhalini isə qılıncdan keçirdilər. Eyni vəhşilik Salyanda və Göyçayda da həyata keçirildi. Nəticədə 100 minə yaxın dinc sakin erməni vəhşiliyinin qurbanı oldu. Ümumiyyətlə, erməni-rus dəstələri mart, aprel və may aylarında 150 min müsəlmanı qətlə yetirdilər, 500 mindən artıq adam isə yurd-yuvalarından didərgin salındı.
Azərbaycan müstəqilliyini əldə etdikdən 6 il sonra, 1998-ci il mart ayının 26-da Prezident Heydər Əliyev 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə sərəncam imzaladı.
Bu dəhşətli faciənin il dönümündə soyqırımı qurbanlarının xatirəsini bir daha hüznlə anır və onların ruhu önündə baş əyirik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8071   Tarix: 31 mart 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 255
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 424
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 210
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 710
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 170
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 491
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

14:22 331
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 732
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 541