Qərbi Azərbaycan Xronikası: "Ağbaba əhalisi qarslılarla birlikdə dövlət yaradıb" - VİDEO

Qərbi Azərbaycan Xronikası: "Ağbaba əhalisi qarslılarla birlikdə dövlət yaradıb" - VİDEOQərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

Oxu.Az xəbər verir ki, "İbiş kəndi - qədim oğuz türklərinin məskəni" adlı buraxılışda Ağbaba mahalının, Amasiya rayonunun İbiş kəndinin tarixi, etno-mədəniyyəti, adət-ənənələri, irsi və toponimləri araşdırılıb.

Bildirilib ki, Ağbaba mahalının İbiş kəndi qədim oğuz türklərinin məskəni olub. İbiş kəndi ikiyə bölünüb, bir hissəsi Türkiyə ərazisində, bir hissəsi də Ağbaba mahalı ərazisində qalıb. Qars vilayətinin Qars qəzasında, Amasiya rayonuna aid olan Təzə İbiş kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olub. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşayıblar, bu ildən sonra Təzə İbiş kəndidə dağıdılıb və erməniləşdirilib.

Qeyd olunub ki, kənd rayon mərkəzindən 14 kilometr şimal-qərbdə, Türkiyə sərhəddində yerləşir. Qafqazın beş verstlik xəritəsində adı qeyd edilən kənddə bir çox mənbələrdə qarapapaqların yaşadığı göstərilir. Qarapapaqlar azərbaycanlılarn etnoqrafik qruplarından biridir. Toponim şəxs adı əsasında əmələ gəlmiş antropotoponimdir və quruluşca sadə toponimdir.

Diqqətə çatdırılıb ki, 1991-ci ilin aprelində kəndin adı dəyişdirilib Yerizak qoyulub. Kənddə 1897-ci ildə 118 nəfər, 1906-cı ildə 460 nəfər, 1914-cü ildə 568 nəfər azərbaycanlı yaşayıb. 1916-cı ildə azərbaycanlılar qovulublar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz kəndlərinə qayıdıblar. 1989-cu ilin yanvarında azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən yenidən tamamilə qovulublar və indi ermənilər yaşayırlar.

Süjetdə görkəmli şəxsiyyətlər yetişdirən İbiş kəndinin qəhrəmanlıq tarixindən söz açılıb, burada əhalinin üsyana qalxmasından, Türkiyə sərhədinə yığışıb sığınacaq istəməsindən, vaxtilə Ağbaba əhalisinin qarslılarla birlikdə dövlət yaratmasından, Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin qurulmasından, İbiş kəndində yaşayan oğuz gələnəyindən, toponimlərin, abidələrin necə dağıdılmasından, həmçinin ermənilərin 1988-ci ildə Amasiya rayon katibini bıçaqlamasından və əhalinin buna etiraz etməsindən bəhs olunub.

Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 197   Tarix: 21 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

20:35 0
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

18:15 216
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

15:30 241
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

14:01 285
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 320
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

20:40 0
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

20:21 341
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

20:29 0
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

18:30 199